1002) Dizenteriyanın spesifik (xarakter) ümumi morfoloji dəyişikliklərinə nə aiddir?
A) Dizenteriya zamanı spesifik ümumi morfoloji dəyişiklik inkişaf etmir
B) Limfa düyünlərinin və limfoid follikulların böyüməsi
C) Digər üzv və toxumalarda spesifik dizenteriya qranulomalarının inkişaf etməsi
D) Parenximatoz üzvlərdə distrofik dəyişikliklər
E) Uzunmüddətli ishallarla əlaqədar xəstələrdə kaxeksiyanın inkişaf etməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1003) Aşağıda göstərilən hansı patoloji proses vəba xəstəliyinin mərhələlərindən biridir?
A) Vəba meningiti
B) Xroniki vəbaya keçid mərhələsi (basilgəzdiricilik)
C) Sağalma mərhələsi
D) Perforativ mərhələ
E) Vəba qastro-enteriti
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1004) Aşağıdakı hansı patoloji proses dizenteriya xəstəliyinin ağırlaşması kimi inkişaf etmir?
A) Ocaqlı pnevmoniya
B) Meningit
C) Peritonit
D) Böyrəyin ikincili amiloidozu
E) Paraproktit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1005) Aşağıdakı hansı növ iltihabi proses dizenteriya zamanı yoğun bağırsağın divarında rast gəlinmir?
A) İnterstitsial kolit
B) Difteritik kolit
C) Kataral kolit
D) Fibrinoz kolit
E) Yaralı kolit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1006) Aşağıda göstərilən hansı patoloji proses qarın yatalağı xəstəliyi zamanı ağırlaşma kimi inkişaf etmir?
A) Bağırsaq qanaxmaları
B) Xroniki kolit
C) Qırtlağın irinli perixondriti (larinqotif)
D) Peritonit
E) Perforasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1007) Aşağıda göstərilən hansı patoloji proses və ya əlamətin inkişaf etməsi vəba xəstəliyi zamanı (və ya vəbadan ölmüş xəstələrin meyitlərində) orqanizmin kəskin dehidratasiyası ilə əlaqədar deyildir?
A) Hipovolemiya
B) Vəba tifoidi (vəba sepsisi)
C) “Vəba büküşləri” əlaməti
D) “Paltaryuyan qadın əli” simptomu
E) “Qladiator vəziyyəti”
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |