921) Poliomielit zamanı mərkəzi sinir sisteminin ən çox hansı hissəsi zədələnir?
A) Silvi su kəməri
B) Onurğa beyninin ön buynuzları
C) Baş beynin gicgah nahiyəsinin hipokamp (dəniz atı ayğırı) qırışı
D) Onurğa beyninin arxa buynuzları
E) Beyincik soxulcanı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
922) Aşağıda göstərilən hansı hal qripin ağır forması deməkdir?
A) Kəskin kataral bronxitin başlanması
B) Prosesin yuxarı tənəffüs yollarından ağ ciyər toxumasına qədər yayılması
C) Orqanizmin ümumi intoksikasiyasının baş verməsi
D) Ağ ciyərlərdə atelektaz ocaqlarının meydana çıxması
E) Xəstələrdə mədə-bağırsaq pozğunluqlarının baş verməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
923) İnfeksion xəstəliklər zamanı orqanizmdə baş verən ümumi (qeyri-spesifik) morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?
A) Erkən dəyişikliklər
B) Distrofik dəyişikliklər
C) Regenerator dəyişikliklər
D) Metabolik dəyişikliklər
E) Mezenximal (stromal-damar) dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
924) Qızılca xəstəliyi zamanı limfoid toxumalarda və bəzi iltihab ocaqlarında makrofaqlar giqant çoxnüvəli hüceyrələrə çevrilirlər. Bu hüceyrələr necə adlanır?
A) Piroqov-Lanqhans hüceyrələri
B) Xockin hüceyrələri
C) Şternberq hüceyrələri
D) Vortin-Finkeldey hüceyrələri
E) Giqant yad cisim hüceyrələri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |