Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?


) Endoservikoz (psevdoeroziya) nədir?



Yüklə 1,56 Mb.
səhifə289/369
tarix28.12.2021
ölçüsü1,56 Mb.
#14230
1   ...   285   286   287   288   289   290   291   292   ...   369
878) Endoservikoz (psevdoeroziya) nədir?

A) Uşaqlıq boynunda selikli qişanın örtük epitelinin tamlığının pozulması (eroziya)

B) Uşaqlıq boynu kanalının selikli və selikaltı qatlarında ağır distrofik və nekrotik dəyişikliklərin meydana çıxması

C) Uşaqlıq boynu kanalına məxsus toxumanın uşaqlıq boynundan kənar üzv və toxumalarda meydana çıxması

D) Uşaqlıq boynunun vaginal hissəsinin səthində çoxqatlı yastı örtük epitelində buynuzlaşma ocaqlarının meydana çıxması (uşaqlıq boynunun prekanserogen patologiyası hesab edilir)

E) Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasında çoxqatlı yastı epitel əvəzinə uşaqlıq boynu kanalına məxsus təkqatlı prizmatik epitelin meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
879) Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?

A) Körpücüküstü limfa düyünlərinə Virxov metastazının olması

B) Çox qısa müddətdə ağ ciyər qapısındakı limfa düyünlərinə metastazların olması (retroqrad metastazlar)

C) Döş giləsi və areolanın ekzematoz (ekzemayabənzər) zədələnməsi

D) Digər süd vəzində döş giləsinin kompensator hipertrofiyası

E) Şiş toxumasında yarpağabənzər (filloid) strukturların olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
880) Aşağıdakı patologiyalardan biri prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının histoloji formalarına daxil deyil?

A) Fibroz hiperplaziya (və ya stromal hiperplaziya)

B) Qeyri-infiltrativ hiperplaziya

C) Əzələ hiperplaziyası

D) Adenomatoz hiperplaziya (və ya vəzli hiperplaziya)

E) Qarışıq forma hiperplaziya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin