Паша Ибиш оьлу Сяфяров


Elnur  İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix19.03.2023
ölçüsü1,73 Mb.
#88764
1   ...   12   13   14   15   16   17   18   19   ...   98
Azf-269325

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
18 
Bunların sırasında E. S. Fedorovun (1902), N. S. Uspenskinin 
(1910), P. N. Çervinskinin (1914), K. N. Paffenholsun (1922-
1926), İ. V. Barkanovun (1936) və bir çoxlarının, əsas etibarilə, 
Kiçik Qafqazda apardıqları tədqiqatlar nəzərə çarpır. Filiz 
yataqlarının tədqiqatında böyük irəliləmə əsrin 30-cu illərində 
Az
ərbaycan geologiya idarəsinin yaranması ilə başlanır. Belə ki, 
geoloqlardan Ş. Ə. Əzizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov, 
A. N. 
Solovkin, İ. A. Şirvanzadə, N. M. Səlimxanov, M. A. 
Mustafab
əyli, H. İ. Kərimov, İ. N. Sitkovski və b. apardıqları 
t
ədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal 
yataqları, mineral su mənbələri və b. aşkar olunur. Qafqaz 
əyalətində Azərbaycan filiz və qeyri-filiz yataqlarının müxtəlifliyi 
v
ə zənginliyinə görə ən dövlətli ölkələrdən biridir. Bunlardan 
Daşkəsən dəmir, xromit, Naxçıvan manqan, Gədəbəy mis, Çovdar 
barit v
ə b. yataqları göstərmək olar. Respublikamız qeyri-filiz 
yataqları ilə də zəngindir. Bunlardan kükürd kolçedanı, daş duz, 
dolomit, fosforit v
ə s. yataqları qeyd etmək olar.
İnşaat materialları içərisində Qaradağ əhəngdaşı və gil, Qazax-
Tovuz vulkan külü, pemza, Yuxarı Ağcakənd gips, Kəlbəcər 
Şaxtaqı travertin, Daşkəsən mərmər, Kəlbəcər perlit, obsedian 
yataqları və bir çoxları qeyd olunmalıdır.
Az
ərbaycan eyni zamanda müalicəvi mineral su mənbəyidir. 
Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, Turşsu, Şirlan, 
Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır və b. mənbələri 
göst
ərmək olar. Respublikanın cənub rayonlarında, Masallı, 
L
ənkəran, Astarada xlorlu-natriumlu mədən sularından, termal su 
m
ənbələrindən məişətdə geniş istifadə olunur.
Az
ərbaycan ərazisinin cox hissəsi tektono-maqmatik inkişafın 
alp tsiklinin maqmatik kompleksl
əri və çökmə süxurları ilə təmsil 
olunmuşdur və alp qırışıqlıq sisteminin Aralıq dənizi vilayətinə 
daxildir. 
Baykal tsiklinin kristallik şistlərdən, fillitlərdən, 
m
ərmərlərdən və digər metomorfik süxurlardan, həmçinin 
qranitoidl
ərdən ibarət olan, kristallik fundamenti təşkil edən ən 
q
ədim yaşlı süxurları Kiçik Qafqazın müxtəlif strukturlarında 



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin