636) Hansı patologiya ürəyin xroniki işemik xəstəliyidir?
A) Kardiomiositlərin xroniki işemik destruksiyası
B) Xroniki interstitsial miokardit
C) Qazanılmış ürək qüsuru
D) Diffuz xırda ocaqlı kardioskleroz
E) Ürəyin kəskin anevrizması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
637) Aşağıdakı hallardan hansı miokard infarktının bilavasitə səbəbidir?
A) Ürəyin tac arteriyasının patologiyaya uğramış hansısa şaxəsinin uzun müddətli spazmı
B) Ürəyin venoz damarlarında iltihab (flebit)
C) Kəskin ürək çatışmazlığı
D) Ürəyin tac damarlarında aterosklerotik dəyişikliklər
E) Asistoliya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |