867) Zob nəyə deyilir?
A) Qalxanabənzər vəzin həcmcə böyüməsinə
B) Qalxanabənzər vəzin adenomasına
C) Qalxanabənzər vəzin distrofiya və nekrozuna
D) Qalxanabənzər vəzin hiperplaziyasına
E) Qalxanabənzər vəzin xoşxassəli şişinə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
868) Aşağıda zobun histoloji quruluşuna görə hansı növü göstərilmişdir?
A) Diffuz zob
B) Retrosternal zob
C) Endemik zob
D) Mezenximal zob
E) Parenximatoz zob
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
869) Hansı zob zamanı qalxanabənzər vəz sklerozlaşmış, atrofiyalaşmış və büzüşmüş olur?
A) Ridel zobu
B) Kolloid zob
C) Tireotoksikoz
D) Bazedov zobu
E) Xasimoto zobu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
870) Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma ilə yanaşı xorion xovları da görünür. Bu, hamiləliyin harada yerləşməsini göstərir?
A) Bu, bütün hamiləlik hallarında mümkündür
B) Yalnız boruda
C) Yalnız uşaqlıqda
D) Endometriumda xorion xovlarının görünməsi hamiləliyin olmamasını göstərir
E) Yalnız peritonda
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
871) Histoloji xüsusiyyətlərindən asılı olaraq aşağıda mastopatiyaların hansı forması göstərilmişdir?
A) Qeyri-infiltrativ mastopatiya
B) İnfiltrativ mastopatiya
C) Metaplastik mastopatiya
D) Proliferativ mastopatiya
E) Parenximatoz mastopatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
872) Aşağıda prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının ən çox rast gəlinən bir forması göstərilmişdir. O, hansıdır?
A) Karsinomatoz hiperplaziya
B) Adenomatoz hiperplaziya
C) Sirrotik hiperplaziya
D) Bədxassəli hiperplaziya
E) Xorionepitelioma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |