640) Diffuz xırda ocaqlı kardioskleroz hansıdır?
A) Ayrı-ayrı perivaskulyar və kardiomiositlərarası sahələrdə birləşdirici toxumanın kiçik ocaqlar və nazik zolaqlar şəklində inkişafı görünür
B) Perikardda diffuz şəkildə birləşdirici toxumanın inkişafı görünür
C) Endokardda səpələnmiş şəkildə kiçik skleroz ocaqları görünür
D) Ayrı-ayrı yerlərdə kardiomiositlər görünmür, onların yerində birləşdirici toxuma inkişaf etmişdir
E) Miokardın bütün arterial damarlarının divarı sklerozlaşmış, mənfəzləri daralmışlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
641) Mikroskopla baxdıqda miokardda müəyyən sahələrdə kardiomiositlərin yoxdur, onların yerində birləşdirici toxumanın inkişafı görünür. Bu hansı patologiyadır?
A) Miokardın infarktı
B) Miokardın kəskin işemik distrofiyası
C) Diffuz proliferativ miokardit
D) Diffuz xırdaocaqlı kardioskleroz
E) İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |