Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
36
üzr
ə öz qalınlığını və filizliyini dəyişirlər. Damarların qalınlığı 2
m.-
ə qədərdir. Əsas filiz mineralları qalenit və sfaleritdir. Bu
minerallar kvars v
ə karbonatla assosasiya təşkil edirlər.
Damarlarda faydalı komponentlərin paylanması qeyri-bərabərdir.
Filizl
əşmənin
tərkibində Pb, Zn və Cu-ilə yanaşı Se və S-ün
faydalı komponentləri iştirak edir.
Yataqda profillitləşmə,
karbonatlaşma, kaolinləşmə, serisitləşmə və xloritləşmə müşahidə
olunur.
Göyd
ərə xromit yatağı
Yataq K
əlbəcər rayonu ərazisində Su bulaq çayının yuxarı
axarında yerləşib. Yataq daxilində filiz kütlələri peridotitlərin,
qabro-anfibolitl
ərlə təmasına paralel qövsvari uzanan linza şəkilli
dunit kütl
əsində qeyd olunur. Dunit zonasının uzunluğu 350 m,
qalınlığı isə 15 m.-ə qədərdir. Xromit
filiz kütlələri yuvalardan
ibar
ət olub dunit zonası boyunca zəncir formasında yerləşib.
Zonanın cənub-şərq qutaracağında xromit yuvalarının böyük
yığımı müşahidə olunur. Filizlərin əsas mineralı
Xrom şpinelit,
olivin v
ə titanomaqnetitdir. Filizləşmənin tərkibinə ikinci dərəcəli
minerallardan Ni-sulfidl
əri və silikatları, sərbəst mis və maqnetit
iştirak edir.
Dostları ilə paylaş: