729) Revmatoidli artritin üçüncü mərhələsində nə baş verir?
A) Əhəngləşmə
B) Qranulyasiya toxumasının inkişafı
C) Artrit
D) Xovlarda fibrinoid şişmə
E) Fibroz-sümük ankilozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Ağ ciyər xəstəlikləri
730) Ocaqlı pnevmoniya zamanı ağ ciyər toxumasında mikroskopik olaraq hansı dəyişiklik görünür?
A) Ağ ciyərin bütov bir payında bütün alveol və bronxların mənfəzi ekssudatla dolmuşlar
B) Bəzi xırda bronx və ya bronxiolların mənfəzində və divarında, həmçinin onu əhatə edən alveolların mənfəzində seroz-leykositar iltihabi ekssudat
C) Doluqanlılıq, bütün alveolların mənfəzlərində çoxlu miqdarda sərbəst yerləşmiş eritrosit kütlələri, çəhrayı homogen maye, fibrin telləri və az miqdarda da leykositlər
D) Bəzi yerlərdə ağ ciyər toxumasının stromasında iltihabi hüceyrələr qarışıqlı seroz ekssudat mayesi
E) Ağ ciyər toxumasının stromasında çoxlu miqdarda qara rəngli kömür piqmentinin və qəhvəyi rəngli hemosiderin piqmentinin toplantıları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
731) Xəstənin bəlğəmində Şarko-Leyden kristallarının aşkar edilməsi daha çox hansı xəstəliyə işarədir?
A) Bronxial astma
B) Sarkoidoz
C) İkincili vərəm
D) Xroniki bronxit
E) Pnevmokonioz (xüsusilə də silikoz)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
732) Aşağıda göstərilən hansı patoloji proses interstitsial pnevmoniyaların bir formasıdır?
A) Deskvamativ forma
B) Alveollararası interstitsial pnevmoniya
C) Kataral forma
D) Pnevmonik forma
E) Alveolyar interstitsial pnevmoniya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |