Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
96
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı böyük
ehtiyatlara malik olaraq
Qoşqarçayın orta axının hər iki sahilində yerləşir. Yataq üst yura
yaşlı intruzivlərin eyni yaşlı karbonatlı tufogen süxurlara
göst
ərdiyi təmas metamorfizminin nəticəsində əmələ gəlmişdir.
XIX
əsrdə yataq «Simens» firması
tərəfindən qismən istismar
olunmuşdur. XX əsrdə Sovet hakimiyyəti dövründə yatağın
ehtiyatları hesablanmış, Dövlət Ehtiyatlar Komissiyası tərəfindən
t
əsdiq olunmuşdur.
Daşkəsən yatağının ehtiyatları əsasında Daşkəsən filiz
saflaşdırma kombinatı tikilmişdir. Sovet imperiyası
dövründə
Daşkəsən dəmir filizi konsentratı əsasında Gürcüstanın Rustavi
şəhərində metallurgiya zavodu tikilmişdir.
Bu kombinat
Daşkəsəndən daşınan dəmir filizi və Donbasdan daşınan daş
kömür
əsasında fəaliyyət göstərirdi.
D
əmir filizi
Şimali Daşkəsən kobalt yatağı
Yataq Daşkəsən dəmir filizi yatağından şimalda, Daşkəsən
intruzivinin posmaqmatik prosesl
əri
ilə əlaqədar olub, şimal
istiqam
ətli qırılma strukturlarında intişar tapmışdır.
Bu yataq
Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
97
1884-cü ild
ə «Simens» firması tərəfindən aşkar olunmuş və
h
əmin firma tərəfindən yataqdan 12 ton kobalt çıxarılaraq
Almaniyaya aparılmışdır. Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra, Şimali Daşkəsən kobalt yatağında
yenidən
k
əşfiyyat işlərinə başlanmışdır. Yataq bir neçə horizontda yeraltı
dağ qazmaları ilə dəqiq öyrənilmiş və ehtiyatları Dövlət Ehtiyatlar
komissiyasında təsdiq olunmuşdur. Müharibə illərində (1941-
1945) v
ə ondan sonrakı illərdə yataqda intensiv istismar işləri
aparılmışdır. Bir zaman SSRİ-nin kobalta olan tədabatının 60%-ə
q
ədəri bu yataq hesabına ödənilmişdir.
Kobalt filizini saflaşdırmaq üçün yatağın yanında
filizsaflaşdırma kombinatı tikilmişdir. Saflaşdırılmış
kobalt filizi
Rusiyaya aparılırdı. Yatağın əsas ehtiyatları demək olar ki,
tamamil
ə çıxarılıb aparılmışdır.
Dostları ilə paylaş: