467) Şişin orqanizmə ümumi təsiri nə deməkdir?
A) Şiş toxumasında əmələ gəlmiş toksiki maddələrlə orqanizmin intoksikasiyası
B) Aortanın yaxınlığındakı şişin böyüyərək aortanı sıxması
C) Şiş xəstəliyi ilə əlaqədar xəstədə psixoloji stress
D) Mədə-bağırsaq traktında inkşaf edən şişlər zamanı qida maddələrinin keçə bilməməsi və xəstənin arıqlaması (xərçəng kaxeksiyası)
E) Şiş hüceyrələrinin digər bütün üzv və toxumalara yayılması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
468) Aşağıdakı hansı patologiya xoşxassəli şiş toxumasında ikincili dəyişiklik kimi rast gəlinə bilir?
A) Ətraf toxumaların sıxılması, sarılıq (məsələn, qara ciyərin qapısı nahiyəsindəki xoş xassəli şiş zamanı)
B) Metastazvermə, invaziya
C) Metaplaziya, maliqnizasiya
D) İltihabi hüceyrə reaksiyası, kalsinoz ocaqları
E) “Üzüyəbənzər hüceyrələr”in meydana çıxması, hepato-renal sindrom
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |