1066) İlkin vərəm ocağı adətən hansı üzv və ya toxumada yerləşir?
A) Ağ ciyərin daxilində toxumadan qapıya doğru gedən limfa damarı (kazeoz limfangit)
B) Ağ ciyər qapısının limfa düyünləri (kazeoz limfadenit)
C) Ağ ciyər toxuması
D) Bud-çanaq oynağı
E) Müsariqə limfa düyünləri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1067) Hansı patoloji proses ilkin vərəm kompleksinin bir komponentidir?
A) Sirrotik vərəm
B) Fibroz vərəm ocağı
C) Miliar vərəm
D) Abrikosov ocağı
E) Vərəm limfangiti
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1068) İlkin vərəm sağalarkən ilkin vərəm ocağının (affektinin) yerində nə qalır?
A) Qon ocağı
B) Kista
C) Abrikosov ocağı
D) Çapıq toxuması
E) Mikrob koloniyaları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1069) Qon ocağının formalaşması hansı patoloji proses əsasında baş verir?
A) Natamam reparativ regenerasiya
B) Distrofik kalsinoz
C) Yüksək həssaslıq reaksiyası
D) Metastatik kalsinoz
E) Metaplaziya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |