768) Aşağıda kəskin tonzillitlərin hansı forması göstərilmişdir?
A) Damaq badamcıqlarının kəskin empieması
B) Kəskin qranulomatoz tonzillit
C) Fibrinoz tonzillit
D) Septiki tonzillit
E) Kriptogen tonzillit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
769) Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola bilər?
A) Appendisit
B) Sepsis
C) Penetrasiya
D) Mədənin vərəmi
E) Böyrəyin ikincili amiloidozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
770) Aşağıda göstərilən hansı patoloji proses mədənin xərçəngönü xəstəliklərinə aiddir?
A) Hipertrofik qastropatiya
B) Mədənin xroniki xora xəstəliyi
C) Mədənin ekzofit adenokarsinoması
D) Yarımkəskin qastrit
E) Kəskin fibrinoz qastrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
771) Göstərilən hansı patologiya mədə xərçənginin ağırlaşmalarından hesab edilə bilər?
A) Mədənin selikli qişa epitellərinin metaplaziyası və maliqnizasiya
B) Qara ciyərin absesi
C) Qanhayxırma və qanitirmə
D) Hepato-renal sindrom və kəskin böyrək çatışmazlığı
E) Perforasiya və peritonit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |