220) Balon distrofiya nə deməkdir?
A) Tibbi bankalar qoyulan nahiyədə şişkinliyin və dərialtı toxumada distrofik dəyişikliklərin baş verməsi
B) Piy depolarında piyin miqdarının yüksəlməsi
C) Hüceyrələrin sitoplazmalarında su vakuollarının meydana çıxması və hidropik distrofiya
D) Hüceyrələrin sitoplazmalarında piy qovuqcuqlarının əmələ gəlməsi
E) Plazmorragiya və toxumalarda ödemin əmələ gəlməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
221) Distrofiya aşağıda göstərilən hansı patologiyalar qrupuna aid edilir?
A) Qan dövranı pozğunluqları
B) Kompensator-mühafizə prosesləri
C) Nekroz
D) İltihab
E) Alterasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
222) “Üzüyəbənzər hüceyrə” nəyə deyilir?
A) Üzük formasında olan epitel hüceyrəsinə
B) Patologiya nəticəsində sitoplazmasında böyük piy damlası meydana çıxmış hüceyrəyə
C) Talassemiya xəstəliyi zamanı oraqvari şəkil almış eritrositlərə
D) Qara ciyər hüceyrələrinə
E) Sitoplazmasında çoxlu qlikogen dənələri olan hüceyrələrə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
223) Lipidlərin parenximatoz hüceyrələrin sitoplazmalarında toplanması patologiyası necə adlanır?
A) Hialinoz
B) Piylənmə
C) Apoptoz
D) Steatoz
E) Kaxeksiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |