887) Endoservikoz üçün xarakter dəyişiklik hansıdır?
A) Selikli qişada kapilyarların görünməməsi və ya tək-tək kapilyarların olması
B) Təkqatlı prizmatik epitellə əvəz olunma
C) Epitelin olmaması
D) Yastı buynuzlaşan epitelin olması
E) Vəz epitelləri ilə əvəz olunma (adenomatoz dəyişikliklər)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
888) Aşağıda süd vəzlərinin qeyri-infiltrativ axacaq (axacaqdaxili) xərçənginin histoloji variantlarından biri göstərilmişdir. O, hansıdır?
A) Pecet xəstəliyi
B) Filloid şiş
C) Papilyar xərçəng
D) Komedokarsinoma (“angviləbənzər xərçəng”)
E) Anaplastik karsinoma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
889) Xorionepitelioma zamanı şiş toxuması aşağıdakı hansı xarakter xüsusiyyətə malik olur?
A) Şiş toxumasında parenxima olmur
B) Şiş toxumasında nə stroma, nə də damarlar olmur
C) Şiş toxumasında hüceyrəarası maddə olmur
D) Şiş toxumasında hüceyrələr olmur
E) Şiş toxumasında heç bir atipizm aşkar olunmur
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |