463) Şiş nə deməkdir?
A) Diferensiasiya etməmiş hüceyrələrin nizamsız və nəzarətsiz artıb çoxalması
B) Ekssudasiya prosesində leykositlərin damardan toxumaya keçməsi
C) Sonradan diferensiasiya etməklə hüceyrələrin sürətlə artıb çoxalması
D) Proliferativ iltihab ocağında hüceyrələrin artıb çoxalması
E) Diferensiasiya etməmiş sümük iliyi hüceyrələrinin qana keçməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
464) Diferensiasiya dərəcəsinə görə aşağıda şişlərin hansı növü göstərilmişdir?
A) Diferensiasiya etməmiş xoşxassəli şişlər
B) Displaziyalı şişlər
C) Krupoz diferensiasiyalı şişlər
D) Metastatik diferensiasiyalı bədxassəli şişlər
E) Diferensiasiya etməmiş şişlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
465) Normal hüceyrənin (o cümlədən də xoşxassəli şiş hüceyrəsinin) bədxassəli şiş hüceyrəsinə çevrilməsi necə adlanır?
A) Kanserizasiya
B) Karsinoma
C) Maliqnizasiya
D) Displaziya
E) Metaplaziya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
466) Aşağıda göstərilən hansı vəziyyət şişlərin inkişafı üçün risk faktoru ola bilər?
A) Kəskin appendisit
B) Onkoviruslar
C) Kardioskleroz
D) Qocalıq
E) Uşaqlığın xərçəngi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |