1050) Toksoplazmoz xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?
A) Protozoa tipinə məxsus aypara şəkilli ibtidailər – toksoplazmalar
B) DNT-tərkibli toksoviruslar
C) Asiya tipli toksoplazma vibrionları
D) β-hemolitik qızılı streptokoklar
E) El-Tor rikketsiyaları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1051) Aşağıda taun xəstəliyinin hansı forması göstərilmişdir?
A) Qazanılmış taun
B) Ekstravaskulyar forma
C) Əsnək forması
D) Preparalitik forma
E) Dəri forması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1052) Malyariya xəstəliyi zamanı bütün üzv və toxumaların tünd boz və ya qaramtıl rəngdə boyanmasının səbəbi nədir?
A) Lipofussinoz
B) Hiperbilirubinemiya
C) Hemozoin piqmenti
D) Ürəkdə kardiomiopatiya ilə əlaqədar xroniki ümumi venoz hiperemiya
E) Kəskin ümumi venoz hiperemiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |