142) Sekvestr nəyə deyilir?
A) Sümük qırıntısına
B) Autoliz prosesinə məruz qalmayan nekroz kütləsinə
C) Nekroz kütləsinin çapıqlaşmasına
D) Əriməyən tromb kütləsinə
E) Hava ilə təmasda olan toxumaların nekrozuna
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
143) Hansı üzvlərdə baş verən nekroza qanqrena deyilir?
A) Ağ ciyər, bağırsaq, dəri
B) Dalaq, dəri, böyrəküstü vəz
C) Baş beyin, ağ ciyər, mədə
D) Dəri, ürək, böyrək
E) Qara ciyər, baş beyin, yoğun bağırsaq
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
144) Mikroskopik müayinə zamanı nekroz ocağının ətrafında kəskin doluqanlılıq və ödem fonunda çoxlu miqdarda limfosit və leykositlərdən ibarət haşiyə şəkilli zona görünür. Bu nədir?
A) Metaplaziya zonası
B) Patoloji regenerasiya
C) Nekrozun tərkib hissələrindən biri
D) Reaktiv hemorragiya
E) Demarkasiya zonası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |