956) Difteriya zamanı iltihabın ən çox rast gəlinən növü hansıdır?
A) Proliferativ
B) Qranulomatoz
C) Fibrinoz
D) Kataral
E) İrinli
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
957) Göyöskürək xəstəliyini hansı mikroorqanizmlər törədir?
A) Vibrionlar (El-Tor vibrionları)
B) Provaçek rikketsiyaları
C) A-qrupuna məxsus β-hemolitik göyöskürək streptokokları
D) RNT–tərkibli göyöskürək virusları (Deyn hissəcikləri)
E) Göyöskürək çöpləri (Borde-Janqu çöpləri)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
958) Aşağıdakı xəstəliklərin hansında xəstələrdə həqiqi inağ baş verir?
A) Hipertrofik angina
B) Paraqrip
C) Qızılca
D) Streptokok faringiti
E) Difteriya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
959) Aşağıdakı hansı patologiya meninqokok infeksiyasının formasıdır (həm də mərhələsi)?
A) Kəskin respirator və ya ağ ciyər forması
B) İrinli tonzillit
C) Streptokok sepsisi
D) Vərəm meningiti
E) Nazofaringit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
960) Difteriyanın yuxarı tənəffüs yolları formasında xarakter hansı növ iltihab inkişaf edir?
A) Kataral ekssudativ
B) Proliferativ
C) Krupoz fibrinoz
D) İrinli ekssudativ
E) Difteritik fibrinoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
961) Aşağıdakı hansı patologiya difteriyanın yuxarı tənəffüs yolları formasında adətən ölümün səbəbi olur?
A) Bütün üzv və toxumalarda ağır distrofik və nekrobiotik dəyişikliklərlə əlaqədar poliorqan çatışmazlığı
B) Difteritik qlomerulonefritlə əlaqədar kəskin böyrək çatışmazlığı
C) Həqiqi inağla əlaqədar mexaniki asfiksiya
D) Toksiki miokarditlə əlaqədar miokardda əzələ liflərinin (kardiomiositlərin) fraqmentasiyası
E) DYL-sindromla əlaqədar baş beyin maddəsində çoxsaylı mikroinfarktlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
962) Difteriyanın əsnək formasında xarakter olaraq hansı növ iltihab inkişaf edir?
A) Qranulomatoz
B) Difteritik fibrinoz
C) Seroz ekssudativ
D) Krupoz fibrinoz
E) İnterstitsial proliferativ
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |