723) Revmatoidli artritin klinik-morfoloji forması hansıdır?
A) Yuvenil xroniki poliartrit (YUXPA)
B) Nodoz forma
C) Septiki forma
D) Kardio-vaskulyar forma
E) Kiçik xoreya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
724) Oynaq daxilindən götürülmüş punktatın immun-flyuoressent müayinəsi zamanı sitoplazmalarında üzüm salxımına bənzər strukturlar görünən neytrofillər aşkar olunur (“raqositlər”). Bu, hansı xəstəlikdir?
A) Neytrofil tipli anadangəlmə immun çatışmazlıq sindromu (“raqositar neytrofilopatiya”)
B) Revmatizm (monoartritik forma)
C) Revmatizm (poliartritik forma)
D) Revmatoidli artrit
E) Düyünlü periarteriit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |