Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
95
hidrotermal d
əyişmə zonasında, şimal-qərb istiqamətində
uzanaraq 40-60
0
bucaq altında şimal-şərqə
yatan laylar şəklində
alunitl
əşmiş süxurlar ayrılmışdır. Alunitləşmə əsasən iki zona
boyu müşahidə edilir.
Birinci
zona-
alt tufogen qatının üst hissəsində yerləşir. Onun
eni 40-300 m.
, uzunluğu 1,7 km. izlənilmişdir. Bu zona qərbdə,
Seyf
əli kəndi tərəfdə dördüncü dövr çöküntülərilə örtülmüşdür.
Bu zonanın ətraf süxurları
üst qatda tuflar, alt qatda isə
andezitl
ərdir.
İkinci zona– alt tufogen qatda yerləşmişdir. Bu zonanın
ətraf
süxurları üst hissədə andezitlərdən ibarətdir. Bu zona transqressiv
şəkildə üst təbaşir yaşlı çöküntülərlə örtüldüyündən parametrlərini
mü
əyyən etmək mümkün deyildir.
Bu
zonalar orta d
ərinliyi 150 m.-ə qədər olan 4 quyu və 30-a
q
ədər xəndəklə izlənilib. Təzahürün təxmini paramertləri belədir:
qalınlığı 1,4-5,5 m, uzunluğu 300-570 m, alunitin orta miqdarı
23,88%; alunitin ümumi proqnoz resursları 13,4 mln. tondur.
Dostları ilə paylaş: