719) Kiçik xoreya xəstəliyi nədir?
A) Uşaq yaşlarda vəba xəstəliyi
B) Vəba xəstəliyinin ocaqlı dəyişiklikləri
C) Beyin damarlarının aterosklerotik dəyişiklikləri
D) Uşaqlarda revmatik mənşəli ürək qüsuru
E) Revmatizmin serebral forması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
720) Aşağıdakı hansı patologiya qırmızı qurdeşənəyi üçün xarakter morfoloji dəyişiklik hesab edilmir?
A) “Lyupus-nefrit”
B) Kəskin ziyilli endokardit
C) “Hematoksilin cisimcikləri”
D) Dalaq arteriollarının soğanaqlı sklerozu
E) “Məftiləbənzər ilgəklər” sindromu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
721) Revmatizm zamanı Aşoff-Talalayev qranulomalarını hansı üzvdə (toxumada) axtarmaq daha məqsədəuyğun olardı?
A) Miokardda
B) Qalça bağırsaqlardakı limfoid follikullarda
C) Böyrək yumaqcıqlarında
D) Damaq badamcıqlarında
E) Oynaq boşluqlarında
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
722) Revmatoidli artrit zamanı əmələ gələn immun komplekslərin (revmatoid faktor) tərkibində antigen rolunda nə iştirak edir?
A) B-qrupuna məxsus ß-hemolitik streptokokların antigenləri
B) Oynaqların divarını təşkil sinovial toxumaların zülalları
C) Xəstəliyi törədən virusların antigenləri
D) İmmunoqlobulin G
E) Xəstəliyi törədən mikoplazmaların antigenləri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |