934) İİV-infeksiya (QİÇS) zamanı hansı şiş daha çox rast gəlinir?
A) Kapoşi sarkoması
B) Diferensiasiya etməmiş hemangiosarkoma
C) Cinsiyyət üzvlərinin bədxassəli şişi
D) Ağ ciyərin xərçəngi
E) Düz bağırsağın xərçəngi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
935) Babeş-Neqri cisimcikləri hansı xəstəlik zamanı rast gəlinir?
A) Alkoqol hepatiti
B) Qızılca
C) Virus hepatiti
D) Quduzluq
E) Toksoplazmoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
936) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?
A) Poliartritik forma
B) Böyrək variantı
C) Kardio-vaskulyar forma (ürək forması)
D) Ağ ciyər sindromu variantı (ağ ciyər forması)
E) Aleykemik forma (anemik forma)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
937) Səpkili yatalaq zamanı əmələ gələn qranuloma hansıdır?
A) Popov qranuloması
B) Aşoff-Talalayev qranulomaları
C) Qarın yatalağı qranulomaları
D) Byuxnerin gecikmiş düyünləri
E) Kazeoz qranuloma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
938) Sitoplazmaları səpkili yatalaq rikketsiyaları ilə dolu olan endotel hüceyrələr necə adlanır?
A) Vortin-Finkeldey hüceyrələri
B) Muzer hüceyrələri
C) Virxov hüceyrələri
D) Giqant yad cisim hüceyrələri
E) Xockin hüceyrələri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
939) İnfeksion xəstəliklər zamanı orqanizmdə baş verən ümumi morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?
A) Gecikmiş dəyişikliklər
B) Sklerotik dəyişikliklər
C) Kazeoz dəyişikliklər
D) Hiperplastik dəyişikliklər
E) Eroziv dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |