Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?


) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?



Yüklə 1,56 Mb.
səhifə5/18
tarix26.11.2016
ölçüsü1,56 Mb.
#195
1   2   3   4   5   6   7   8   9   ...   18

235) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?

A) İrsi lipokalsinoz

B) Talassemiya

C) Fankoninin irsi liposklerozu

D) Vilson xəstəliyi

E) Tey-Saks xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
236) Aşağıda göstərilən hansı patologiya parenximatoz piy distrofiyalarına aiddir?

A) Piylənmə xəstəliyi

B) “Qaz qara ciyəri”

C) “Piyli dalaq”

D) “Öküz ürək”

E) Ürəyin konsentrik hipertrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
237) Faneroz hansı patoloji prosesin sinonimidir?

A) Ferritin mübadiləsi pozğunluğu

B) Dekompozisiya

C) Buynuz distrofiya

D) Fotofobiya

E) Fankoni anemiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
238) Mezenximal distrofiya nəyə deyilir?

A) Üzv və toxumaların parenximatoz elementlərində maddələr mübadiləsinin pozulması ilə əlaqədar baş verən morfoloji dəyişikliklər

B) Üzvlərdə mikrosirkulyator qan dövranının kəskin pozulması

C) Böyrəyin mezangial hüceyrələrində maddələr mübadiləsinin pozulması (metabolik dəyişikliklər)

D) Üzv və toxumaların stromasında və damarlarının divarında inkişaf edən distrofik proseslər (degenerativ dəyişikliklər)

E) Üzvlərin parenximasında və stromasında maddələr mübadiləsinin pozulması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
239) Aşağıdakı hansı patologiya mezenximal disproteinozlara aiddir?

A) Balon distrofiya

B) “Erməni xəstəliyi”

C) Vilson xəstəliyi

D) Qarqoilizm

E) Leykoplagiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
240) Damar divarında və birləşdirici toxumada bu patoloji dəyişikliklərin hansı geriyədönəndir?

A) Amiloidoz

B) Fibrinoid şişmə

C) Mukoid şişmə

D) Fibrinoid nekroz

E) Hialinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
241) “Erməni xəstəliyi” hansı patologiyaya deyilir?

A) Qukasyan xəstəliyi

B) Qarqoilizm

C) Balon degenerasiya

D) İrsi askaridoz

E) Nefropatik irsi amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
242) Mukoid şişmə nə deməkdir?

A) Kollagen liflərini təşkil edən tropokollagenlər arasındakı rabitələrin qırılması və kollagen liflərinin destruksiyası

B) Birləşdirici toxumaya fibrin tellərinin hopması

C) Fibroblast və digər mezenximal mənşəli hüceyrələrinin həcmcə böyüməsi

D) Mezenximanın hüceyrələrində qlikogenlərin toplanması

E) Plazmorragiya nəticəsində kollagen liflərinin şişməsi və birləşdirici toxumanın əsas maddəsində qlikozaminqlikanların toplanması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
243) Aşağıdakı hansı patologiya neytral piy mübadiləsi pozğunluğudur?

A) Mezenximal mənşəli hüceyrələrdə xolesterinin meydana çıxması

B) Parenximatoz hüceyrələrdə piy damlalarının meydana çıxması

C) Piy depolarında piylərin miqdarının azalması

D) Piy depolarında neytral piylərin miqdarının artması

E) Hiperxolesterinemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
244) Metaxromaziya nəyə deyilir?

A) Metafiziklərdə meydana çıxan disproteinozlara deyilir

B) Patoloji regenerasiyanın bir növüdür

C) Məhv olmuş toxuma elementlərinin yerində həmin toxumanın başqa bir növünün meydana çıxması (məsələn, avitaminozlarla əlaqədar)

D) Bədxassəli şiş hüceyrələrinin əsas şiş ocağından kənar üzv və toxumalara yayılması

E) Bəzi patoloji proseslər zamanı xromotrop maddələrin toplanması ilə əlaqədar toxumanın adi qaydada deyil, başqa rənglərdə rənglənməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
245) Hialinoz prosesi adətən göstərilən toxumaların hansında meydana çıxır?

A) Hialin toxumasında

B) Qığırdaq toxumasında (xondrohialinoz)

C) Damarların mənfəzində (vazohialinoz və ya angiohialinoz)

D) Damarların divarında

E) Onurğa beyninin ön buynuzlarının neyronlarında (neyrohialinoz)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
246) Damar hialininin aşağıda hansı növü (patogenezindən və histokimyəvi xüsusiyyətlərindən asılı olaraq) göstərilmişdir?

A) Anadangəlmə hialin

B) İnfeksion hialin (səpkili yatalaq zamanı)

C) Onkohialin (məsələn, kapilyar hemangiomalar zamanı)

D) Latent hialin

E) Lipohialin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
247) Amiloid maddəsinin əsas tərkib hissəsi necə adlanır?

A) Laminar S-komponent

B) Mutasiyaya uğramış fibroblastlar (amiloidönü)

C) Fibrilyar F-komponent

D) Tioflavin - T və ya S - tioflavin

E) Periodik P-komponent


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
248) Amiloid maddəsinin mikroskopik təyinində hansı boyaqdan istifadə edilir?

A) Perls reaksiyası

B) Pikrofuksin

C) Konqo qırmızı

D) Sudan – 3

E) Qırmızı qan duzu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
249) Göstərilən hansı patologiya amiloidozun klinik-morfoloji formalarından biridir?

A) Qazanılmış amiloidoz

B) Dalağın amiloidozu

C) AL-amiloidoz

D) Amiloidönü dəyişikliklər

E) Klinik-morfoloji amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
250) Aşağıdakı hansı patologiya amiloidozun biokimyəvi növü hesab edilir?

A) AC – amiloidoz

B) Dövri xəstəlik

C) AA – amiloidoz

D) Qocalıq amiloidozu

E) APUD – amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
251) Damar hialininin aşağıda hansı növü (patogenezindən və histokimyəvi xüsusiyyətlərindən asılı olaraq) göstərilmişdir?

A) Simptomatik hialin

B) İmmun hialin

C) Sadə hialin

D) Mukoid hialin

E) İltihabi hialin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
252) Aşağıdakılardan hansı amiloidozun biokimyəvi növüdür?

A) Erməni xəstəliyi

B) Nefrotik amiloidoz

C) Amiloid karkasının əmələ gəlməsi

D) AL-amiloidoz

E) Lokal şişəbənzər amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
253) Amiloid maddəsinin mikroskopik təyini üçün hansı spesifik reaktivdən istifadə edilir?

A) Pikrofuksin

B) Lyuqol məhlulu

C) Sarı qan duzu

D) Konqo boyası

E) Mallori üsulu ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
254) Piylənmənin əsas əlaməti hansıdır?

A) “Qaz qara ciyəri”

B) Ksantom hüceyrələrin əmələ gəlməsi

C) Piy depolarında piylərin həddən artıq toplanması

D) Üzv və toxumalarda “üzüyəbənzər hüceyrə”lərin meydana çıxması

E) Miokardın parenximatoz piy distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
255) Hansı bənddə amiloidozun klinik-morfoloji formaları göstərilmişdir?

A) Heç biri düz deyil

B) AA-amiloidoz, kardiopatik amiloidoz

C) Perivaskulyar amiloidoz, perinevral amiloidoz

D) Böyrək amiloidozu, böyrəküstü vəzin amiloidozu

E) İkincili amiloidoz, irsi amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
256) Mürəkkəb hialin adətən hansı xəstəlik zamanı damarların divarında meydana çıxır?

A) Hipertoniya xəstəliyi və ateroskleroz zamanı

B) Səpkili yatalaq

C) Revmatik xəstəliklər

D) Qarın yatalağı

E) Şəkərli diabet


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
257) Aşağıda amiloidozun inkişaf (əmələ gəlmə) mərhələlərindən biri göstərilmişdir. O, hansıdır?

A) Fibrinoid şişmə

B) Amiloidönü mərhələ

C) Qalıq əlamətləri mərhələsi

D) Funksional mərhələ

E) Oliqouriya mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
258) Fibrinoid nekroz harada baş verə bilər?

A) Visseral plevrada

B) Fibrinoid toxumalarda

C) Bağırsaqların divarında

D) Fibrin liflərində

E) Damarların divarında və birləşdirici toxumada


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
259) Mezenximal zülal distrofiyası hansıdır?

A) Stromal-damar kalsinozu

B) Vilson xəstəliyi (Vilson-Konovalov xəstəliyi)

C) Hialinoz

D) İxtioz xəstəliyi

E) Mezenximal leykoplagiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Qarışıq distrofiyalar

260) Perls reaksiyası ilə aşağıdakı hansı məlumatı əldə etmək olar?

A) Dəridə stranqulyasiya şırımının olub-olmamasını

B) Həyati nekroz prosesini çürümə prosesindən diferensiasiya etmək üçün

C) Toxumada qansızmanın olub-olmamasını

D) Güllənin giriş dəliyində atəşin məsafəsini

E) Ölümün təxmini müddətini


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
261) Qarışıq distrofiya nə deməkdir?

A) Mürəkkəb zülalların və mineralların mübadilə pozğunluqlarının morfoloji əlamətləri

B) Karbohidrat mübadilə pozğunluğunun əlaməti

C) Üzvlərin stromalarında mübadilə proseslərinin pozulması

D) Eyni bir insanda müxtəlif növ toxumalarda maddələr mübadiləsinin pozulması

E) Eyni bir toxumada eyni zamanda həm parenximatoz, həm də mezenximal distrofiyanın olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
262) Aşağıdakı hansı piqment normada rast gəlinmir?

A) Lipoxrom

B) Ferritin

C) Hematin

D) Lipofussin

E) Hemosiderin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
263) Metastatik kalsinozun səbəbi aşağıda göstərilən patoloji proseslərdən hansı ola bilər?

A) Hipokalsiemiya

B) Mədə xərçənginin qara ciyərə hematogen metastazları

C) Sümüklərdən inkişaf edən bəd xassəli şişlərin (osteosarkoma) toxumalara metastazları

D) Hiperkalsiemiya

E) Ağ ciyərdə ilkin vərəm ocağının olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
264) Hansı patoloji proses qarışıq distrofiyalara aiddir?

A) Andersen xəstəliyi

B) Qoşe xəstəliyi

C) Hiperkeratoz

D) Lipofussinoz

E) İrsi amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
265) Qarışıq distrofiya hansı hallarda meydana çıxır?

A) Qarışıq tərkibli mikrobların təsirindən (mikstinfeksiya)

B) Mürəkkəb mexanizmli immun proseslərin təsiri nəticəsində

C) Polietioloji patogen amillərin təsirindən

D) Mürəkkəb zülalların və yaxud da mineral maddələrin mübadilə pozğunluqları zamanı

E) İrsi amillərlə ekzogen patogen amillərin birgə təsirindən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
266) Hansı patoloji proses ağ ciyərlərdə yerli hemosideroza səbəb ola bilər?

A) Eritrositlərin intravaskulyar hemolizi

B) Parenximatoz sarılıq

C) Xroniki ümumi venoz hiperemiya

D) Hemolitik zəhərlənmələr

E) Qara ciyər venasının trombozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
267) Qon ocağının meydana çıxması kalsinozların hansı növünə misal ola bilər?

A) Distrofik kalsinoz

B) Hiperkalsinoz

C) Metabolik kalsinoz

D) Aterokalsinoz

E) Metastatik kalsinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
268) Aşağıdakı xəstəliklərin hansıları nukleoproteid mübadilə pozğunluğu nəticəsində inkişaf edir?

A) Vilson xəstəliyi, revmatoidli artrit

B) Bexterev xəstəliyi, öd daşı xəstəliyi

C) Podaqra, sidik turşusu infarktı

D) Podaqra, miokardın infarktı

E) Şeqrenin quru sindromu, hipermelanoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
269) Aşağıda göstərilən hansı patologiya qarışıq distrofiyalara aiddir?

A) Talassemiya xəstəliyinin qarışıq forması

B) Hemosideroz

C) Poliamiloidoz

D) Hemoqlobinopatiyalar

E) Fibrinoid şişmə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
270) Mədənin eroziya və xoralarında hansı piqmentə rast gəlinir?

A) Duz turşusu hematini

B) Qastrin

C) Erozin

D) Öd piqmenti

E) Hemosiderin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
271) Hemosiderozun (qansızma ocağının) dəqiq təyin edilməsi məqsədilə hansı üsuldan istifadə edilir?

A) PAS-reaksiya

B) Qmelin reaksiyası ilə

C) Perls reaksiyası

D) Minakov üsulu

E) Abrikosov üsulu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
272) Aşağıdakı hansı piqment hemoqlobinogen piqmentlərə aiddir?

A) Lipofussin

B) Hemofussin

C) Adrenoxrom

D) Seroid

E) Duz turşusu hematini


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
273) Aşağıda göstərilən hansı maddə patoloji hemoqlobinogen piqmentdir?

A) Hemolitik sarılıqlar zamanı dəridə aşkar edilən bilirubin

B) Formalin hematini

C) Xlorid turşusu

D) Yanıq xəstəliyi zamanı dəridə aşkar edilən patoqlobin

E) Mexaniki sarılıqlar zamanı qanda aşkar edilən birləşmiş bilirubin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
274) Kalsinoz nədir?

A) Sümüklərdə kalsiumun miqdarının azalması

B) Sümüklərdə kalsiumun miqdarının artması

C) Çoxsaylı sümük sınıqları zamanı qanda kalsiumun miqdarının çoxalması

D) Orqanizmdə kalsiumun miqdarının artması

E) Müxtəlif patologiyalarla əlaqədar kalsium duzlarının toxumalara çökməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
275) Patoloji hemoqlobinogen piqmentlər hansılardır?

A) Hematoidin, xlorid turşusu hematini, malyariya piqmenti

B) Hemofussin, lipofussin, lipoxrom

C) Hematoidin, hematin, porfirin

D) Hemomelanin, adrenoxrom, lipoxrom

E) Ferritin, hemosiderin, bilirubin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
276) Hematin nədir?

A) Bəzi patoloji hallarda hemoqlobinin parçalanması nəticəsində əmələ gələn piqment

B) Şoklar zamanı ferritindən əmələ gələn polimer maddə (endogen piqment)

C) Slac-fenomen zamanı mikrosirkulyator damarlarda qanın toplanması

D) Hemoqlobinin dalaqda fizioloji parçalanması zamanı yaranan aralıq məhsul

E) İrsi hemoqlobinopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
277) Yerli hemosiderozun səbəbi hansıdır?

A) Hemoxromatoz

B) Eritrositlərin damardankənar (ekstravaskulyar) hemolizi

C) Xroniki ümumi venoz hiperemiya

D) Yerli distrofiyalar

E) Eritrositlərin damardaxili (intravaskulyar) hemolizi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
278) Proteinogen piqmentlər hansılardır?

A) Hemomelanin, hematoidin, hematin

B) Melanin, adrenoxrom, enteroxromaffin hüceyrə qranullarının piqmenti

C) Lipoproteoz, hemoproteoz, poliprotein

D) Proteinoz, prokaza, hemosiderin

E) Hemoprotein, hemomelanin, porfirin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


279) Lipidogen piqmentlər hansılardır?

A) Lipofussin, hemofussin, seroid

B) Lipoxrom, hematoidin, porfirin

C) Vitamin-E çatışmazlığı piqmenti, hematoidin, hemosiderin

D) Lipofussin, lipoxrom, adrenoxrom

E) Xolesterin, porfirin, melanin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
280) Aşağıdakı hansı patologiya nukleoproteid mübadilə pozğunluğu nəticəsində inkişaf edir?

A) Sidik daşı xəstəliyi

B) Daun xəstəliyi

C) Qazanılmış polinukleoz

D) Kariopiknoz

E) Xromosom aberrasiyaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
281) DNT-nin təyin edilməsi üçün hansı spesifik üsuldan istifadə edilir?

A) Nukleaza fermentinin antidotu ilə

B) Felgen üsulu

C) Osmi turşusu ilə

D) İmpreqnasiya etməklə

E) Braşe üsulu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
282) RNT-nin təyin edilməsi üçün hansı spesifik üsuldan istifadə edilir?

A) Nüklein xlorid ilə

B) Qmelin reaksiyası

C) Felgen üsulu

D) Braşe üsulu

E) Perls reaksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
283) Aşağıda göstərilən hansı patologiya mineral distrofiyalara aiddir?

A) Hipermineraloz

B) Vilson xəstəliyi (və ya Vilson-Konovalov xəstəliyi)

C) Mineral hemoqlobinoz

D) Mak-Ardl xəstəliyi (və ya hiperferritinoz)

E) Hipermineraloz (və ya Sokolovski xəstəlyi)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
284) Aşağıdakı hansı proseslər kalsinozun növlərinə aiddir?

A) Hipokalsiemiya, böyrək daşı xəstəliyi

B) Hiperkalsiemiya, daş xəstəliyi

C) Metastatik kalsinoz, distrofik kalsinoz

D) Podaqra, sidik daşı xəstəliyi

E) Sidik turşusu infarktı, əhəng podaqrası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
285) Demarkasiya zonası xarakter və məzmunca nədir?

A) İltihab zonasıdır

B) Nekrozun klinik-morfoloji formalarından biridir

C) Degenerativ dəyişikliklərə məruz qalmış toxuma ocağıdır

D) Koaqulyasiyaya uğramış zülallardan ibarət zonadır

E) Mexaniki xarakterli sərhəd zolağıdır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
286) Hansı proses hüceyrə ölümünün bir növü hesab edilir?

A) Paranekroz

B) Qanqrena

C) Kariopiknoz

D) Apoptoz

E) İnfarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
287) Meyit ləkələrinin birinci mərhələsi necə adlanır?

A) Hipostaz

B) Diffuziya

C) Hemostaz

D) Homeostaz

E) İmbibisiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

288) Durğunluq fonunda baş vermiş infarkt necə adlanır?

A) Ağ infarkt

B) Ödemli infarkt

C) Qırmızı infarkt

D) Sianotik (və ya göy) infarkt

E) Qırmızı haşiyəli ağ infarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
289) Nekroz nədir?

A) Canlı orqanizmdə toxumanın bir hissəsinin ağır distrofik dəyişiklikləri

B) Vəfat etmiş insan bədənində hüceyrə və toxumaların nekrozlaşması

C) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin fizioloji ölümü

D) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin patologiya ilə əlaqədar ölümü

E) Qəfləti ölüm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
290) Apoptoz nədir?

A) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin patologiya ilə əlaqədar ölümüdür

B) Ptoz fermentini qara ciyərdən toxumalara daşıyan zülalın adıdır

C) Nekrozun klinik-morfoloji formalarından biridir

D) Ptoz prosesinin özündən əvvəlki, yəni başlanğıc mərhələsidir

E) Hüceyrə ölümünün proqramlaşdırılmış xüsusi bir növüdür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
291) Aşağıdakı hansı patologiya ölümü təsdiq edən mütləq əlamətlərə aiddir?

A) Beloqlazov əlamətinin olması (“pişikgözlülük fenomeni”)

B) Bədənin hərəkətsiz qalması və nəbzin olmaması

C) Xəstənin termiki və taktil qıcıqlara qarşı hissiyyatının itməsi

D) Qan dövranının kəsilməsi

E) Xəstənin ağrı qıcıqlarına qarşı hissiyyatının itməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
292) Aşağıdakı hansı patologiya nekrozun klinik-morfoloji formalarından biridir?

A) Koaqulyasiya

B) Kariopiknoz

C) Maserasiya

D) İnfarkt

E) Paranekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
293) Hansı patoloji proses etio-patogenezinə görə trofonevrotik nekroz hesab edilir?

A) Hipertonik kriz zamanı arteriolların divarında fibrinoid nekroz

B) Sıyrıq

C) Spesifik xoralı kolit

D) Yataq yarası

E) Böyrəyin infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
294) Baş beynin kollikvasion nekrozu nə ilə nəticələnir?

A) Çapıq toxumasının əmələ gəlməsi ilə

B) Hidronefrozla

C) Miomalyasiya ilə

D) Digər beyin yarımkürəsində reaktiv qansızma ilə

E) Kistanın əmələ gəlməsi ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
295) Aşağıdakı hansı patoloji proseslər nekrozun klinik-morfoloji formalarına aiddirlər?

A) Koaqulyasion nekroz, toksiki nekroz, angiogen nekroz

B) Trofonevrotik nekroz, qanqrena, maserasiya

C) İnfarkt, toksiki nekroz, kollikvasion nekroz

D) Quru qanqrena, allergik nekroz, koaqulyasion nekroz

E) Qanqrena, infarkt, sekvestr


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
296) Sekvestr nəyə deyilir?

A) Hava ilə təmasda olan toxumaların nekrozuna

B) Sümük qırıntısına

C) Nekroz kütləsinin çapıqlaşmasına

D) Autoliz prosesinə məruz qalmayan nekroz kütləsinə

E) Əriməyən tromb kütləsinə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
297) Hansı üzvlərdə baş verən nekroza qanqrena deyilir?

A) Dəri, ürək, böyrək

B) Dalaq, dəri, böyrəküstü vəz

C) Qara ciyər, baş beyin, yoğun bağırsaq

D) Ağ ciyər, bağırsaq, dəri

E) Baş beyin, ağ ciyər, mədə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
298) Mikroskopik müayinə zamanı nekroz ocağının ətrafında kəskin doluqanlılıq və ödem fonunda çoxlu miqdarda limfosit və leykositlərdən ibarət haşiyə şəkilli zona görünür. Bu nədir?

A) Reaktiv hemorragiya

B) Nekrozun tərkib hissələrindən biri

C) Demarkasiya zonası

D) Metaplaziya zonası

E) Patoloji regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
299) Meyit əlamətləri hansılardır?

A) Üzv və toxumalarda çoxsaylı nekrozların başlanması

B) Maserasiya, qanqrena, irinləmə

C) Ürək fəaliyyətinin dayanması, nəbzin itməsi

D) Autoliz, qacıma, çürümə

E) Meyit soyuması, apoptoz, deskvamasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
300) Aşağıdakı hansı dəyişikliklər meyit əlamətlərinə aiddir?

A) Meyit ləkələri, azqanlılıq, mumifikasiya

B) Anaerob qanqrena, meyit emfizeması

C) Autoliz, meyit quruması, meyit soyuması

D) Nekrozlaşma, meyitin yaşıllaşması, maserasiya

E) Meyitin soyuması, bədənin arxa tərəfində yayılmış göyümtül-bənövşəyi ləkələr


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
301) Erkən meyit əlaməti hansıdır?

A) Autoliz

B) Meyitdə emfizemanın başlanması

C) Maserasiya

D) Mumifikasiya

E) Toxumaların nekrozlaşması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
302) Hansı dəyişiklik gecikmiş meyit əlamətlərinə aiddir?

A) Meyit toxumalarında autoliz prosesinin daha da dərinləşməsi və son həddə çatması

B) Meyit quruması

C) İmbibisiya

D) Toxumaların massiv şəkildə nekrozlaşması

E) Meyitin yaşıllaşması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin