1057) İlkin vərəmin morfoloji dəyişiklikləri necə adlanır?
A) Vərəm qranuloması
B) Kəskin miliar vərəm
C) İlkin vərəm ocağı
D) İlkin vərəm affekti
E) İlkin vərəm kompleksi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1058) Vərəm mikobakteriyalarının əmələ gətirdikləri patogen toksin necə adlanır?
A) Kazein
B) Tuberkulogen toksin
C) Mikobakterin
D) Vərəm endotoksini
E) Tuberkulin
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1059) İlkin vərəm ocağının yerində qalan kütlə necə adlanır?
A) Qon ocağı
B) İlkin vərəm affekti
C) Simon ocağı
D) Abrikosov ocağı
E) Metastatik kalsinoz ocağı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1060) Ponse revmatizmi nədir?
A) Xroniki gedişli vərəm zamanı orqanizmdə rast gəlinən toksiko-allergik mənşəli dəyişikliklər
B) Revmatizmin klinik-morfoloji formalarından biri
C) Revmatoidli artrit xəstəliyinin sinonimi
D) Yaşlı şəxslərdə rast gəlinən revmatizm
E) Hematogen vərəmin formalarından biri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |