857) Böyrəyin birincili büzüşməsi nə deməkdir?
A) Böyrək damarlarındakı patologiyalarla əlaqədar böyrək toxumasının sklerozlaşması və büzüşməsi
B) Böyrəyin hipoplaziyası
C) Böyrəyin aplaziyası
D) Böyrəyin anadangəlmə büzüşmüş vəziyyətdə olması
E) Keçirilmiş qlomerulonefritlərlə əlaqədar böyrək toxumasının sklerozlaşması və büzüşməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
858) Mezangio-proliferativ qlomerulonefritlə mezangio-kapilyar qlomerulonefrit arasında əsas fərq nədədir?
A) Mezangio-proliferativ qlomerulonefrit sərbəst inkişaf edir və nozoloji xəstəlikdir, mezangio-kapilyar qlomerulonefrit isə sərbəst xəstəlik deyil, hansısa digər xəstəlik zamanı ikincili olaraq onun ağırlaşması kimi inkişaf edir
B) Mezangio-proliferativ qlomerulonefrit kəskin gedişli olur, mezangio-kapilyar qlomerulonefrit isə xroniki qlomerulonefritlərə aiddir
C) Mezangio-proliferativ qlomerulonefrit immun mexanizmlidir, mezangio-kapilyar qlomerulonefrit isə qeyri-immun inkişaf mexanizminə malikdir
D) Onların arasında heç bir fərq yoxdur
E) Mezangio-proliferativ qlomerulonefritdə yumaqcıq kapilyarlarındakı dəyişikliklər ocaqlı, mezangio-kapilyar qlomerulonefrit zamanı isə bu dəyişikliklər diffuz xarakterli olur
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003. .
Dostları ilə paylaş: |