738) Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?
A) Yarımkəskin emfizema
B) Atrofik emfizema
C) Atelektatik emfizema
D) Qocalıq emfizema
E) Yuvenil emfizema
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
739) Bronxopnevmoniya zamanı ağ ciyərdə makroskopik olaraq hansı dəyişiklik görünür?
A) Ağ ciyər toxumasında səpələnmiş şəkildə ağımtıl rəngli, kazeoz (kəsmiyəbənzər) kütlələr qeyd edilir
B) Bronxlar genişlənmiş və deformasiyaya uğramışlar
C) Meyitin müayinəsi zamanı ağ ciyər paylarından biri və ya bir neçəsi bütünlüklə dəyişilmiş vəziyyətdə görünür (bütün bronx və alveolların mənfəzləri iltihabi ekssudatla dolmuşlar, plevra üzərində fibrinoz ekssudat görünür)
D) Bronxlardan birinin divarından inkişaf edərək ağ ciyər toxumasına da keçən, kənarları nahamar, ağımtıl rəngli toxuma kütləsi qeyd edilir
E) Kəsikdə ağ ciyər toxumasında ocaqlı dəyişikliklər qeyd edilir, bu ocaqlarda mənfəzlərində irinli-selikli ekssudat olan xırda bronxlar görünür
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
740) Aşağıdakı hansı patologiya zamanı “ağ ciyər ürəyi”nin formalaşması az inandırıcıdır?
A) Kəskin poliseqmentar pnevmoniya
B) Bronxoektaziya xəstəliyi
C) Ağ ciyərlərin interstitsial xəstəlikləri
D) Sirrotik vərəm
E) Müxtəlif mənşəli pnevmosklerozlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
741) Histogenezindən asılı olaraq aşağıda ağ ciyər xərçənglərinin hansı növü göstərilmişdir?
A) Bronxogen xərçəng
B) Kolloid xərçəng
C) Yüksək diferensiasiyalı xərçəng
D) Medulyar xərçəng
E) Differensiasiya etməmiş xərçəng
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |