940) Aşağıdakı hansı vaskulit səpkili yatalaq zamanı rast gəlinir?
A) Nekrotik vaskulit və ya destruktiv vaskulit
B) İnterstitsial vaskulit
C) Fibroplastik vaskulit
D) Fibrinoz vaskulit
E) Kataral vaskulit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
941) Aşağıdakı hansı morfoloji dəyişiklik sitomeqaliya xəstəliyi zamanı aşkar olunur?
A) Xırda kalibrli damarlarda endotel hüceyrələr şişir, nekrozlaşır və deskvamasiyaya uğrayırlar
B) Çəhrayı rəngdə olan dəri səpkiləri (rozeolalar) əmələ gəlir, qısa müddətdə onların əksəriyyəti papulaya (düyüncük) və vezikulaya (qovuqcuq) çevrilirlər
C) Zədələnmiş hüceyrələr həddən artıq böyüyür, nüvələrində ətrafdan parlaq haşiyə ilə əhatə olunan iri substansiyalar əmələ gəlir
D) Dərinin epidermisində tikanlı qatın epitellərində hidropik distrofiya nəticəsində çoxlu miqdarda xırda vezikulyoz səpkilər inkişaf edir
E) Ocaqlı pnevmoniya və müvafiq seqmentlər üzrə plevritlər inkişaf edir
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |