757) Hansı adda ağ ciyər emfizeması yoxdur?
A) Xroniki diffuz obstruktiv emfizema
B) Vikar emfizema
C) Ara emfizema
D) Atelektatik emfizema
E) Qocalıq emfizeması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
758) Aşağıdakı hansı ifadə ağ ciyər xərçənginə aid edilmir?
A) Nəlbəkiyəbənzər xərçəng
B) Periferik xərçəng
C) Mərkəzi xərçəng
D) Yastı epitelli xərçəng
E) Bronxiolo-alveolyar xərçəng
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
759) İnterstitsial pnevmoniyaların aşağıda hansı forması göstərilmişdir?
A) İnterstitsial mediastinit
B) Parenximatoz forma
C) Legionerlər xəstəliyi
D) Kəskin eroziv forma
E) Peribronxial ara pnevmoniya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
760) Silikoz zamanı kvars (Si2O) hissəciklərini udmuş ağ ciyərin interstitsial makrofaqları necə adlanır?
A) Xockin hüceyrələri
B) Sileomakrofaqlar
C) Koniofaqlar
D) Virxov hüceyrələri
E) Silikoz hüceyrələri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |