Paulo Koelyo Rio Pyedranın sahilində oturdum və ağladım



Yüklə 164,84 Kb.
səhifə6/6
tarix28.12.2021
ölçüsü164,84 Kb.
#17253
1   2   3   4   5   6
Nə vaxt ki

Ruh da, gəlin də deyir: gəl!

Eşidən də deyəcək: gəl!

Qoy, susuzluqdan yanan gəlsin,

Və qoy istəyən həyat suyunu havayı götürsün.

- Niyə Allahın qadın simasının simvolu sudur?

- Bilmirəm. Ancaq, adətən, O, bu vasitələri Özünü aşkar etmək üçün seçir. Yəqin, ona görə ki, su - həyatın mənbəyidir, axı ana bətnində doqquz ay biz suyun əhatəsində oluruq. Su - qadın Hökmünün simvoludur, hətta ən mükəmməl və ən kamil kişilərin belə ona şübhəylə yanaşmağa, ona iddia etməyə cəsarəti çatmaz.

O, bir anlıq susur və davam edir:

- O, özünü bu və ya digər formada hər bir dində, hər bir etiqadda göstərir - ancaq müqləq göstərir. Mənim üçün – bir katolik olaraq – onun cizgiləri Müqəddəs

29


Məryəmin obrazında aydın görünür.

O, mənim əlimdən tutur və beş dəqiqədən sonra biz artıq Sent-Savendən çıxırıq. Yolda üzərinə xaç bərkidilmiş sütunun yanından keçirik, lakin– çox qəribədir! - adətən, İsa Məsihin obrazı yerləşdirilən yerdə biz Müqəddəs Məryəmin obrazını görürük. Onun sözləri yadıma düşür və təsadüf məni təəccübləndirir.

Və indi zülmət və duman bizi başdan - ayağa qədər tamamilə qoynuna alır. Mən özümü suda, ana bətnində təssəvvür edirəm - o yerdə ki, hələ zaman yoxdur, hələ varlıq şüurla yüklənməyib. Bəli, oun danışdığı hər şeyin anlamı - özü də tükürpədici anlamı var. Mən mühazirədə yanımda oturmuş yaşlı xanımı xatırlayıram. Məni dartıb meydana aparan kürən qızı xatırlayıram - axı, o da deyirdi ki, su - İlahənin simvoludur.

- Burdan 20 km aralıda mağara var, - o davam edir. – 11 fevral 1858-ci ildə balaca bir qız iki başqa uşaqla birlikdə onun yaxınlığında odun yığırdı. Qız xəstəhal, zəif idi, astma xəstəliyindən əziyyət çəkirdi, onun valideynləri isə o qədər kasıb idilər ki, az qala dilənirdilər. Həmin qış günündə qız çox da böyük olmayan çayın dayaz yerindən keçməyə qorxdu - birdən islanar, soyuqlayar və yatağa düşər, valideynləri isə onun gətirdiyi qəpik - quruşsuz keçinə bilməzlər.

Elə bu anda onun qarşısında ağ paltarlı, üzəri qızılı qızılgüllərlə bəzədilmiş səndəllərdə qadın zühur edir. O, qıza bir şahzadə qədər ehtiramla müraciət edərək ondan bir lütf göstəməsini - bura bir neçə dəfə bir də gəlməsini istəyir və yoxa çıxır. Bütün bu gördüklərindən yerlərindəcə qurumuş digər iki uşaq, əhvalatı qarşılarına çıxan hər kəsə danışırlar.

Amma qızın həyatı o andan etibarən əsl işgəncəyə çevrilir. Onu həbsə alırlar, tələb edirlər ki, belə bir hadisənin heç vaxt olmadığını desin. Məxluqdan cürbəcür möcüzə və ənam istəməsi üçün ona pul söz verirlər. İlk günlərsə onun valideynlərini hamının gözü qarşısında qızın bu görüşü özünə diqqət çəkmək məqsədilə uydurduğunu deyərək rüsvay edirlər.

Qızın isə - onun adı Bernadetta idi - gördüyü şəxsin kimliyi haqqında təssəvvürü belə yox idi. Ağ paltarlı Qadını «O» adlandırırdı və onun təşvişə düşmüş valideynləri kömək üçün yerli keşişə müraciət edirlər. O qızdan xahiş edir ki, növbəti dəfə görüşəndə qadından adını soruşsun.

Bernadetta deyilən kimi edir, lakin cavab əvəzinə təbəssüm alır. «O» daha 18 dəfə qıza zühur edir - demək olar ki, hər dəfəsində səssizcə. Hərçənd bir dəfə qadın Bernadettadan torpağı öpməsini istədi. Qızcığaz səbəbini anlamadı, lakin itaət etdi. Başqa bir dəfə isə «O» mağarada çuxur qazmağı xahiş elədi. Bernadetta onun xahişini yerinə yetirdi və elə o saat çuxurdan palçıqlı su axmağa başladı - bəs necə, axı, hərdənbir pis havalarda mağarada qabanlar gizlənirdilər.

-İç - qadın əmr elədi.

Su o qədər çirkliydi ki, Bernadetta üç dəfə su götürdü və ağzına yaxınlaşdırmaqdan çəkinərək üç dəfə yerə səpələdi. Nəhayət, iyrənə - iyrənə də olsa, əmri yerinə yetirdi.

30

Onun qazdığı çuxursa yenidən su ilə doldu.



Bir gözü kor olan adam sudan bir neçə damcı gözünə tökdü və həmin dəqiqə gözləri açıldı. Yenicə dünyaya gəlmiş oğlunun ölüm ayağında olmasından başını itirmiş gənc ana onu bu bulağın suyuna saldı - temperatur həmin gün sıfırdan aşağı düşdü və körpə sağaldı.

Yavaş - yavaş möcüzəli bulağın sorağı ətrafa yayıldı və minlərlə adam kəndə axışmağa başladı. Bernadetta isə hələ də sehrli qonağın adını öyrənməyə çalışırdı, lakin o, cavab əvəzi yalnız gülümsəyirdi.

Amma gözəl günlərin birində «O» qızcığaza tərəf çevrildi və dedi:

- Mən Müqəddəs Ruhdan Doğanam.

Sevincinin həddi - hüdudu olmayan Bernadetta bu barədə danışmaq üçün var - gücü ilə keşişin yanına qaçdı.

- Belə şey mümkün deyil, - keşiş cavab verdi. – Övladım, indiyə qədər heç kim eyni zamanda həm ağac, həm də meyvə ola bilməyib. Sən gəl onun üstünə müqəddəs su çilə.

Keşişin qatı inamına görə, yalnız Allah bütün başlanğıcların başlanğıcından var ola bilərdi, Allahsa - bütün əlamətlərə görə – kişidir.

Bernadetta «O» nun üzərinə müqəddəs su çilədi, ancaq qadın yalnız xəfifcə gülümsədi - başqa heç nə baş vermədi.

16 iyulda qadın son dəfə göründü. Bundan az sonra Bernadetta mağaranın yaxınlığında yerləşən kiçik kəndin həyatını nə qədər dəyişdiyini ağlına belə gətirmədən rahibə oldu. Bulaq qurumadı və möcüzələr davam etdi.

Əhvalatın sorağı əvvəl Fransaya, sonra da bütün dünyaya yayıldı. Kənd böyüməyə və dəyişməyə başladı, şəhərə çevrildi. Tacirlər gəldilər. Mağazalar və mehmanxanalar açıldı. Bernadetta öldü və doğma yerlərdən çox uzaqlarda dəfn edildi. O, nə baş verdiyini heç vaxt bilmədi.

Kilsəni çətin vəziyyətdə qoymağa cəsarət edən insanlar meydana çıxdılar - xoşbəxtlikdən Vatikan o zamanadək Zühuretmənin mümkünlüyünü etiraf etmişdi - və möcüzələr yaratmağa başladılar, lakin tezliklə şarlatan və fırıldaqçı adı ilə ifşa edildilər. Kilsə sərt qaydalar qoydu - filan gündən yalnız həkimlər və alimlərin apardığı ciddi yoxlamadan keçmiş fenomenlər möcüzə kimi tanınır.

Ancaq su hələ də axır və xəstələr sağalır.

Mənim qulağıma nə isə səs gəldi və mən qorxdum.

Ancaq o, hərəkətsiz oturmaqda davam edir. Ətrafımızdakı dumana isə ad aldı, keçmiş qazandı. Mən danışılan əhvalat və onun bütün bunları haradan bildiyi haqqında düşünürəm. Mənim cavabım yoxdur.

Mən Allahın qadın siması haqqında düşünürəm. Mənimlə yanaşı oturmuş adamın ziddiyyətli ruhu var. Bir müddət əvvəl o mənə yazırdı ki, seminariyaya daxil olmaq fikrindədir, lakin o əmindir ki, Allah qadın simalıdır.

O hərəkətsizdir. Mən isə özümü Yer Ananın bətnində həbsə salınmış kimi hiss edirəm - harda ki, nə zaman var, nə məkan. Bernadettanın əhvalatı sanki gözlərimin

31

qarşısında, bizi ağuşuna alan dumanda baş verir.



Və yenə onun səsi eşidilir:

- Bernadetta iki mühüm şeyi bilmirdi. Birinci, xristianlıq gələnə qədər bu dağlarda keltlər yaşayırdı, İlahə kultu isə onlanın sivilizasiyasının əsasında dururdu. Bir çox nəsillər Allahın qadın simasını dərk edirdilər, Onun sevgisinin, Onun şöhrətinin bir hissəciyi onlara ünvanlanmışdı.

- Bəs ikinci?

- İkincisi isə, Zühurun baş verməsindən bir az əvvəl Vatikan ierarxiyası gizli yığıncağa toplaşmışdı. Onların həmin yığıncaqda nəyi müzakirə etdiklərini kənar şəxslərdən heç kim bilmirdi, lurdlu keşişsə - xüsusilə.

Kilsə başçıları müqəddəs ruhdan mayalanma haqqında ehkamı verməyin lazım olub - olmadığını qərarlaşdırırdılar. Və sonda qərara alındı ki, lazımdır. Bunun nəticəsi papanın «İneffabilis Dei» fitvası oldu. Ancaq geniş dindar kütləsinə onun mənasını heç kim başa salmadı.

- Bəs bütün bunların sənə nə dəxli var? - mən soruşuram.

- Mən Onun şagirdiyəm. O məni hazırlayıb, - o deyir.

- Yəni sən – Onu görmüsən?

- Görmüşəm.

Biz meydana geri dönürük, bizi kilsədən ayıran bir neçə metr yolu qət edirik. Fənərin işığında quyunu və qırağındakı şüşəni, iki stəkanı görə bilirəm. «Yəqin orda aşiqlər oturublarmış, - mən düşünürəm. - Səssizcə oturublar və bir-biri ilə sözsüz - yalnız ürəkləriylə danışıblar. Ürəklər hər şeyi söyləyəndən sonra, onlar ulu sirlərə ortaq oldular».

Yenə də bizim sevgi barədə söhbətimizdən heç nə alınmadı. Bu heç vacib də deyil. Mən hiss edirəm ki, nə isə çox mühüm bir nəsnənin astanasındayam və daha çox başa düşmək üçün ondan istifadə etməliyəm. Yadıma bir anlıq universitetdəki məşğələlərim, Saraqos, ömrüm boyu rastlaşmaq istədiyim həyat yoldaşı düşür, lakin bütün bunlar uzaq, dumanlı örtüyə - lap Sent-Savenin üzərindəki kimi - bürünmüş görünür.

- Sən niyə mənə Bernadetta haqqında danışdın?

- Özüm də bilmirəm, - o üzümə baxmadan cavab verir. – Bəlkə ona görə ki, biz Lurdun yaxınlığındayıq. Bəlkə ona görə ki, sabah – «İneffabilis Dei» (müqəddəs ruhdan hamilə olma) günüdür. Bəlkə də ona görə ki, sənə sübut eləmək istəyirdim: mənim dünyam kənardan göründüyü kimi boş və divanə deyil. Onun bir hissəsi həm də başqa insanlardan ibarətdir. Və onlar söylədiklərinə inanırlar.

- Mən heç vaxt sənin dünyanın divanə olduğunu deməmişəm. Bu daha çox mənim dünyama aiddir. Mən həyatımın ən gözəl illərini kitab - dəftərlə əlləşərək itirirəm, halbuki onlar məni hər şeyi əzbər bildiyim yerdən çıxatmayacaqlar.

Mən hiss elədim ki, yüngülləşirəm: mən onu başa düşürdüm.

Mən gözləyirdim ki, o yenə də İlahədən danışacaq, ancaq o mənə sarı çevrilərək dedi:

32

-Yatmaq vaxtıdır. Biz çox içmişik.



***

O, dərhal yuxuya getdi. Mənsə hər şeyi-dumanı, şərabı, meydanı, söhbəti xatırlaya-xatırlaya xeyli oyaq qaldım. Sonra onun mənə verdiyi əlyazmanı oxudum və xoşbəxtlik dalğası hiss etdim: Allah-əgər O, gerçəkdən mövcuddursa-həm Atadır, həm də Ana.

Mən işığı söndürdüm və quyunu araya almış səssizlik barədə düşünməkdə davam etdim–məhz, həmin dəqiqələrdə, bizim hər ikimizin susduğumuz vaxt, onun mənə nə qədər yaxın olduğunu duyurdum.

Nə o, nə də mən bir söz belə demədik. Məhəbbət haqqında danışmağa ehtiyac yoxdur, zira onun öz səsi var və öz yerinə özü danışır. Həmin gecə, quyunun yanında, sükut bizim ürəklərimizin yaxınlaşmasına, bir - birini daha yaxşı tanımasına imkan verdi. Mənim ürəyim diqqətlə onun ürəyini dinləyirdi və dinlədikcə də xoşbəxtlikdən oxuyurdu.

Gözlərimi yummazdan əvvəl mən onun «Özgənin qovulması» adlandırdığı ritualı yerinə yetirməyə qərar verdim.

«Bax, mən burdayam, bu otaqda, bu şəhərcikdə - əvvəllər heç vaxt olmadığım bir yerdə, - mənim fikirlərim axırdı. – Vərdiş elədiyim hər şeydən uzaqda. Həyatda heç vaxt məni maraqlandırmamış nəsnələr haqqında düşünürəm. Mən - bir neçə dəqiqəlik də olsa - özümü elə göstərə bilərəm ki, guya dəyişmişəm».

Və mən həmin bir neçə dəqiqəni necə yaşamaq istədiyimi təsəvvür etməyə başladım. Mən şən, hər şeylə maraqlanan, xoşbəxt olmaq istərdim. Hər saniyədən dolu-dolu istifadə etmək, həyat suyunu acgözlüklə içmək. Yenidən arzuya inanıb, etibar etmək. Mənim üçün əziz və istəkli olan uğrunda mübarizə aparmaq üçün güc qazanmaq.

Sevgiyə sevgiylə cavab vermək.

Bəli, bu odur - mənim olmaq istədiyim qadın. Və o, qəflətən mənim qarşımda peyda oldu və mənə çevrildi.

Və mən qəlbimin necə Tanrının, ya da İlahənin nuru ilə dolduğunu hiss elədim - onlara artıq çoxdan inanmırdım. Və bir də həmin an Özgənin necə mənim cismimi tərk edərək bu balaca otağın küncündə oturduğunu gördüm.

Mən ona baxırdım - indiyə qədər mən olana: o zəifdir, amma güclü görünməyə cəhd edir. O hər şeydən qorxur, amma özünü inandırır ki, bu qorxu yox, buludlarda uçmayan adamın müdrikliyidir. O, köhnə mebelinin üzü bozarmasın deyə, arasından günəşin parlaq şüaları dolan pəncərələri bərk-bərk mıxlayır.

Mən otağın küncündə Özgəni görürdüm - zəif, yorğun, məyus. Mən görürdüm ki, o, necə tamamilə azad olmalı olan nəsnələri-öz hisslərini- boğur və dustaq edir. Necə gələcək sevgi haqqında keçmiş əzablarına əsasən hökm çıxartmağa çalışır.

Ancaq məhəbbət-həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaşacağının əhəmiyyəti yoxdur-bir, iki, və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq.

33


Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək - həyat ağacının bardan əyilmiş budaqlarına baxa - baxa və o bardan dərməyə cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar - sadəcə əlini uzatmalısan. Harda olursan, ol, məhəbbəti axtarmaq lazımdır, hətta bu axtarışlar saatlarla, günlərlə, həftələrlə sürəcək kədər və məyusluq anlamına gəlsə də.

İş ondadır ki, biz sevginin axtarışına çıxanda, sevgi bizim görüşümüzə gəlir.

Və bizi xilas edir.

Özgə məndən uzaqlaşan kimi ürəyim yenidən mənimlə danışdı. Və dedi ki, bənddəki çat bütöv bir axını buraxıb, dedi ki, küləklər dörd tərəfdən əsib və dedi ki, o xoşbəxtdir, zira mən yenə onun səsini eşitməyə başlamışam.

Ürəyim mənə dedi ki - mən sevirəm. Və mən dodaqlarımda xoşbəxt təbəssümlə yuxuya getdim.

Mən oyananda o, açıq pəncərənin qarşısında dayanaraq dağlara baxırdı. Mən onu çağırmadım, əgər o çevrilsə, o dəqiqə gözlərimi yummağa hazır vəziyyətdə səssizcə uzandım.

Sanki mənim fikirlərimi oxuyurmuş kimi o çevrildi. Mənə baxdı:

-Sabahın xeyir.

-Sabahın xeyir. Pəncərəni bağla, soyuqdu.

Özgə xəbərdarlıq etmədən peyda oldu. O, hələ də küləyin istiqamətini dəyişməyə, onun qüsurlarını və zəifliklərini görməyə, «Yox, bu qeyri - mümkündür» deməyə çalışırdı. Ancaq özü də bilirdi ki, gecdir.

-Çıx otaqdan, mən geyinim,- mən dedim.

-Mən səni aşağıda gözləyirəm,- o cavab verdi.

Mən çarpayıdan durdum, Özgə haqqında fikirləşməyi özümə qadağan elədim, təzədən pəncərəni açdım, günəşi otağa buraxdım. Onun şüası dağların qarlı zirvələrini, xəzəllə örtülü torpağı, çayı – mən onu görmürdüm, lakin şırıltısını eşidirdim - işıqlandırırdı.

Günəş mənim sinəmdə əks oldu, mənim çılpaq bədənimi işıqlandırdı və mənə soyuq deyildi, çünki bütün bədənim hərarətdən yanırdı - alova, alovdan tonqala, tonqaldan yanğına çevrilən cüzi qığılcımın hərarətindən. Yanğını isə heç nə ilə söndürmək, keçirmək mümkün deyil. Mən bilirdim.

Və istəyirdim.

Mən bilirdim ki, bu dəqiqədən etibarən cənnəti və cəhənnəmi, nəşəni və kədəri, arzuların həyata keçməsini və çarəsiz ümidsizliyi tanıyacam, bilirdim ki, qəlbimin gizlinlərindən qalxan küləkləri cilovlamağa gücüm çatmayacaq. Bilirdim ki, bu səhərdən etibarən bələdçim və müşayətçim sevgi olacaq, baxmayaraq ki, o mənim qəlbimdə uşaqlıqdan, onu birinci dəfə gördüyüm vatxdan məskən salıb. Zira mən onu heç vaxt unutmamışam - onun uğrunda mübarizə aparmağı ləyaqətsizlik hesab eləsəm

34

də. Bu çətin sevgi idi və mənim pozmaq istəmədiyim sərhədlərlə əhatə olunmuşdu.



Yaddaşımda Soriyadakı meydan və ondan itirdiyim medalyonu axtamağı xahiş elədiyim dəqiqə canlandı. Mən bilirdim – bəli, onun mənə nə demək istədiyini mən bilirdim, ancaq eşitmək istəmirdim, çünki o, günlərin bir günü pul qazanmaq məqsədilə, macəra dalınca, arzularını həyata keçirmək üçün ata yurdunu tərk edən cavanlardan idi. Mənə isə real və mümkün olan sevgi gərək idi, mənim bakirə bədənim və qəlbim gözəl şahzadəni gözləyir və istəyirdi.

O zamanlar mən sevgi barədə çoz az şey bilirdim. Onu mühazirədə görəndə, təklifini qəbul edəndə, elə fikirləşirdim ki, yetkin qadının, öz şahzadəsi ilə görüşə tələsən qızcığazın ürəyini cilovlamağa gücü yetəcək. Sonra o xatırlatdı ki, hər böyüyün ürəyində mütləq körpə yaşayır - və onda mən vaxtilə olduğum qızcığazın, sevgisini itirmək qorxusu ucbatından sevməkdən qorxan o balaca şahzadə qızın səsini yenidən eşitdim.

Dörd gün ərzində mən ürəyimin səsini batırmağa çalışdım, ancaq o, daha bərk səslənirdi və Özgə daha çox çarəsizləşirdi. Hardasa, ürəyimin ən məhrəm guşəsində əvvəlki qızcığaz hələ mövcud idi, hələ inanırdı ki, arzular çin olur. Özgə ağzını da açmağa macal tapmadı – mən onun maşınına oturdum, onunla Bilbaoya getməyə razılıq verdim, risk eləmək qərarına gəldim.

Və elə bu səbəbdən - mənim əvvəlki «mən»imin cüzi hissəsi hələ yaşayırdı – sevgi məni yenə tapdı, dünyanın müxtəlif qütblərində uzun axtarışlardan sonra tapdı. Sevgi, Saraqosun səssiz küçəsində Özgənin dərsliklərdən, sarsılmaz prinsiplərdən və qərəzli fikirlərdən quraşdırdığı əngəlləri aşaraq yenidən mənimlə görüşdü.

Mən pəncərəni və ürəyimi açdım. Gün işığı otağı doldurdu, sevgi – mənim qəlbimi.

Bir neçə saat dalbadal biz gah qarda, gah yolda gəzdik, adını heç vaxt bilməyəcəyim balaca şəhərcikdə qəhvə içdik. Orada, meydanda qəribə varlığın-yarıilan, yarıgöyərçin - heykəli ilə bəzədilmiş fəvvarə vardı.

O, bu abidəni görəndə gülümsədi:

- Əlamətdir. Kişi və qadın başlanğıcı birləşdirilib.

- Mən əvvəllər heç vaxt sənin dünən dediklərin barədə fikirləşməmişdim, - mən etiraf elədim. – Baxmayaraq ki, bu tamamilə məntiqəuyğundur.

- «Və Allah insanı özü kimi yaratdı, İlahi obraza uyğun yaratdı: kişi və qadını yaratdı», - o, Müqəddəs Kitabdan bir ayəni səsləndirdi. – Çünki bu onun özü kimi və özünəbənzər idi - kişi və qadın.

Mən görürdüm ki, onun gözləri bu gün başqa cür parıldayır. O, xoşbəxt idi və hər xırda şeyə görə qəhqəhə çəkirdi. Arabir yolda rastımıza çıxan yolçularla - əyinlərində kül rəngli paltar, çölə işləməyə gedən əkinçilərlə, növbəti zirvənin fəthinə hazırlaşan rəngbərəng kostyumlu alpinistlərlə söhbətə girişirdi.

Mən fransızca çox pis danışmağımdan utanaraq dinmirdim, lakin mənim qəlbim onun sevincinə sevinirdi.

O, elə xoşbəxt idi ki, onunla danışan hər kəs özündən asılı olmadan gülümsəyirdi.

35


Yəqin, ürəyi ona nə isə pıçıldamışdı və indi o bilirdi: mən onu sevirəm. Bununla belə o, yenə də özünü mənimlə uşaqlıq dostu kimi aparırdı.

- Görürəm, sən xoşbəxtsən,- mən dedim.

- Hə, çünki həmişə bu dağlarda səninlə gəzməyi, günəşin qızıl suyuna çəkdiyi meyvələrdən yığmağı arzulamışam.

«Günəşin qızıl suyuna çəkdiyi meyvələr». Bu şer misrasını kimsə lap çoxdan yazmışdı, o isə təkrar etdi - lap vaxtında və lap yerində.

- Yəqin sənin xoşbəxt olmağının səbəbi təkcə bu deyil, - meydanında bu cür əcaib fəvvarəsi olan şəhərciyi gəzərkən mən soruşdum.

- Hə? O nə səbəbdir elə?

- Sən bilirsən ki, mənə yaxşıdır. Axı, sən, mənim bu gün burda olduğum, dəftər-kitab dağına yox, əsl dağlara dırmaşdığım üçün məsuliyyət daşıyırsan. Sən məni xoşbəxt elədin. Biz xoşbəxtliyi başqaları ilə bölüşəndə xoşbəxtlik artır.

- Sən Özgəni qovmusan?

- Hardan bildin?

- Bildim, çünki sən özün də tamamilə dəyişmisən. Bir də – ona görə ki, hər birimizin həyatında elə bir vaxt gəlib çatır ki, bu qovulma mütləq baş verməlidir.

Lakin Özgə bütün səhəri məni daban-dabana izləyirdi. Yaxınlaşmağa çalışırdı. Amma hər keçən dəqiqə onun səsi daha da zəifləməyə başlayırdı, onun obrazı isə sanki əriyirmiş kimi öz dəqiq cizgilərini itirirdi. Mənim yadıma vampirlər haqqındakı filmlərin finalında qəddar qaniçənin necə külə çevrildiyi düşdü.

Biz növbəti xaçlı dirəyin yanından keçirik - burda da onun üzərinə İsanın yox, Məryəmin təsviri həkk olunub.

- Nə barədə fikirləşirsən? – o soruşdu.

- Vampirlər barədə. Zülmət gecənin yaratdığı və özlərini möhkəmcə öz içlərinə həbs etmiş varlıqlar barədə. Onlar var-güclərilə özlərinə yoldaş axtarırlar. Lakin sevməyə qadir deyillər. Məhz, buna görə də belə bir inam mövcuddur ki, vampiri yalnız nizəni düz ürəyinə batırmaqla öldürmək olar. Əgər bu zərbəni vurmaq mümkün olsa, onda oyanmış ürək şəri məhv edən sevgi enerjisini azadlığa buraxır.

- Bu heç vaxt mənim ağlıma gəlməyib. Amma, məncə, sən haqlısan.

Mən nizəni düz ürəyə batıra bildim. Və o, cadudan azad olaraq bütün mövcudiyyətə açıldı. Onda, Özgə üçün yer qalmadı.

Mən min dəfə onun əlini sıxmaq istədim və min dəfə özümü saxladım. Mən təşviş içində idim - onu sevdiyimi demək istəyirdim, lakin bilmirdim ki, necə başlayım.

Biz dağlardan danışırdıq, çaylardan danışırdıq. Biz düz bir saatlıq meşədə azdıq, ancaq sonunda lazımlı cığırı tapdıq. Biz ehtiyat üçün götürdüyümüz buterbrodları yedik və susuzluğumuzu ərimiş qarla yatırdıq. Günəş qüruba tərəf meyllənməyə başlayanda Sent-Savenə qayıtmaq qərarına gəldik.

Bizim addımlarımız daş tağların altında aydın əks-səda verirdi. Mən qeyri-ixtiyari əlimi müqəddəs su olan kasaya saldım və xaç çəkdim. Onun sözləri yadıma düşdü: su

36


- İlahənin simvoludur.

- Ora gedək, - o dedi.

Biz qaranlıq, boş kilsənin içiylə irəliləyərək altında birinci minilliyin əvvəllərində yaşamış zahid, müqəddəs Savenin sərdabəsi olan əsas mehraba yaxınlaşdıq. Onun yıxılmış divarları artıq bir neçə dəfə təzədən yüksəldilib.

Bəli, elə yerlər var ki - müharibə, təqib, laqeydlik onların üzərindən keçir və onları məhv edir, lakin onlar müqəddəs olaraq qalır. Bir vaxt kimsə bura gələcək, baxacaq, nəyinsə çatışmadığını görəcək və bərpa edəcək.

Mən çarmıxa çəkilmiş İsanın obrazına baxdım və məndə qəribə, lakin çox aydın bir hiss yarandı, sanki Onun başı mənim arxamca çevrildi.

- Bura.


Biz Müqəddəs Ananın mehrabı qarşısında dayanmışdıq.

- Obraza bax.

Mariya qucağındakı körpəsi ilə birlikdə. İsa göyləri göstərir.

Mən gördüyüm barədə dedim.

- Diqqətlə bax, - o təkidlə dedi.

Mən rənglənmiş və qızıl suyuna çəkilmiş taxta heykəlin bütün xırda detallarına diqqət yetirirəm və ustanın Məryəmin paltarlarının qırışlarını necə kamilcəsinə yonduğuna valeh oluram. Yalnız indi körpə İsanın səmaya dikəlmiş barmağını görürəm və dostumun nədən bəhs etdiyini başa düşürəm.

Baxmayaraq ki, İsa Məryəmin əllərində oturub, əslində İsa Onu saxlayır. Və adama elə gəlir ki, sanki Körpənin səmaya qaldırdığı əli Onu göylərə qaldırır. Onu Nişanlısının olduğu yerə qaytarır.

- 600 il əvvəl bu heykəli yaratmış sənətkar nə istədiyini bilirdi.

Taxta döşəmədə kiminsə ayaq səsləri eşidildi. Kilsəyə daxil olmuş qadın əsas mehraba yanaşdı və onun qarşısında şam yandırdı.

Biz onun səssiz duasına mane olmaqdan çəkindiyimiz üçün sakit və hərəkətsiz dayanmışdıq.

«Sevgi ehtiyatlılığı sevmir», - onun özünü unutmuş halda necə Məryəmin obrazını seyr etdiyinə baxaraq düşündüm. Hələ bir az əvvəl kainat onun varlığı olmadan da anlamla dolu idi. İndi isə onun yanımda dayanması mənə hava-su kimi lazımdır - əks halda bütün əşyaların gerçək parıltısı məndən gizlənir.

Qadın gedəndən sonra o, yenə danışdı:

- Rəssam Müqəddəs Ananı, İlahəni, Allahın mərhəmətli simasını tanıyırdı. Sən mənə sual vermişdin, amma sənə konkret bir cavab verə bilməmişəm. Sən bütün bunları hardan bildiyimi soruşmuşdun, düzdür?

«Yox, elə deyil, mən soruşdum, sən də cavab verdin», - mən demək istədim, amma susdum.

- Mən bu rəssam kimi öyrənmişəm, - o davam etdi. - Mən səmanın yüksəkliklərindən enmiş sevgini qəbul elədim. Məni yönləndirəndə mən müqavimət göstərmədim. Sən yəqin ki, monastıra getmək istəyim barədə yazdığım məktubu xatırlayırsan. Mən hələ də sənə bu haqda danışmamışam, lakin mənim arzum həyata

37


keçdi.

Və həmin dəqiqə mühazirədən əvvəlki söhbəti yadıma saldım. Ürəyim təşvişə düşdü və mən diqqətlə Məryəmin üzünə baxmağa başladım. O gülümsəyirdi.

«Bu ola bilməz, - mən fikirləşdim. – Hətta əgər o, monastıra gedibsə də, sonra oranı tərk edib. Xahiş edirəm, de ki, seminariyadan çıxmısan».

- Mənim gəncliyim coşqun və dolğun kecib, - Bu arada o, mənim nə barədə fikirləşdiyimi tapmağa cəhd etməyərək sözünə davam edirdi. – Mən başqa xalqları tanıdım, fərqli mənzərələr gördüm. Mən Allahı işıqlı dünyanın hər yerində axtardım. Mən başqa qadınları sevdim. Mən çoxlu peşələr öyrəndim.

Qısqanclıq yenidən məni sancdı. «Özgənin qayıtmasına imkan vermək olmaz», - mən gözlərimi gülümsəyən Məryəmdən çəkməyərək özlüyümdə dedim.

- Yaşamın misteriyası məni ovsunlamışdı və mən onun mənasını daha dərindən dərk eləmək istədim. Adamlar mənim sorğu-suallarımın cavabında deyirdilər ki, bunu filankəs bilir, o birini peşmənkəs.

Mən Hindistanda və Misirdə oldum. Magiya və meditasiyanın biliciləri, əlkimyaçı və din xadimləri ilə tanış oldum. Və nəhayət, tapmalı olduğumu tapdım: İnam hardadırsa, həqiqət də daim ordadır.

İnam hardadırsa, həqiqət də daim ordadır. Mən kilsəyə təzədən və başqa gözlə baxdım – zamanın cilaladığı, dəfələrlə külə çevrilmiş və dəfələrlə bərpa edilmiş daş plitələr. İnsanları belə nəhəng əmək sərfinə, inanılmaz inadkarlığa nə sövq etmişdi? Onları ucqarlarda, dağların başında bu kiçik məbədi təzədən tikmək üçün var–qüvvələri ilə çalışmağa nə məcbur etmişdi?

Nə? - İnam.

- Buddistlərin öz həqiqətləri olub, krişnaitlərin öz həqiqətləri, indusların, müsəlmanların, yəhudilərin öz. Əgər insan səmimi inam sahibidirsə, o, Tanrıyla vəhdətdə olmağı bacaracaq və möcüzə yaratmağa qadir olacaq. Ancaq bunu bilmək kifayət deyildi - seçim etmək üçün qətiyyət də lazım idi.

Mən katolikliyi seçdim, çünki bu etiqadda tərbiyə almışdım, uşaqlıq illərimə onun möcüzələri hopdurulub. Əgər mən yəhudi doğulmuş olsaydım, iudaizmi seçərdim. Allah təkdir - baxmayaraq ki, onun minlərlə adı var, lakin onu hansı adla çağırmaq seçimi, məhz, sənə aiddir. Yenidən addım səsləri eşidildi.

Naməlum bir adam yaxınlaşdı, bizi nəzərdən keçirdi, sonra baş mehrabın yanına getdi və iki şamdan götürdü. Yəqin, o kilsə gözətçisi, ya da keşiş idi.

Mən bizi sovməəyə buraxmaq istəməyən qocanı xatırladım. Amma bu şəxs heç bir söz demədi. O çıxandan sonra dostum mənə dedi:

- Mənim bu axşam görüşüm var.

- Xahiş edirəm, söhbəti dəyişmə. Gerisini danış.

- Mən bu yaxınlıqdakı seminariyaya daxil oldum. Dörd il mümkün olan hər şeyi öyrəndim. Həmin vaxt mən İllüminatlarla, xarizmatiklərlə, çoxdan qapadılmış qapını açmağa çalışan cərəyanların davamçıları ilə tanış odum. Mən anladım ki, Allah – uşaqlıqda varlığıyla bizi qorxutduqları cəllad deyil. Xristianlığın ilkin, həç nə ilə ləkələnməmiş, qüsursuz mahiyyətinə qayıtmaq cəhdi yarandı.

38

- Onların İsa və Kilsənin eyni şey olmadığını başa düşmələrinin üzərindən cəmi iki min il keçəndən sonra? - mən təmkinli ironiya ilə soruşdum.



- İstədiyin qədər zarafat edə bilərsən, amma söhbət, məhz, bundan gedir. Mən bizim monastıra rəhbərlik eldən rahiblərdən birinin yanında öyrənməyə başladım. Və o, mənə təlqin elədi ki, vəyh alovunu, Müqəddəs Ruhu mütləq qəbul eləmək lazımdır.

Onun sözlərindən mənim ürəyim sıxıldı. Məryəm isə bayaqkı kimi gülümsəyir, körpə İsa şən - şən mənə baxırdı.

Nə vaxtsa mən də bütün bunlara inanırdım, lakin zaman keçdi və yaşadığım illər ərzində meydana çıxan, sağlam və məntiqli düşüncə sahibi olduğuma, torpağın üstündə möhkəm dayandığıma inam hissi məni dindən uzaqlaşdırdı. Əgər neçə illər məni müşayət etmiş, əvvəlki uşaq inamı - mələklər və möcüzələrə inam - yenidən dirilsəydi, nə yaxşı olardı! Lakin təkcə istəklə onu qaytarmaq qeyri - mümkündür.

- Ustadım mənə dedi: «Əgər bildiyinə inansan, əvvəl - axır biləcəksən», o davam etdi. - Mən hücrəmin tənhalığında öz - özümlə danışmağa başladım. Mən Müqəddəs Ruhun mənə əyan olması və bilməli olduğum hər şeyi öyrətməsi üçün dua edirdim. Və tezliklə başa düşdüm ki, mənim səsimlə birgə sözləri mənim əvəzimə deyən, başqa bir, müdrik səs də eşidilir.

- Mən də belə vəziyyətdə olmuşam, - mən onun sözünü kəsdim.

O susaraq gözlədi, amma mən başqa heç nə deyə bilmədim.

- Danış, mən qulaq asıram.

Ancaq sözlər gəlmirdi. O, elə gözəl şeylər haqqında danışırdı ki, mən o qədər ifadəli sözlər tapa bilməzdim.

- Özgə hər an qayıtmağa çalışır, - o, sanki mənim düşüncələrimi oxuyaraq dedi. - Özgə istəmədən axmaq bir söz deməkdən qorxur.

- Hə, - mən var gücümlə qorxuya yenilməməyə çalışaraq cavab verdim. - hərdən elə olur ki, mən kiminləsə qızğın şəkildə danışıram və birdən, hansısa bir anda əvvəllər heç vaxt ağlıma gəlməyən şeylər haqqında danışmağa başlayıram. Mənə elə gəlir ki, sanki mən sadəcə həmişə məndən çox-çox ağıllı, həyatdan yaxşı başı çıxan birinin sözlərini çatdırıram. Ancaq bu nadir hallarda baş verir. Adətən, mən susmağa və dinləməyə üstünlük verirəm. Və təzə nə isə öyrənəcəyimə inanıram, baxmayaraq ki, axırda hər şeyi unuduram.

- İnsan üçün onun özü qədər dərkolunmaz heç nə yoxdur. Əgər bizim buğda dəni boyda inamımız olsa, bu dağı yerindən tərpədə bilərik. Bax, mən bunu yaxşı yadımda saxlamışam. Və bu gün mən öz sözlərimi hörmətlə dinləyə-dinləyə təəccüblənirəm. Apostollar savadsız, cahil balıqçılar idilər. Lakin onlar göylərdən enən Alovu qəbul edirdilər. Onlar öz cahilliklərindən utanmırdılar–Onların Müqəddəs Ruha İnamı vardı. Bu vergi yalnız onu qəbul etmək istəyənlərə məxsusdur. Yetər ki, inanasan, qəbul edəsən, səhv buraxmaqdan qorxmayasan.

Məryəm təbəssümlə qarşımda dayanmışdı. Dünyada hamıdan çox onun ağlamaq üçün səbəbləri vardı - amma o gülümsəyirdi.

- Davam elə, - mən dedim.

39


- Mən artıq hər şeyi dedim. Vergini qəbul etmək lazımdır. Və onda o özünü göstərəcək, öz ifadəsini tapacaq.

- Bu şey belə işləmir.

- Bəyəm, sən məni başa düşmürsən?

- Düşürəm. Ancaq mən bütün insanlar kimiyəm – mən qorxuram. Haqqında danışdığından sən, sənin qonşun istifadə edə bilər, mən yox.

- Sən anlayanda ki, biz hamımız qarşımızdakı, bizə baxan bu körpəyə bənzəyirik, hər şey dəyişəcək.

- Amma o vaxta qədər biz işığa çox yaxınlaşdığımızı anlayacağıq və öz alovumuzu yandıra bilməyəcəyik.

O cavab vermədi.

- Sən seminariya barədəki fikrini tamamlamadın, - bir azdan mən onun yadına saldım.

- Mən seminariyadan çıxmayacağam.

Və mən nə isə deməyə macal tapmamış ayağa qalxdı və mehraba tərəf yönəldi.

Mən tərpənmədim. Başım fırlanırdı, nə baş verdiyini başa düşmürdüm. «Seminariyadan çıxmayacağam»!

Ən yaxşısı fikirləşməməkdir. Bənd parçalanıb, sevgi qəlbi batırıb və axının qarşısını almaq mənim iradəmdə deyil. Bir çıxış yolu da var - Özgəni köməyə çağırmaq, ruhi zəifliyin sərt, cəsarətsizliyin – soyuq qadına çevirdiyi məni. Lakin mən daha bunu istəmirdim. Mən daha həyata onun gözləri ilə baxa bilmirdim.

Fikir selini qəfil səslənən səs qırdı - şiddətli və uzun, sanki yanımda kimsə nəhəng fleytada not götürdü. Mənim ürəyim əsdi.

Birinci səsin ardınca ikincisi eşidildi. Sonra daha biri. Mən geri baxdım: taxta pilləkən kilsənin soyuq gözəlliyi və harmoniyası ilə kəskin kontrast yaradan başdansovdu tikilmiş meydançaya qalxırdı. Meydançada mən qədimi orqan gördüm.

Və – onu. Yarıqaranlıqda mən onun sifətini seçə bilmirdim, ancaq bilirdim - o ordadır.

Mən yerimdən qalxdım, amma o dəqiqə onun həyəcanlı səsi eşidildi:

- Pilar! Yerindən tərpənmə!

Və mən itaət elədim.

- Qoy, Müqəddəs Ana məni ilhamlandırsın, - o davam elədi. - Qoy, musiqi bu gün mənim duam olsun.

Və «Ave Mariya»nı çalmağa başladı. Saat altıya yaxın olardı, «Anqelus»un vaxtı, işıq və qaranlığın qarışdığı vaxt yaxınlaşırdı. Orqanın səsi sanki divarların qədim daşlarına hoparaq, müqəddəslərin statuyalarını bürümüş əfsanələrin ruhu və duaların qızğınlığı ilə qarışaraq boş kilsəyə yayılırdı. Musiqi qəlbimin lap dərinliklərinə keçsin deyə, ordakı bütün qorxuları, günah hissini silsin deyə, məni düşündüyümdən daha yaxşı, daha güclü olduğuma inandırsın deyə, gözlərimi yumdum.

Mən dəhşətli dərəcədə dua eləmək istədim, din yolundan döndüyüm vaxtdan bu yana

40


mənimlə ilk dəfə idi ki, belə bir şey baş verirdi. Mən əvvəlki kimi skamyada oturmuşdum, lakin ruhum Müqəddəs Ananın qarşısında diz çökmüşdü, «Hə» deyən qadının ayaqlarına düşmüşdü.

Hərçənd, o «yox» da deyə bilərdi və onda mələk başqasını axtarıb tapardı və onun rədd cavabı Allahın gözündə günah olmazdı, Allah Öz övladlarının nəyə qadir olduqlarını yaxşı bilir. Ancaq o dedi «sənin İradənə tabeyəm» Hərçənd dərk edirdi ki, seçdiyi taledə mələyin sözləri ilə birlikdə əzab – əziyyətdə qazanır; hərçənd qəlbinin gözü ilə sevgili oğlunun ata evini necə tərk elədiyini, insanların onun ardınca necə getdiyini və sonra onu dandığını artıq görə bilirdi, ancaq o dedi «sənin İradənə tabeyəm» hərçənd hər bir qadının həyatındakı ən ali, ən müqəddəs anı o, pəyədə yaşamalı və malların əhatəsində doğmalı oldu, zira Müqəddəs Kitabda belə yazılmışdı, «sənin İradənə tabeyəm»

hərçənd o, təlaş içində oğlunu küçədə axtarırkən onu məbəddə tapdı. Və oğlu, ondan mane olmamasını istədi, çünki o, başqa öhdəlikləri yerinə yetirməli, başqa vəzifəni həyata keçirməli idi,

«sənin İradənə tabeyəm» hərçənd bilirdi ki, ömrünün sonuna qədər oğlunu axtaracaq, əzab sancısı həmişəlik onun ürəyində qalacaq və hər dəqiqə onun həyatı üçün əsəcək, zira o həyat- təhlükə altındadır, oğlusa qovulur və təqib edilir, «sənin İradənə tabeyəm» hərçənd camaatın içində oğlu ilə rastlaşanda ona yaxınlaşa bilməyəcək, «sənin İradənə tabeyəm» hərçənd o, kiminləsə oğluna xəbər göndərəndə ki - burdadır, oğlu əli ilə öz şagirdlərinə göstərərək, ona çatdırılmasını əmr etdi: «budur mənim anam və mənim qardaşlarım», «sənin İradənə tabeyəm» hərçənd hər şey sona çatanda və hamı yaxasını kənara çəkəndə, çarmıxın altında, düşmənlərin rişxəndinə və dostların qorxaqlığına dözərək təkcə o, daha bir qadın və bir şagird qaldı, «sənin İradənə tabeyəm» İlahi, sənin İradənə tabeyəm. Zira övladlarının ruhən nə qədər zəif olduğu yalnız sənə əyandır və hər birinin üzərinə onun daşımağa gücü çatacaq ağırlığı qoyursan. Zira Sən mənim sevgimi anlayırsan, çünki bu - yeganə şeydir ki, həqiqətən mənə məxsusdur, yeganə şeydir ki, mən özümlə başqa dünyaya götürə bilərəm. İlahi, elə elə ki, o, öz cəsarətini və təmizliyini qorusun, dünyanın ona qurduğu bütün tələləri və qurğuları keçə, yaşaya bilsin, dünyanın uçurumuna və dibsizliyinə düşməsin. Orqanın səsi kəsildi və günəş də dağların arxasında gizləndi - bu eyni anda baş verdi, sanki Eyni bir Əlin hərəkətinə boyun əydi. Musiqi, doğrudan da, onun duasına çevrildi və onun duası eşidildi. Mən gözlərimi açdım - kilsə qaranlığa qərq olmuşdu və Məryəmin obrazı önündə bircə dənə şam yanırdı.

Və budur, mən onun yaxınlaşan addımlarını eşitdim. Tənha şamın işığı mənim göz yaşlarımı və mənim təbəssümümü işıqlandırdı – o, Məryəmin təbəssümü qədər gözəl olmasa da, qəlbimin yaşadığını sübut edirdi.

O mənə baxdı, mən ona. Mənim əlim axtarmağa başladı və onun əlini tapdı. Mən onun ürəyinin indi daha bərk döyündüyünü hiss etdim, az qala zərbələrin səsini eşidirdim, axı biz sakit və səssizcə dayanmışdıq.

Ancaq mənim ruhum rahat, ürəyimsə sakit idi.

41


Mən onun əlini sıxdım, o məni qucaqladı. Deyə bilmərəm, heykəlin yanında nə qədər qaldıq, bunun nə qədər çəkdiyini bilmirəm – zaman donmuşdu.

Məryəm bizə baxırdı. Öz taleyinə «hə» demiş gənc kəndli qız. Bətnində Allahın oğlunu, qəlbində İlahəyə sevgini daşımağa razılıq vermiş Qadın. O, bizi anlamağa qadirdir.

Mən ondan heç bir şey haqqında soruşmaq istəmirdim. Kilsədə keçirdiyimiz anlar tamamilə kifayət etdi ki, bizim səyahətimiz anlam qazansın. Onunla keçirdiyimiz dörd gün tamamilə kifayət etdi ki, diqqətəlayiq heç nəyi ilə yadda qalmayan bu il əhəmiyyətli və vacib olsun.

Və buna görə də mən ondan heç bir şey haqqında soruşmadım. Biz ələ - ələ tutaraq kilsədən çıxdıq və otağımıza qayıtdıq. Başımda hər şey bir - birinə qarışmışdı - seminariya, Müqəddəs Ana, onun kiminləsə axşama nəzərdə tutulmuş görüşü.

Və onda mən dərk elədim: o da, mən də ruhlarımızı eyni taleyə tapşırmaq istəyirik, ancaq Fransada seminariya, Saraqosda isə universitet var. Mənim ürəyim sıxıldı. Mən orta əsrdən qalma evciklərə, dünən gecə yanında oturduğumuz quyuya nəzər saldım. Yadıma Özgə qadının - bu yaxınlara qədər mən olanın - kədəri düşdü.

«İlahi, Sən özün görürsən - mən əvvəlki inamımı diriltməyə çalışıram. Bir haldaki mənim başıma belə iş gəlib, məni tərk eləmə, tək qoyma», - mən qorxunu qovaraq yalvardım.

O çox yatmadı, mən də pəncərədəki qara uçuruma baxaraq oyandım. Sonra biz yenə də yuxuya getdik, oyandıq, bizim azdanışan ev sahiblərimizlə şam elədik və o, onlardan evin açarını istədi.

- Bu gün biz gec qayıdacağıq, - o, sahibəyə dedi.

- Gənclərə əylənmək lazımdır, - qadın razılıqla başını tərpətdi. – Və bayramı mümkün qədər yaxşı keçirmək.

- Mən bir şey barədə soruşmalıyam, - biz maşına oturanda mən dedim. – İstəmirdim, amma özümlə bacarmıram.

- Seminariya barədə?

- Hə, mən başa düşmürəm, - cavab verdim, özümsə fikirləşdim: «Hərçənd artıq bunun heç bir əhəmiyyəti yoxdur».

- Mən həmişə səni sevmişəm, - o danışmağa başladı. – Mənim başqa qadınlarım olub, ancaq təkcə səni sevmişəm. Mən medalyonu həmişə özümlə gəzdirmişəm, nə vaxtsa onu sənə qaytaracağım, cəsarətimi toplayaraq «Mən səni sevirəm» deyəcəyim ümidilə. Dünyada hansı yolla gedirəm-gedim, o, məni mütləq sənin yanına gətirirdi. Mən sənə yazırdım və üzərində sənin imzan olan hər zərfi qorxa-qorxa açırdım - axı, cavab məktublarından istəniləni mənə sənin başqası ilə görüşdüyün xəbərini gətirə bilərdi. Məhz, onda mən mənəvi çağırışı eşitdim. Daha doğrusu, mən bu çağrıya cavab verdim, çünki o məndə - elə sən də - uşaqlıqdan mövcud idi. Mən anladım ki, Tanrı mənim yaşamımda həddindən artıq vacib yer tutur və əgər arzumun ardınca yollanmasam, heç vaxt xoşbəxt ola bilməyəcəyəm. Mən İsanın simasını dünyada qarşıma çıxan hər kasıbın üzündə görürdüm və mən Onu görməzdən gələ bilməzdim.

42


O susdu, mənsə onu tələsdirməmək qərarına gəldim.

İyirmi dəqiqədən sonra o, maşını saxladı və biz düşdük.

- Biz Lurddayıq, - o dedi. – Buraları yayda görəsən.

İndi isə mən adamsız küçələr, bağlı mağazalar, mehmanxanaların girişində polad şəbəkələr görürdüm.

- Yayda burda altı milyon turist olur, - o şövqlə davam etdi.

- Bilmirəm yayda necədi, amma hal-hazırda o xəyalət-şəhəri xatırladır.

Biz körpünü keçdik. Əzəmətli dəmir darvazanın bir tayı – kənarlarında mələk fiqurları olan - açıq idi. Və biz içəri girdik.

- Sonra nə baş verdiyini danış, - mən xahiş elədim, baxmayaraq ki, bir az əvvəl təkid etməməyə qərar vermişdim. – İsanın simasının adamların üzündə necə tanınmasından danış.

Elə o dəqiqədə başa düşdüm – o söhbətini davam etdirmək istəmir. Ola bilsin ki, indi vaxtı deyil və bura da yeri deyil. Ancaq bir halda ki başlayıb, sona çatdırmalıdır.

Biz hər iki tərəfində qarlı düzənliklər sərilmiş geniş prospektlə irəlilədik. Uzaqda məbədin silueti görünürdü.

- Danış, - mən təkrar elədim.

- Sən artıq hər şeyi bilirsən. Mən seminariyaya daxil oldum. Hələ birinci il Allahdan sənə olan sevgimi bəşəri sevgiyə çevirmək üçün kömək etməsini istədim. İkinci kursda başa düşdüm ki, mənim dualarım eşidilib. Üçüncü il - nə qədər qəribsəsəm də, qəti əminlik yarandı ki, sevgim yavaş-yavaş mərhəmətə, duaya, ehtiyac duyanlar üçün yardıma çevrilir.

- Bəs niyə sən yenidən məni axtardın? Niyə məndə bu odu yenidən alovlandırdın? Niyə Özgənin qovulması haqqında danışdın, yaşamımın nə qədər miskin və mənasız olduğuna gözlərimi açdın?

Mənim səsim titrəyirdi, sözlər dolaşırdı. Keçən hər dəqiqə o, seminariyaya daha yaxın və məndən daha uzaq olurdu.

- Niyə qayıtdın? Niyə bu əhvalatı mənə yalnız bu gün danışdın - axı, sən görürdün ki, mən səni sevməyə başlayıram?!

- İndi deyəcəyim sənə axmaqlıq kimi görünəcək, - o, azca yubanaraq cavab verdi.

- Görünməyəcək! Mən daha gülməli olmaqdan qorxmuram. Və bunu mənə sən öyrətdin.

- İki ay əvvəl mənim ruhi müəllimim onunla birlikdə bir qadının yanına getməmi xahiş elədi - o, ölürdü və bütün əmlakını bizim seminariyaya vəsiyyət eləməyə hazırlaşırdı. Qadın Sent-Savendə yaşayırdı.

Məbəd artıq lap yaxında idi. Mən təhtəlşüurda hiss etdim: Ona çatan kimi söhbət kəsiləcək.

- Dayanma, - mən xahiş etdim. – Mənim izahata haqqım var.

- Onun evinə girdiyim dəqiqə mənim yadımdadır. Pəncərələr Pireneylərə açılırdı və qarın parıltısından daha da gözqamaşdırıcı görünən günəş hər tərəfi doldurmuşdu. Mən əşyaları siyahıya almağa başladım, amma tezliklə dayanmağa məcbur oldum. İş

43


ondaydı ki, mərhumənin zövqü tamamilə mənim zövqümə uyğun idi – o, mənim aldığım diskləri alırdı, pəncərənin arxasındakı bu mənzərəni seyr edə-edə mənim də qulaq asacağım musiqiyə qulaq asırdı. Rəflərdə xeyli kitab vardı – onlardan bəzilərini mən oxumuşdum, digərlərini isə məmnuniyyətlə oxuyardım. Mebel də, şəkillər də, otaqlara səpələnmiş cürbəcür xırda əşyalar da - hər şey elə idi ki, sanki onları mən özüm seçmişdim. Və həmin gündən mən o evi unuda bilmirəm. Hər dəfə dua eləmək üçün sovməəyə girəndə yadıma düşürdü ki, mənim dünyadan imtinam bütöv deyil. Mən belə bir evdə səninlə necə yaşadığımı, həmin musiqini dinlədiyimi, dağların qarlı zirvələrinə, buxarıdakı alova baxdığımı təsəvvür edirdim. Mən bizim uşaqların otaqlarda necə o yan - bu yana qaçdıqlarını, Sent-Saveni dövrəyə almış çöllərdə necə oynadıqlarını təssəvvür edirdim.

Mənsə, baxmayaraq ki, heç vaxt o evdə olmamışdım, onun necə göründüyünü dəqiq bilirdim. Və mən istərdim ki, o, daha heç bir söz deməsin, onda mən xəyal qura bilərdim.

Ancaq o davam edirdi:

- İki həftə əvvəl mən ruhi yorğunluğumun öhdəsindən gələ bilmədim. Öz müəllimimi tapdım, ona baş verən hər şeyi danışdım. Səni sevdiyimi və evi siyahıya alarkən hansı hissləri keçirdiyimi etiraf elədim.

Pəncərənin arxasında xırda yağış yağmağa başladı. Mən başımı aşağı saldım, bərk-bərk jaketə büründüm. Mən sonra nələr baş verdiyini öyrənməyə qorxurdum.

- O isə mənə dedi: «Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get, axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir». «Bunun mənim taleyim olub-olmadığını bilmirəm, - mən ona dedim. – Bu monastıra qapanmaq qərarını verəndə mən ruhi rahatlıq tapdım». «Onda dünyaya get, bütün şübhələrindən azad ol,- o cavab verdi. – dünyada qal, ya da seminariyaya qayıt. Ancaq özün üçün seçəcəyin həmin yerdə sən özünlə tam vəhdətdə olmalısan. Bölünmüş çarlıq kiçik təzyiqdən dağılacaq. Bölünmüş insan həyatın üzünə ləyaqət və cəsarətlə baxa bilməz».

O cibində nə isə çıxartdı və mənə uzatdı. Bu açar idi.

- Mənim müəllimim o qadının evinin açarını mənə verdi və dedi ki, əşyaları satmaqda tələsməyim. Mən bilirəm – o, mənim ora səninlə qayıtmamı istəyirdi. Madriddəki mühazirəni o, mənim üçün təşkil eləmişdi, bizim yenidən görüşməmiz üçün.

Mən onun əlindəki açara baxdım və səssizcə gülümsədim. Ancaq sinəmdə sanki zənglər çalınırdı, başımın üstündə göylər açılmışdı. O, Allaha xidmət edəcək, lakin özünəməxsus şəkildə - mənim yanımda. Çünki mən bunun uğrunda mübarizə aparacam.

- Götür, - o dedi.

Mən əlimi uzatdım, açarı barmaqlarımın arasında sıxdım, cibimdə gizlətdim.

Məbədin baziliki artıq qarşımızda idi. Mən söz deməyə macal tapmamış kimsə onu gördü və ona tərəf qaçdı. Narın çisək yağmaqda davam edirdi və mən burda nə qədər

44

qalacağımızı bilmədiyimdən bir dəqiqə belə unutmurdum - mənə islanmaq olmaz, dəyişək yoxdur.



Mən ancaq bu barədə fikirləşməyə çalışdım və yer və göy arasında asılı olan və taleyin əlinin nə zaman ona toxunacağını gözləyən ev haqqındakı fikirləri qovdum.

O, məni səslədi və mən yaxınlaşanda bir neçə nəfərə təqdim elədi. Kimsə haradan gəldiyimizlə maraqlandı və o Sent-Savenin adını çəkəndə dedi ki, orada müqəddəs zahid dəfn olunub. Rəvayətə görə, məhz, o, birinci dəfə meydanın ortasında quyu tapıb və başlanğıcda şəhərcik əvvəlki kimi yaşamaq istəməyən, dağlarda Allah axtaran möminlər üçün sığınacaq qismində nəzərdə tutulub.

- Onlar indi də ordadırlar,- mən daha kiminsə səsini eşitdim.

Mən bu əhvalatın nə qədər gerçək olduğunu bilmirdim və «onların» kimliyi barədə heç bir təsəvvürüm yox idi.

Təzə adamlar da gəldilər və hamı mağaranın girişinə tərəf istiqamətləndi. Digərlərindən böyük görünən bir nəfər mənimlə fransızca danışdı, lakin mənim, demək olar ki, heç nə anlamadığımı görəndə sınıq ispan dilinə keçdi:

- Siz bura qeyri-adi bir adamla gəlmisiniz. Möcüzə yaradan bir adamla.

***

Mən heç nə demədim, ancaq yadıma Bilbaodakı axşam və ona sarı atılan ümidsiz kişi düşdü. Onda hara getdiyini o, mənə demədi, mənəsə bu maraqlı idi. İndisə mənim fikirlərim evdə cəmlənib - mən onun necə olacağını dəqiq bilirdim: orada hansı kitablar və disklər olacaq, pəncərədən hansı mənzərə görünəcək.



Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz dayanıb, günlərin bir günü biz ora gələcəyik. Mənim sakitcə onun qayıtmasını gözləyəcəyim ev. Balaca qız və oğlanın dərsdən sonra qaça-qaça gələrək yaşam sevinci liə dolduracağı ev.

Adamlar Zühürün baş verdiyi yerə çatana qədər yağışın altında bükülərək səssizcə getdilər. Hər şey düz mənim təsəvvürümdəki kimi idi – mağara, Müqəddəs Ananın heykəli və bir vaxtlar möcüzənin baş verdiyi yerdə, şüşənin altında çeşmə. Ziyarətçilərin bəziləri dua edirdi, digərləri sadəcə gözlərin yumaraq sakitcə oturmuşdu. Mağaranın qabağından çay axırdı və onun səsi mənə sakitləşdirici təsir etdi. Müqəddəs Məryəmin obrazını görəndə mən qısa bir dua pıçıldadım - Müqəddəs Anadan mənə kömək eləməsini istədim, zira mənim ürəyimə daha əzab gərək deyil.

«Əgər qismətimdə, əzab çəkmək varsa, qoy o, tez gəlsin, - mən deyirdim. – Çünki mənim qarşımda bütöv bir həyat var və ondan mümkün olduqca yaxşı istifadə eləmək lazımdır. Əgər o seçim etməlidirsə, qoy tez eləsin. Onda mən onu gözləyəcəyəm. Ya da unudacağam. Gözləmək - işgəncədir. Unutmaq - ağırdır. Ancaq əzablardan ən dəhşətlisi – hansı qərarı verəcəyini bilməməkdir».

Qəlbimlə hiss elədim ki, mənim dualarım eşidildi.

***

45


Bazilikanın üzərindəki saat gecəyarısını göstərəndə bizim ətrafımıza artıq yetərincə çox adam toplaşmışdı - yüzdən az olmazdı. Onların arasında keşişlər, rahiblər vardı və hamı gözlərini obrazdan çəkmədən yağışın altında hərəkətsiz dayanmışdı.

- Eşq olsun sənə, Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm! – mənim yanımda kimsə dilləndi və elə həmin an saatın sonuncu zərbəsi səsləndi.

- Eşq olsun! – hamı xorla cavab verdi və əl çaldı.

Dərhal bizə gözətçi yaxınlaşdı və sakitliyi qorumamızı xahiş etdi – biz başqa zəvvarlara mane oluruq.

- Axı, biz uzaqdan gəlmişik, - bizim qrupdan kimsə dedi.

- Onlar da, - gözətçi yağışın altında dayanmış adamları göstərərək cavab verdi. – Buna baxmayaraq səssiz dua edirlər.

Mən gözətçinin ziyarətgaha bir daha girməməsini elə çox istərdim ki.. Mən buradan çox uzaqda, onunla təklikdə olmaq, əlindən tutmaq, nələr hiss etdiyimi demək istəyirdim. Biz planlar qurardıq, ev haqqında və məhəbbət haqqında danışardıq. Mən onu sakitləşdirərdim, mən mehriban və nəvazişli olardım, mən deyərdim ki, onun arzusunun həyata keçməsinə az qalıb - çünki mən onun yanındayam və ona kömək edəcəyəm.

Gözətçi tezliklə uzaqlaşdı, keşişlərdən biri isə astadan təsbehlə dua eləməyə başladı. O, duanın «iman gətirirəm» adlı son hissəsinə çatanda hamı gözlərini qapayaraq hərəkətsiz dayanmışdı.



  1. Bu adamlar, kimdi onlar? – mən soruşdum.

  2. Xarizmatiklər, - o cavab verdi.

Mən bu sözü artıq eşitmişdim, amma mənasını izah edə bilməzdim. O bunu daşa düşdü.

- Bu adamlar Müqəddəs Ruhun alovunu qəbul edirlər. İsanın qoyduğu alovu, o alovu ki, yalnız bəzilərinə onun odundan öz şamını yandırmaq qismət olur. Bu adamlar xristianlığın ilkin həqiqətinə - hamının möcüzə yaratmağa qadir olduğu ideyasına yaxındırlar. Bu adamlar Gün İşığına Bürünmüş Qadına bəllidirlər, - o, gözləri ilə Məryəmin heykəlini göstərərək dedi.

Adamlar sanki yalnız onların eşitdiyi bir əmrə tabe olaraq yavaş səslə oxumağa başladılar.

- Sən əsirsən. Donmusan? Sən bunda iştirak etməyə bilərsən.

- Bəs sən?

- Mən qalacağam. Bu – mənim yaşamımdır.

- Onda mən də qalıram, - mən cavab verdim, baxmayaraq ki, buradan çoz uzaqda olmağı üstün tutardım. – Əgər bu sənin dünyandırsa, mən onun bir hissəsi olmaq istəyirəm və bunu öyrənəcəyəm.

Adamlar oxumaqda davam edirdilər. Mən gözlərimi yumdum, anlamadığım fransız sözlərini mənasız səs yığını kimi tələffüz edərək melodiyanı izləməyə çalışdım. Vaxt belə tez ötürdü.

Bütün bunlar tezliklə qurtaracaq. Və biz Sent-Savenə qayıda biləcəyik. Yalnız ikimiz

46

- o və mən.



Mən fikirləşmədən, avtomatik oxumaqda davam edirdim və tezliklə başa düşdüm ki, musiqi məni ovsunlayır, sanki o öz həyatını yaşayır və mənə hipnoz kimi təsir edir. Yüngül titrətmə keçdi, mən artıq yağışa əhəmiyyət vermirdim, dəyişəyim olmadığını yadıma salmırdım. Musiqi məni oxşayırdı, əhvalımı yüksəldirdi, Allahın yaxın olduğu və mənə kömək elədiyi zamanlara aparırdı.

Mənim tamamilə musiqiyə qarışdığım anda o kəsildi.

Mən gözlərimi açdım. Bu dəfə gözətçi yox, keşiş işə qarışdı. O, dua edənlərin sırasındakı həmkarına yanaşdı və ona astadan nə isə deyərək getdi.

İkinci keşiş bizə tərəf çevrildi:

- Biz dualarımızı çayın o biri sahilində etməli olacağıq.

Və budur, biz səssizcə göstərilən yerə yönəlirik. Mağara ilə üzbəüz dayanan körpüyə qalxırıq, çayın qarşı sahilinə keçirik. Bura gözəldir - ağaclar, düzənlik və indi bizimlə mağara arasında uzanmış çay. Buradan Müqəddəs Məryəmin işıqlandırılmış heykəli aydın görünür və biz başqa zəvvarlara mane olmaqdan çəkinmədən yüksək səslə oxuya bilərik.

Belə bir hiss təkcə məndə yaranmayıb – o sanki hamıya sirayət edir: adamlar başlarını səmaya qaldıraraq və gülümsəyərək bərkdən oxumağa başlayırlar, yağış damlaları isə bu arada onların üzüylə axır. Kimsə əllərini göyə açır, bir andan sonra hamı onun etdiyini təkrarlayır və musiqinin ritminə uyğun yırğalanır.

Məndə daxili mübarizə gedir – mən həm bu vəhdətdə əriyirəm, həm də eyni zamanda ətrafımda nələrin baş verdiyini diqqətlə izləmək istəyirəm. Yanımdakı keşişlərdən hansısa ispanca oxumağa başlayır və mən də onun sözlərini təkrar edirəm. Bu yalvarışlar Müqəddəs Ruha və Məryəmə ünvanlanmışdı - dua edənlərin üzərinə ensinlər, onlardan hər birini öz nemətləri ilə mükafatlandırsınlar, öz qüdrətlərindən pay versinlər deyə.

- Qoy, bizə dil qabiliyyəti iltifat edilsin, - o biri keşiş dedi və sonra bu cümləni ispanca və italyanca təkrarladı.

Sonra baş verənləri tam dərk eləmədim. Ətrafımda dayanan adamlardan hər biri mənə məlum olmayan dildə danışmağa başladılar. Bu nitqdən daha çox əlaqəsiz səs-küy idi - sözlər sanki birbaş qəlbdən gəlirdi, heç bir məntiqi ardıcıllıq olmadan. Mən dərhal bizim kilsədəki söhbətimizi - onun vəyh haqqında və hər bir elmin hər şeydən əvvəl öz qəlbinin səsini dinləmək bacarığından ibarət olması haqqında danışdıqlarını xatırladım.

«Ola bilsin ki, bu mələklərin dilidir», - mən, onları yamsılamağa çalışaraq və bunun mənasız olduğunu hiss edərək fikirləşdim.

Sanki transdaymış kimi hamı çayın o biri sahilinə, Məryəmin heykəlinə baxırdı. Mən onu gözlərimlə axtardım, gördüm ki, əllərini göyə qaldıraraq məndən aralanıb və o da surətlə hansısa sözlər deyir, sanki Məryəmlə danışır. O, hərdən razılaşaraq gülümsəyirdi, hərdən də elə bil, anlamırdı.

«Budur onun dünyası», - mən düşündüm.

Bütün bunlar məni qorxutmağa başlayırdı. Yanımda tutmaq istədiyim kişi danışırdı

47

ki, Allah həm də qadın cinsinə aiddir, naməlum, ağlagəlməz dillərdə sözlər deyirdi, transa düşürdü və adama elə gəlirdi ki, mələklərə yaxınlaşıb. Və mənim xəyalını qurduğum dağdakı ev reallıqdan itirdi, onun geridə qoyduğu dünyanın bir hissəsinə çevrilirdi.



Madriddəki mühazirələrdən başlayaraq son bir neçə gün mənə bir yuxu, mənim yaşam məkanından və zamanından kənar səyahət kimi görünürdü. Ancaq bu yuxuya dünyanın sonsuzluğu hissi, kitab marağı, yeni macəraların ruhu hopmuşdu. Nə qədər mübarizə aparsam da, mənə məlum idi ki, məhəbbət qadın ürəyini tez alovlandırır, odur ki, mənim küləyə əsmək, suya isə bəndi yıxmaq icazəsi verməyim – sədəcə zaman məsələsidir. Prinsipcə, nə qədər buna qarşı olsam da, mən əvvəllər sevmişəm və indi mən yaranmış situasiyanı necə həll etmək barədə fikirləşirdim.

Lakin burda nə isə elə bir şey vardı ki, mən dərk eləmək gücündə deyildim. Allah qanunları dərslərində mənə bu katolik dinini öyrətmirdilər. Öz həyat yoldaşımı mən belə təssəvvür etmirdim, belə görmürdüm.

«Həyat yoldaşı… nə qəribə söz birləşməsidi», - mən düşündüm və düşüncələrimə özüm də heyrətləndim.

Çay və kaha mənim qəlbimdə qorxu və qısqanclıq doğurdu. Qorxu – çünki bu mənim üçün yeni idi, yeniliksə həmişə qorxudur. Qısqanclıq – çünki mən tədricən başa düşürdüm: məhəbbət mənim təsəvvür etdiyimdə böyükdür, məhəbbət elə sərhədləri keçir, elə yerlərdə gəzir ki, ora heç vaxt mənim ayağım dəyməyib.

«Bağışla məni, Müqəddəs Məryəm, - mən dedim. – Bağışla ki, bu qədər cılız, yazıq, miskin olan mən bu adamın təkcə məni sevməsini tələb eləyirəm». Bəs əgər onun əsl taleyi – dünyadan çəkilmək, seminariyaya qapanmaq və mələklərlə dua etməkdirsə, necə olsun?

O öz arzusuna qarşı nə qədər müqavimət göstərə biləcək, onun evi, musiqini, qiraəti atması üçün nə qədər vaxt keçəcək? Və hətta o, seminariyaya qayıtmasa belə, onu əsl arzusuna yaxın buraxmamaq üçün mən hansı bədəli ödəməli olacağam?

Adama elə gəlirdi ki, ətrafda hamının bütün fikrini elədiklərinə cəmləşdirmişdi – hamı, məndən savayı. Mən gözümü ondan çəkmirəm, o isə mələklərin dilində danışır.

Tənhalıq qorxu və qısqanclığı sıxışdırdı. Mələklər özlərinə həmsöhbət tapdılar, mənsə tək dayanmışdım.

Bu qəribə dildə danışmağa məni nəyin vadar elədiyini bilmirəm. Ola bilsin, onunla dəhşətli dərəcədə görüşmək, görüşmək və nələr hiss etdiyimi ona danışmaq zərurəti. Ola bilsin, qəlbimin mənimlə söhbət etməsinə ehtiyacım vardı – ürəyim şübhələrlə dolu idi və mənə cavablar lazım idi.

Ancaq mən nə etmək lazım gəldiyini bilmirdim, - nə qədər gülünc göründüyüm düşüncəsi böyüyür və möhkəmlənirdi. Lakin mənim yanımda, mənim ətrafımda adamlar dayanmışdılar – kişilər və qadınlar, qocalar və cavanlar, dünyəvilər və ruhanilər, rahiblər və tələbələr. Onların yaxınlığı mənə güc verdi və mən Müqəddəs Ruhdan mənə qorxunu yenməm üçün güc istədim.

«Cəhd elə, - mən özümə dedim. Anlamadığın sözləri deyə bilmək üçün ağzını açmaq

48


və cəsarətini toplamaq kifayətdir. Cəhd elə».

Və mən cəhd etmək qərarına gəldim. Lakin əvvəl nə vaxt başladığını başa düşmədiyim bu sonsuz – uzun günü əvəz etmiş gecənin mənim üçün zühur gecəsi olmasını istədim.

Və Tanrı da, sanki mənim dualarımı eşitdi. Və sözlər asan səslənməyə başladı, tədricən onlar insan dilinin cizgilərini itirdilər. Artıq utanc məni o qədər də incitmirdi, özümə inam artmışdı və dilim də itaətkar və çevik oldu. Mən əvvəlki dediklərimdən heç nə başa düşmürdüm, ancaq bu qəribə sözlər mənim qəlbimə aydın idi.

Mən cəsarətimi topladığım və mənasız sözləri dediyim üçün sevinc dalğası hiss elədim. Mən azad idim, əməllərimə izahat verməyə və ya axtarmağa artıq ehtiyacım yox idi. Yeni əldə etdiyim bu azadlıq məni göylərə qaldırırdı – elə bir yerə ki, orda yanında özünü heç zaman atılmış hiss etməyəcəyin, hər şeyi bağışlayan Böyük Məhəbbət mənə qucağını açacaq.

«Mənə elə gəlir ki, mən təzədən inanıram», - məhəbbətin yaratmağa qadir olduğu bütün o möcüzələrə təəccüblənərək fikirləşdim. Mən hiss edirdim – Müqəddəs Məryəm öz libası ilə məni örtərək və qızındıraraq əllərində saxlayır. Naməlum sözlər mənim dodaqlarımdan get-gedə daha yüngül və çevik qopurdular. Mən ağladım, göz yaşlarımın səbəbini özüm də bilmədən. Sevinc mənim ürəyimi doldurdu, məni başdan-ayağacan batırdı. O, qorxudan, mənim miskin həqiqətimdən, həyatımın hər saniyəsini etmək məqsədindən güclü idi.

Mən başa düşürdüm – bu göz yaşları mənə yuxarıdan göndərilib, axı, hələ məktəbdə rahibələr mənə təlqin edirdilər ki, ən ali yüksəliş anında müqəddəslər ağlayırlar. Mən gözlərimi qaranlıq səmaya baxaraq açdım, göz yaşlarının yağış damlaları ilə necə qarışdığını hiss elədim. Torpaq canlı idi, yüksəklikdən enən su özü ilə dağ zirvələrinin möcüzəsini gətirirdi. Biz bu möcüzənin bir parçasıydıq.

- Nə yaxşı, Allah qadın ola bilər, – mən yavaşca dedim, çünki başqaları oxuyurdular. – Əgər bu belədirsə, onda onun, məhz, qadın siması bizə sevməyi öyrədib.

- Gəlin «çadırlarla» dua edək, - keşiş dedi və dərhal da cümləsini ispan, fransız, italyan dillərində təkrarladı.

Mən yenə çaşdığımı və nə baş verdiyini anlamadığımı hiss elədim. Kimsə mənə yaxınlaşdı, qolunu çiynimə doladı. Başqa biri də o biri tərəfdən qucaqladı.

Biz səkkizimiz də birlikdə qucaqlaşaraq dairə yaradırıq, elə əyilirik ki, başlarımız bir-birinə toxunur.

Doğrudan da, bu canlı çadıra oxşayır. Yağış güclənir, lakin heç kim ona fikir vermir. Dayandığımız poza bizim bütün diqqətimizi və bədənimizin istiliyini tələb edir.

- Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm, mənim oğluma kömək elə, qoy o, öz yolunu tapsın, - məni sağ tərəfdən qucaqlamış kişi deyir. – «Ave Mariya»nı mənim oğlum üçün oxuyaq.

- Amin, - digərləri cavab verir və səkkiz baş duaya başlayır.

- Müqəddəs Məryəm, məni nurlandır, mənə loğmanlıq qabiliyyəti göndər, - bizim çadırda qadın səsi deyir. – «Ave Mariya» oxuyaq. Yenə «Amin» və ardınca da dua

49

səslənir. Səkkiz nəfərdən hər biri öz xahişini bildirir və hamı onu öz duası ilə dəstəkləyir. Mən özüm özümə heyrət edirəm – çünki uşaq kimi dua edirəm və uşaq kimi də inanıram ki, bizə Ənam veriləcək.



Bir anlığa sakitlik yarandı. Mən başa düşdüm ki, mənim Məryəmə dua ilə müraciət eləmək vaxtım çatıb. Başqa şəraitdə mən utandığımdan ölərdim – deməyə heç nə tapmazdım. Amma burda Zühuretmiş vardı və mənə inam verirdi.

- Müqəddəs Məryəm, mənə sevməyi öyrət, Sən sevdiyin kimi, - mən öz səsimi eşidirəm. – Qoy, bu sevgi məndə və kimə xitab olunubsa, onda möhkəmlənsin. «Ave Mariya» oxuyaq.

Biz birlikdə dua edirik və mən yenə də azad oluram.

Neçə illər mən öz ürəyimə qarşı mübarizə aparmışam, çünki unudulmaqdan, əzabdan, kədərdən qorxurdum. Lakin həmişə bilirdim ki, əsl məhəbbət – bütün bunlardan yüksəkdir, bilirdim ki, ölmək yaxşıdır, nəinki bir daha sevməmək.

Ancaq mənə elə gəlirdi ki, bunun üçün gərəkli cəsarətə başqaları sahibdir, məndəsə o yoxdur. Və yalnız indi anladım – var! Hətta məhəbbət özü ilə ayrılıq, tənhalıq, qüssə gətirsə belə, o, bizim onun üçün ödədiyimiz bədələ dəyər.

«Təkcə bu barədə fikirləşmək olmaz, mən diqqətimi mərasimdə cəmləşdirməliyəm». Bizim qrupu idarə edən keşiş dairəni açmamızı istədi və dedi ki, indi biz xəstələr üçün dua edəcəyik. İnsanlar yağışın altında Allahın və Müqəddəs Məryəmin şərəfinə dualar edir, oxuyur, oynayırdılar. Hərdənbir hamı əllərini göyə qaldıraraq yırğalana-yırğalana naməlum dillərdə danışmağa başlayırdı.

- Aramızdan kimin gəlini axsayırsa, bilsin ki, o sağalır, - birdən qadın dedi.

Dualar və onunla birlikdə nəğmələr və rəqslər bərpa olundu. Aradabir həmin qadının səsi eşidilirdi:

- Aramızdan kimin bu yaxınlarda anası ölübsə, qoy qəti əmin olsun ki, o Allahın rəhmətini qazanıb.

Sonra o mənə danışdı ki, peyğəmbərlik vergisi deyilən nəsnə, məhz, budur və bəzi adamlar özlərindən minlərlə mil uzaqda bu dəqiqə nələr baş verdiyini və ya verəcəyini hissetmə qabiliyyətinə sahibdirlər.

Və o heç vaxt xəbər tutmadı ki, mən möcüzələrdən danışan qadının səsinin gücünə inanırdım. Mən gözləyirdim ki, bu qadın ikimizin sevgisi haqqında danışacaq, ümid edirdim ki, o deyəcək – bu məhəbbətə bütün mələklər, müqəddəslər, Allah və İlahə xeyir-dualarını verdilər.

Mərasimin nə qədər davam etdiyini bilmirəm. Adamlar dəfələrlə naməlum dillərdə danışır, oxuyur, oynayır, öz yaxınları üçün dualar edir, möcüzə göndərilməsini istəyir, onlara xeyir-dua verildiyini bildirirdilər.

Və nəhayət, mərasimə rəhbərlik edən keşiş dilləndi:

- Gəlin, xarizmatik yeniləşmədə bu gün birinci dəfə olanlar üçün dualar edək.

Belə çıxır ki, mən burda tək deyiləm. Bu fikrin dərki məni sakitləşdirdi.

Yenidən nəğmələr səsləndi. Bu dəfə mən hamı ilə birgə oxumurdum, yalnız qulaq asır və arzularımın xeyir-dua almasını istəyirdim.

50

Mənəsə çox şey lazım idi.



- Xeyir-dua alaq, - keşiş dedi.

Hamı üzünü çayın o biri sahilindəki işıqlandırılmış mağaraya tərəf çevirdi. Keşiş bir neçə dua oxudu və bizə xeyir-dua verdi. Bundan sonra hamı bir-birini öpdü, bayram münasibətilə təbrik etdi və dağılışdı.

O, mənə yaxınlaşdı. Siması adətən olduğundan daha şən idi.

- Sən tamam yaşsan, - o dedi.

- Sən də, - mən gülərək cavab verdim.

Biz maşına oturduq və Sent-Savenə qayıtdıq. Mən bu dəqiqəni necə arzulayırdım, amma indi o an çatanda – bilmirəm, nə deyim. Dağlardakı evi, kitabları və diskləri, anlaşılmaz dilləri və səkkiz ibadətçinin yaratdığı çadırı hansı sözlərlə təsvir etmək olar?

O, iki dünyada yaşayır. Nə vaxtsa və hardasa bu dünyalar qovuşacaqlar və mən bunun necə baş verəcəyini mütləq anlamalıyam.

Lakin belə anlarda sözlər heç bir anlam daşımır. Sevgi yalnız sevgi ilə dərk olunur.

- Mənim təkcə bir sviterim var, - biz otağa daxil olanda o dedi. – Geyin onu. Sabah özümə başqasını alaram.

- Gəl, paltarları kaloriferin üstünə asaq. Sabaha qədər quruyacaq, - mən cavab verdim. – Mənim maykam var, dünən onu yumuşam.

Bir neçə anlıq sakitlik çökdü.

Paltar. Çılpaqlıq. Soyuq.

O, çemodanından bir dənə də futbolka çıxartmalı oldu.

- Gecəköynəyi əvəzinə yarayar?

- Əlbəttə.

Mən çırağı söndürdüm. Qaranlıqda yaş paltarı əynimdən çıxartdım, kaloriferin üstünə asdım və tənzimləyicini tam gücü ilə açdım.

Mənim siluetimi görməsi və çılpaq olduğumu bilməsi üçün küçə fənəri yetərincə işıq salırdı. Mən maykamı geyindim və yorğanın altına girdim.

- Mən səni sevirəm, - onun səsini eşitdim və cavabında dedim:

- Mən səni sevməyi öyrənirəm.

O siqaret yandırdı.

- Necə bilirsən, indi münasib vaxtdır?

Mən onun nədən danışdığını bilirdim. Qalxdım və onun çarpayısının qırağında oturdum.

Siqaretin qızılı qığılcımı bərabər fasilələrlə onun sifətini işıqlandırırdı. O, mənim əlimdən tutdu və biz bir az belə oturduq. Sonra mən əlimi çəkdim və onun başını sığalladım.

- Sən soruşmamalısan, - mən cavab verdim. – Məhəbbət sual vermir, əgər biz düşünməyə başlasaq, qorxmağa başlayacağıq. Bu – izahedilməz qorxudur, hətta mən onu sözlə ifadə etməyə belə çalışmayacam. Bu rədd edilmək, sevilməmək qorxusu

51

ola bilər, qorxu cazibəni pozacaq. Axmaq səslənir, amma bu belədir. Ona görə də soruşmaq yox, hərəkət eləmək lazımdır. Sən özün də dəfələrlə dediyin kimi - riskə getmək lazımdır.



- Mən bilirəm. Və əvvəllər heç vaxt soruşmamışdım.

- Sən artıq mənim ürəyimə sahib olmusan, - özümü onun sözlərini eşitmirmiş kimi göstərərək dedim. – Sabah məni tərk edə bilərsən, amma bu günlərin möcüzəsini biz daim xatırlayacağıq: romantik məhəbbəti, arzunu, imkanı. Ancaq məncə, Tanrı fövqaladə və sonsuz müdriklik sahibi olduğundan cəhənnəmi cənnətin ortasında gizlədib. Və ona görə belə edib ki, biz həmişə ayıq olaq. Ona görə ki, biz Mərhəmətin sevincindən həzz ala-ala Qanunlar sütununu da unutmayaq.

Mənim saçlarımı sığallayan əllər gərginləşdi.

- Sən bacarıqlı şagirdsən, - o dedi.

Bu qeyd məni təəccübləndirdi, ancaq sonra səsim yadıma düşdü: «Əgər bildiyinə inansan, əvvəl-axır biləcəksən».

- Fikirləşmə ki, mən toxunulmazam, - mən dedim. – Mənim çox kişilərim olub. Mən hətta yaxşı tanımadığım kişilərlə də sevgi oynamışam.

- Mən də, - o cavab verdi.

O istədi ki, bu təbii səslənsin, lakin onun əlinin təmasının dəyişməsindən anladım, mənim sözlərim onu ağrıtmışdı.

- Lakin bu səhərdən etibarən mən yenə bakirə oldum. Başa düşməyə çalışma – yalnız qadın bilir, mən nədən danışıram. Mən sevgini özümçün təzədən açıram. Və bu kəşf zaman tələb edir.

O mənim yanağıma toxundu. Mən dodaqlarımla azacıq onun dodaqlarına toxundum və öz çarpayıma qayıtdım.

Özüm də bilmirəm ki, niyə özümü başqa cür yox, məhz, bu cür aparırdım. Başa düşmürəm – onu özümə daha möhkəm bağlamaq istəyirdim, yoxsa azadlığa buraxmaq.

Ancaq bu gün elə uzun oldu ki… Mən düşünmək üçün həddindən artıq yorulmuşdum.

Gecə mən tamamilə sakit və rahat oldum. Elə bir dəqiqə oldu ki, dərin yuxuda olsam da, oyandığımı sandım. Mən yanımda sanki çoxdan tanıdığım qadının varlığını duydum, ona görə də özümü müdafiə olunmuş və sevimli hiss etdim.

Əslində isə mən saat yeddidə dözülməz istidən ayıldım. Yadıma düşdü ki, paltarı qurutmaq üçün qızdırıcını tam gücüylə işləməyə qoymuşam. Bayır hələ qaranlıq idi. Onu oyatmamaq üçün səssiz hərəkət eləməyə çalışaraq mən qalxdım.

Qalxdım və gördüm ki, o yoxdur.

Məni təlaş bürüdü. Və özgə də həmin dəqiqə gözlərini açaraq dilləndi: «Hə, görürsən? Sən razılıq verən kimi o yoxa çıxdı. Bütün kişilər eynidir».

Təlaş hissi dəqiqəbədəqiqə güclənirdi. Mən özümə nəzarəti itirə bilməzdim. Lakin Özgə səsini kəsmədən danışırdı:

«Mən hələ burdayam. Sən küləyə istiqamətini dəyişməyə icazə verdin, sən qapıları

52

taybatay açdın ki, sevgi həyatına daxil olaraq onu batırsın. Əgər vaxt itirmədən hərəkətə başlasaq, hər şeyi təzədən nəzarət altına ala bilərik».



Mən buludlarda uçmağa son qoymalıyam. Mən diqqətli olmalıyam.

«O getdi, - Özgə davam edirdi. – Və indi sən mümkün qədər tez bu daldabucaqdan canını qurtarmalısan. Sənin Saraqosadakı həyatın hələ dəyişməyib, qayıt ona. Tələs, var-gücünlə qaç. Nə qədər ki, bu qədər ağır zəhmətlə əldə etdiklərini itirməmisən».

«Onun, yəqin ki, bir səbəbi olmalıdır», - mən fikirləşdim.

«Kişilərin həmişə səbəbi var, - Özgə mənə etiraz elədi. – Səbəb səbəb yerində, qadınsa nəticədə tənha qalır».

İndi İspaniyaya necə dönəcəyimi qərarlaşdırmalıyam. Beyin daima məşğul olmalıdır.

«Praktik tərəfi nəzərdən keçirək, - Özgə dedi. – Pul».

Pulum yerli - dibli yox idi. Aşağı düşüb, valideynlərimə zəng eləmək - onların hesabına – və bir az pul göndərmələrini istəmək lazımdır.

Amma bu gün bayramdır, pulu yalnız sabah almaq mümkün olacaq. Mən nə yeyəcəyəm? Ev sahiblərinə otağın haqqı üçün iki gün gözləməli olduqlarını necə başa salacam?

«Onlara heç nə izah eləmək lazım deyil», - Özgə cavab verdi. Əlbəttə ki, onun təcrübəsi var, o belə situasiyaların öhdəsindən gələ bilir. O, məhəbbətdən ağlını itirmiş qız deyil, həyatının hər anında nə istədiyini bilən qadındır. Və mən özümü elə aparmalıyam ki, elə bil heç nə baş verməyib, elə bil o tezliklə qayıdacaq. Köçürmə gələndə isə kirayə haqqını ödəmək və gəldiyim yerə dönmək.

«Əla, - Özgə məni təriflədi. – Sən yenə də əvvəlki kimi olursan. Kədərlənmək lazım deyil – nə vaxtsa sən risk eləmədən sevə biləcəyin adama rast gələcəksən».

Mən əşyalarıma toxundum, qurumuşdular. İndi bu şəhərciklərdən hansında bank olduğunu aydınlaşdırmaq lazımdır. Yəni iş görmək, onda mənim ağlamağa və ya darıxmağa vaxtım qalmayacaq.

Və yalnız bu anda mən kağızı gördüm:

«Mən – seminariyadayam. Əşyalarını yığ (ha – ha – ha!), Axşam İspaniyaya gedirik. Nahardan sonra qayıdacağam».

Və bir qədər aşağıda: «Mən səni sevirəm».

Kağızı sinəmə basaraq mən yüngüllüklə yanaşı özümü bədbəxt və miskin hiss etdim. Və gördüm ki, mənim tapıntımdan açıq-aşkar karıxmış Özgə harasa yoxa çıxıb.

Mən də onu sevirdim. Və hər dəqiqə, hər saniyə bu sevgi güclənir, böyüyür və məni dəyişirdi. Mən yenidən gələcəyə inanmağa başlamışdım, yavaş-yavaş Allaha inamım bərpa olurdu.

Və bütün bunları məhəbbət elədi.

«Daha qəlbimin qaranlıq dalanlarında azmaq istəmirəm, - qapını Özgənin burnunun önündə qətiyyətlə bağlayaraq özümə dedim. – Üçüncü mərtəbədən yıxıldın, ya yüzüncü – heç bir fərqi yoxdur».

Odur ki, əgər yıxılmalısansa, göydələndən yıxıl!

- Əvvəlcə yemək yeyin, - ev sahibəsi dedi.

53

- Mən bilmirdim ki, siz ispanca danışırsız, - mən heyrətlə bərkdən səsləndim.



- Sərhəd iki addımlıqdadı. Yayda Lurda turistlər axışır. Başa sala bilməsəm, otaqları da kirayə verə bilmərəm.

O, stolun üstünə qızarmış çörək və südlü qəhvə qoydu. Mən daxilən bu günü qarşılamağa hazırlaşdım: hər saat ilə bərabər olacaq. Bəlkə bu yemək başımı qatdı?

- Siz onunla çoxdan evlisiz? – o soruşdu.

- Bu, mənim həyatımın ilk məhəbbətidir, - mən cavab verdim. Bununla da bitirdik.

- O zirvələri görürsüz? – o davam etdi. – Mənim ilk məhəbbətim onlardan birində həlak oldu.

- Ancaq sonra siz başqası ilə tanış oldunuz.

- Hə, oldum. Və yenidən xoşbəxtlik tapdım. Həyat qəribə şeydi: mənim tanışlarımdan, demək olar ki, heç biri öz ilk məhəbbətləri ilə ailə həyatı qurmayıb. Ancaq kimlərlə ki, bu hadisə baş verib, tez-tez təkrar edirlər ki, nə isə vacib bir şeyi əldən buraxıblar, yaşamalı olduqları çox şeyi yaşamayıblar… - O birdən diksindi. – Oy, bağışlayın. Mən sizi incitmək istəmirdim.

- Mən incimədim.

- Bilirsiz, mən həmişə o quyuya baxıram. Və fikirləşirəm: əgər bu yeri qazmağı əmr edib, su tapan müqəddəs Saven olmasaydı, bizim şəhər aşağıda, çayın kənarında yerləşərdi.

- Məhəbbətin bura nə dəxli var? – mən soruşdum.

- Bu quyu ümidləri, arzuları, çətinlikləri olan hər bir insanı özünə tərəf çəkir. Bir dəfə kimsə cəsarətləndi, qərara gəldi ki, su tapsın və su çıxdı, hamı da onun ətrafında yığılmağa başladı. Sadəcə mən fikirləşirəm ki, biz məhəbbəti cəsarətlə axtaranda - məhəbbət tapılır, biz isə yeni-yeni sevgiləri özümüzə cəzb edirik. Əgər səni bir nəfər sevirsə, demək, hamı sevir. Əgər sən təksənsə – demək, daha da tənhalaşacaqsan. Həyat, bax belə, gülməli qurulub.


  1. Siz İ Tszin adlı kitab haqqında eşitməmisiniz? – mən soruşdum.

  2. Yox, heç vaxt.

- Orda deyilir ki, şəhəri dəyişmək olar, ancaq quyunu başqa yerə köçürmək mümkün deyil. Sevənlər görüşürlər, susuzluqlarını söndürürlər, evlərini tikirlər, uşaqlarını böyüdürlər və hər şey onun ətrafında baş verir. Lakin əgər sevənlərdən biri getmək istəsə, quyu onun ardınca yollana bilməyəcək. Tərk edilmiş quyu olduğu yerdə qalacaq, o, atılsa da, əvvəlki kimi təmiz su ilə dolu olacaq.

- Belə nitqlər daha qismətinə çoxlu əzab düşmüş qarıya yaraşır, gənc qadına yox, - o dedi.

- Yox, mən həmişə qorxmuşam. Mən heç vaxt quyu qazmamışam. Bunu indi birinci dəfə edirəm və nə qədər riskli iş olduğunu unutmaq istəmirəm.

Həmin an mən cibimdə nəyə isə toxundum və onun nə olduğunu anlayanda donuxdum. Qəhvə fincanını yerə qoydum.

Açar. O, açarı mənə vermişdi.

- Sizin şəhərdə ölümündən əvvəl bütün əmlakını Tarbesdəki seminariyaya vəsiyyət eləmiş bir qadın yaşayırdı, - mən dedim. - Siz onun evinin yerini bilirsiniz?

54


Sahibə qapını açdı və meydandakı orta əsrlərdən qalma evlərdən birini göstərdi.

- Odur. İki keşiş az qala iki ay orda qaldı. Və… - o, tərəddüdlə mənə baxaraq susdu, ancaq sonra sözünü bitirdi: - Və onlardan biri sizin ərinizə çox oxşayır.

- Bu elə odur, - mən artıq kandardan dedim və qəlbimdəki balaca uşağa belə dəcəllik etməyə icazə verdiyim üçün özümdən razı qaldım.

Mən nə edəcəyimi bilmədən evin qarşısında dayandım. Hər şey qatı dumanın içində batmışdı və mənə elə gəldi ki, yuxudayam: hansısa külrəngli məkanda dolaşan qəribə fiqurlar məni bundan da qəribə yerlərə aparırlar.

Barmaqlarım əsəbi halda açara toxunurdu.

Ətrafda hər şey belə örtüyə bürünəndə, pəncərədən dağları görmək qeyri-mümkündür. Ev, yəqin ki, qaranlıqdı – gün yoxdu, pərdələr də çəkilib. Ev, yəqin ki, kədərlidir – axı, o, yanımda deyil.

Saata baxdım. Doqquz.

Nə iləsə məşğul olmaq lazımdır, vaxt tez keçsin deyə. Çox gözləmək lazım gələcək.

Gözləmək. Bu sevginin mənə verdiyi ilk dərsdir. Gün ağır-ağır keçir, biz minlərlə plan qururuq, saysız xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, filan-filan vəziyyətlərdə tamamilə başqa cür davranacağıq - əslində isə bir yerdə qərar tutmuruq, sevgilimizin gəlişini intizarla gözləyirik.

Gələndə isə deməyə söz tapmırıq. Çoxsaatlıq həsrət gərginliyə çevrilir, gərginlik qorxu ilə əvəz olunur, qorxusa şəfqətdən çəkinməyə məcbur edir.

«Bilmirəm, girim, ya yox». Mənim yadıma dünənki söhbət düşdü – bu ev arzunun rəmzi və onun təcəssümü idi.

Bir də axı, bütün günü doqqazda keçirmək olmaz ki! Mən cəsarətimi toplayıb açarı cibimdən çıxartdım və qapıya yaxınlaşdım.

- Pilar! – dumandan güclü fransız aksentli səs eşidildi.

Mən daha çox təəccübləndim, nəinki qorxdum. Bu bizim mənzilin sahibi ola bilərdi – ancaq, məncə, mən ona adımı deməmişdim.

- Pilar! – səs yaxınlaşdı.

Mən üzərinə dumandan pərdə sərilmiş meydanı nəzərdən keçirdim və kiminsə sürətlə mənə tərəf gələn siluetini gördüm. Qəribə fiqurların üzdüyü dəhşətli yuxu gerçəyə çevrilirdi.

- Dayan. Mən səninlə danışmalıyam.

Siluet çatdı və mən başa düşdüm ki, qarşımda dayanan keşişdir – karikaturalarda kənd kürelərini, məhz, belə təsvir edirlər – balacaboy, tosqun və köndələn daranmış bir əlçim çal saçlı daz baş.

- Salam, - o, geniş təbəssümlə əlini mənə uzatdı.

Mən səssizcə başımı tərpətdim.

- Çox heyif ki, duman hər şeyi gizlədir, - o evə baxa- baxa dedi. – Sent-Saven dağın üstündədir və sizin pəncərələrdən həm aşağıdakı düzənliklərə, həm də buzlu zirvələrə çox gözəl mənzərə açılır. Yəqin, sən özün bilirsən.

Yalnız indi onun monastırın başçısı olduğu mənə çatdı.

55

- Siz burda nə edirsiniz? – mən soruşdum. – Və mənim adımı hardan bilirsiniz?



- İçəri girmək istəyirsən? – o, sanki məni eşitmədən maraqlandı.

- Yox. Mənə cavab vermənizi istəyirəm.

O, donmuş əllərini biri-birinə sürtdü və pillələrdə oturdu. Mən də onun yanında. Duman get-gedə daha da qatılaşırdı. Hətta bizdən iyirmi metr aralıda olan kilsə də görünməz olmuşdu.

Bircə quyunu görmək mümkün idi. Mən sahibənin sözlərini xatırladım.

- O, Öz zühuruna şahidlik edir, - mən dedim.

- Kim?


- İlahə. O, bu dumanın simasını alıb.

- A, demək, o, səninlə bu barədə danışıb! - keşiş güldü. – Hə, mən onu Müqəddəs Məryəm adlandırmağa üstünlük verirəm. Öyrəşmişəm.

- Sizin burda nə işiniz var? – mən təkrar etdim. – Adımı hardan öyrəndiniz?

- Mən gəldim, çünki səni görmək istəyirdim. Xarizmatiklərin qrupundan kimsə dünən axşam mənə dedi ki, sən öz dostunla Sent-Savendə qalırsan. Bura isə çox balaca şəhərdir.

- O, seminariyaya gedib.

O gülümsəməyini saxlayaraq başını tərpətdi və sanki öz-özünə dedi:

- Çox təəssüf.

- Təəsüf ki, o seminariyadadır?

- O, seminariyada deyil, mən indicə ordan gəlirəm.

Mən səhər yuxudan duranda düşündüyüm və hiss etdiyim hər şeyi xatırlayaraq – hardan pul tapım? Yolpulu üçün valideynlərimə necə xəbər göndərim? - bir neçə dəqiqə susdum. Ancaq mən and içmişdim və qəti şəkildə ona əməl edəcəkdim.

Mənim yanımda keşiş vardı. Uşaq vaxtı bütün dərdlərimi, iztirablarımı keşişə söyləməyə hazır idim.

- Mən yorulmuşam, - sükutu pozdum. – Bir həftə əvvəl kim olduğumu və həyatdan nə istədiyimi bilirdim. Amma indi mənə elə gəlir ki, hansısa burulğan məni o tərəf - bu tərəfə çırpır, mənsə tamam gücsüzəm.

- Müqavimət göstərmək lazımdır, - keşiş cavab verdi. – Bu vacibdir.

Bu replika məni heyrətləndirdi.

- Təəccüblü heç nə yoxdur, - o, sanki bunu başa düşərək davam etdi. – Mən bilirəm ki, Kilsəyə yeni keşişlər lazımdır, o, allahın ən yaxşı xidmətçilərindən olardı. Lakin ödəyəcəyi bədəl həddindən yüksəkdir.

- Axı, o hardadır? Yəni, doğrudan, məni burda atıb və İspaniyaya gedib?

- İspaniyaya? Onun İspaniyada heç bir işi yoxdur. O, burdan bir neçə kilometr aralıda yerləşən monastırda yaşayır. İndi orda yoxdur. Ancaq mən bilirəm, onu harda tapmaq olar.

Bu sözlər məni ruhlandırdı və kefimi qaldırdı – hər halda o getməmişdi.

Lakin keşişin sifətində təbəssüm yox idi.

- Vaxtından qabaq sevinmə, - sanki yenə də mənim fikirlərimi oxuyurmuş kimi o dilləndi. – İspaniyaya qayıtsaydı, daha yaxşı olardı.

56

Keşiş qalxdı və məni ardınca çəkdi. Dumanda bir neçə metrdən o yana göz-gözü görmürdü, ancaq o, sanki hara getdiyini bilirdi. Biz Sent-Savendən iki sutka – ya beş il? – əvvəl mənim Bernadetta haqqında əhvalatı dinlədiyim yolla çıxdıq.



- Biz hara gedirik? – mən soruşdum.

- Gedirik onu axtarmağa, - cavabında eşitdim.

- Müqəddəs ata, mən çaşqınlıq içindəyəm,- yolda mən dedim. – Mənə elə gəldi ki, onun seminariyada olmaması sizi kədərləndirir.

- Sən dini həyat haqqında nə bilirsən, övladım?

- Çox az şey: bilirəm ki, keşişlər kasıblıq, itaət və bakirəlik əhdi verirlər.

Bu yerdə mən davam etmək lazımdır, ya yox, deyə bir az duruxdum və qərara gəldim ki, lazımdır:

- Və başqalarının günahılarını ölçürlər, baxmayaraq ki, həmin günahları özləri də eləyirlər. Elə düşünürlər ki, sevgi və nigah barəsində hər şeyi bilirlər, baxmayaraq ki, özləri evlənmirlər. Özlərinin də günahkar olduqları əməllərimizə görə bizi cəhənnəm odu ilə hədələyirlər. Allahı bizə yeganə Oğlunun ölümündə bəşər övladını günahlandıran qəzəbli qisasçı kimi təqdim edirlər.

Keşiş güldü.

- Sən, necə deyərlər, bu mövzuda əməlli-başlı «nallanmısan» ki. Ancaq mən səndən katoliklik haqqında yox, ruhi yaşam haqqında soruşdum.

Mən tutuldum və güc-bəla ilə dilləndim:

- Dəqiq deyə bilmirəm, amma bilirəm ki, hər şeyini atıb Allahı axtarmağa yollanan insanlar var.

- Bəs tapırlarmı?

- Siz daha yaxşı bilərsiniz, mənim bundan heç başım çıxmır.

Keşiş mənim necə təngnəfəs olduğumu gördü və addımlarını yavaşıtdı.

- Sənin tərifin səhvdir, - o sözə başladı. – Allahı axtarmaq üçün yollanan kəs boş yerə vaxt itirir. O, bir çox yollardan keçə bilər, bir çox dinlərə və ya sektalara qoşula bilər, lakin heç vaxt bu üsullarla Tanrıya çatmayacaq. Tanrı indi burdadır, bizim yanımızda. Biz onu bu dumanda, bu torpaqda, bu paltarda, bu ayaqqabıda görə bilərik. Biz yatdığımız vaxt onun mələkləri yatmır, biz işləyəndə bizə kömək edir. Tanrını tapmaq üçün ətrafına baxmaq kifayətdir. Bu görüş asan baş tutmur. Tanrı nə qədər çox bizi Öz möcüzəsinin iştirakçısına çevirsə, bizim çaşqınlığımız bir o qədər güclənəcək. Zira O, daima bizdən öz arzularımızın ardınca getməyi və öz ürəyimizin səsinə qulaq verməyi istəyir. Bu isə çətindir: axı, biz tamamilə fərqli yaşama alışmışıq. Və budur, təəccübümüzə rəğmən, biz anlayırıq ki, Tanrı bizi xoşbəxt görmək istəyir, zira O – bizim atamızdır.

- Həm də anamız, - mən dedim.

Duman çəkilməyə başlayırdı və mən zəif işıq zolağında kəndli daxmasını və odun yığan qadını gördüm.

57


- Bəli, həm də ana, - keşiş dedi. – Ruhi yaşama başlamaq üçün seminariyaya daxil olmaq, oruc tutmaq, içki içməmək, qadınlardan kənar gəzmək lazım deyil. Tanrıya inanmaq və onu qəbul etmək kifayətdir. Onu. Elə ki, bu baş verir, hər kəs Onun yoluna çevrilir, Onun möcüzələrinin ötürücüsü olur.

- O, sizin haqqınızda mənə danışıb, - mən oun sözünü kəsdim. - Və sizin dediyiniz həqiqətləri mənə təlqin edib.

- Ümid edirəm, sən onun vergisini qəbul edəcəksən. Zira, tarixin də bizi öyrətdiyi kimi, bu heç də hər zaman baş vermir. Misirli Ozirisi şaqqalayırlar. Yunan allahları ölümlü qadın və kişilərin üstündə düşmənçilik edirlər. Asteklər Ketsalkoatlı yurdundun qovurlar. Vikinqlərin tanrıları Valqallanı yenə də qadına görə yandırırlar. İsanı xaça çəkirlər. Niyə?

Mən nə cavab verəcəyimi bilmirdim.

- Çünki Tanrı yerə ona görə enir ki, bizə bizim qüdrətimizi göstərsin. Biz Onun arzusunun bir parçasıyıq, O isə xoşbəxtlik haqqında düşünmək istəyir. Əgər biz Tanrının bizi xoşbəxtlik üçün yaratdığını etiraf etsək, onda bir şeyi də boynumuza almalı olacağıq: bizi kədərə və məğlubiyyətə sürükləyən bütün şeylərin günahkarı özümüzük. Ancaq biz həmişə Tanrını öldürürük. Çarmıxda, tonqalda, sürgündə və ya öz qəlbimizdə – ancaq öldürürük.

- Bəs Onu dərk edənlər…

- Onu dərk edənlər dünyanı dəyişirlər. Saysız qurbanların hesabına.

Odun daşıyan qadın keşişi gördü və bizə tərəf yüyürdü.

- Çox sağ ol, müqəddəs ata! – o, keşişin əllərini öpə- öpə qışqırdı. – Cavan oğlan mənim ərimi sağaltdı!

- Sənin ərini Müqəddəs Məryəm sağaldıb,- o, addımlarını tezləşdirərək cavab verdi. – Cavan oğlansa sadəcə onun alətidir.

- Yox, yox, o elədi! Mənim evimə girin, lütf eləyin.

Həmin dəqiqə mənim yadıma dünən axşam düşdü. Biz bazilikə yaxınlaşanda kimsə mənə dedi: «Sənin yol yoldaşın möcüzələr yaradır!»

- Biz tələsirik, - keşiş dedi.

- Heç də yox, - mən fransızca danışdığım və pis danışdığım üçün bərk utana-utana etiraz etdim. – Mən donmuşam və qəhvə içmək istəyirəm.

Qadın mənim əlimdən tutdu və içəri daxil olduq. Divarları daşdan, döşəməsi və tavanı isə taxtadan tikilmiş ev dəbdəbədən uzaq olmasına rəğmən, rahat və səliqəli idi. Odunların alışıb-yandığı buxarının qarşısında altmış yaşlarında bir kişi oturmuşdu.

O, keşişi görəngə əlindən öpmək üçün qalxmağa cəhd etdi.

- Otur, otur, - keşiş onu dayandırdı. – Sən hələ tam sağalmamısan.

- Mən artıq on kilo kökəlmişəm, - kişi cavab verdi. – Amma arvadıma hələ kömək edə bilmirəm.

- Qoy, bu səni narahat eləməsin. Tezliklə əvvəlkindən də yaxşı olacaqsan.

- Bəs cavan oğlan hanı? – kişi soruşdu.



  1. Mən bu gün onu həmişəki yerdə görmüşəm, - qadın cavab verdi. – Amma, adətən, o, piyada gəzir, bu günsə maşınla idi.

58


Keşiş səssizcə mənə baxdı.

- Bizə xeyir-dua verin, müqəddəs ata,- qadın xahiş etdi. – Sehrli qüvvə…

-Bakirə Məryəmin, - keşiş onun sözünü kəsdi.

-… Bakirə Məryəmin, müqəddəs Ananın – axı, bu, həm də sizin gücünüzdür.

Bu dəfə keşiş mənim gözlərimə baxmamağa çalışdı.

-Müqəddəs ata, mənim ərim üçün dua edin, - qadın təkidlə dilləndi.

Keşiş dərindən nəfəs aldı və kişiyə müraciət edərək dedi:

-Qalx və qarşımda dayan.

O itaət etdi. Keşiş gözlərini yumaraq «Ave Mariya» nı oxudu, sonra Müqəddəs Ruha müraciətən peyda olmasını və əzab çəkənə yardım etməsini dilədi.

Aradabir onun nitqi sürətlənirdi və onda – baxmayaraq ki, çox şeyi anlamırdım – bütün bunlar mənə cinlərin qovulması ritualını xatırladırdı. Onun əlləri xəstənin xəstənin çiyinlərinə toxundu və aşağı sürüşdü – düz barmaqlarına qədər. Bu hərəkəti o, bir neçə dəfə təkrarladı.

Buxarıdakı odun bərk çatırdadı. Bu adi təsadüf də ola bilərdi, lakin mən fikirləşdim: Bəlkə keşiş mənə naməlum sahəyə girdi – girdi və oradakı qüvvələri narahat elədi.

Hər dəfə yanan ağac atəş bənzər quru və kəskin səs çıxardanda ev sahibəsi ilə mən diksinirdik. Keşiş buna fikir vermirdi: onun başı bütünlüklə problemin həllinə qarışmışdı, o, Müqəddəs Məryəmin əlində alət idi. O, mənə məlum olmayan dildə danışır və sözləri fövqəladə sürətlə səsləndirirdi. Onun əlləri artıq tərpənmirdi, hərəkətsiz halda xəstənin çiyinlərində qalmışdılar.

Keşiş bolluca xaç çəkərək ona xeyir – dua verdi – və ritual başladığı kimi qəfildən sona çatdı.

-Tanrının mərhəməti bu evdən əskik olmasın, - o dedi.

Sonra mənə tərəf dönərək yolumuza davam etmək vaxtı olduğunu anlatdı.

-Bəs qəhvə? - bizim getməyə hazırlaşdığımızı görən qadın dedi.

-Əgər indi içsəm, yata bilməyəcəyəm, - keşiş cavab verdi.

Qadın dodaqaltı «axı, hələ səhərdir» mızıldanaraq güldü – mən dəqiq eşitmədim, çünki biz artıq yoldaydıq.

-Müqəddəs ata, o, ərini sağaldan hansısa gənc haqqında danışırdı. Bu o idi!

-Bəli, bu o idi.

Mən özümü pis hiss elədim – yadıma dünənki gün, Bilbao, Madriddəki mühazirə, möcüzələrdən danışan adamlar və digərləri ilə qucaqlaşıb dua edərkən məndə yaranan Zühüretmə duyğusu düşdü.

Belə çıxır ki, möcüzələr yaratmağa qadir olan bir insanı sevirəm. Yaxınına xidmət etməyə, ağrılarını sakitləşdirməyə, onun əzablarını azaltmağa, xəstələrə sağlamlığını, onların qohumlarına ümidi qaytarmağa qadir olan bir insanı. Belə qabiliyyətləri olan insan üçün pəncərələrindən ağ pərdələr asılmış, rəflərinə sevimli kitabları və diskləri düzülmüş ev dardır.

-Özünü günahkar bilmə, qızım, - keşiş dedi.

-Siz mənim fikirlərimi oxuyursunuz.

-Oxuyuram, - o razılaşdı. – Mənim də vergim var və mən ona layiq olmağa

59


çalışıram. Müqəddəs Məryəm mənə insan hisslərini burulğanına baş vurmağı öyrədib – onları daha düzgün yönləndirmək üçün - insanların nəfinə.

-Siz də möcüzələr göstərirsiniz?

-Mən xəstəlikləri sağalda bilmirəm. Lakin mən Müqəddəs Ruhun qabiliyyətlərindən birinə sahibəm.

-Onda siz mənim qəlbimi oxumağa qadirsiniz. Və siz bilirsiniz ki, mən bu insanı sevirəm, mənim sevgim saniyəbəsaniyə böyüyür, möhkəmlənir. Biz onunla birlikdə dünyanı özümüzçün açmışıq və orda birlikdə yaşayırıq. Mən bunu istəyirəm, ya yox – o, mənim yaşamımdan ayrılmazdır və onun hər günündə mövcuddur.

Yanımca addımlayan bu keşişə mən nə deyə bilərdim ki? O heç vaxt başa düşməzdi ki, mənim başqa kişilərim olub, mən vurulmuşam, əgər ərə getmiş olsaydım, xoşbəxt olardım. Mən hələ uşaqkən Soriyanın meydanlarından birində məhəbbət məni tapdı və sonra unuduldu.

Amma görünür, pis unudulubmuş. Hər şeyin geri dönməsi üçün üç gün bəs elədi.

-Mənim xoşbəxt olmağa haqqım var, müqəddəs ata. Mən itirilmişi bərpa etmişəm və yenidən itirmək istəmirəm. Mən öz xoşbəxtliyim üçün mübarizə aparacağam.

Əgər mən bu mübarizədən imtina etsəm, həm də öz ruhi yaşamımdan da imtina etmiş olacam. Özünüzün də dediyiniz kimi – bu mənim Allahdan uzaqlaşmam, öz qadınlıq gücümdən, öz qüdrətimdən imtina etməm demək olacaq. Mən bu insan üçün mübarizə aparacam.

Mən bu balacaboy, pota keşişin niyə burda olduğunu bilirdim. O, məni sevdiyim şəxsi tərk etməyə inandırmaq üçün gəlib, zira onun qismətinə fərqli, ali yol yazılıb.

Yox, heç vaxt inanmaram ki, şagirdilə mənim evlənib Sent – Savendə, belə bir evdə yaşamağımız onun ürəyincə olar. O, sadəcə məni çaşdırmaq, öz müdafiəmi zəiflətmək üçün bunu deyir, məqsədinə çatanda isə o – təbəssümlə – məni əksinə inandıracaq.

O, bir söz belə demədən, mənim fikirlərimi oxuyurdu. Bəlkə də məni aldadır, heç də digərlərinin düşündüyü kimi başqa adamların fikirlərini anlamaq vergisi yoxdur. Duman sürətlə çəkilirdi: artıq mən yolları və dağ yamaclarını, düzləri və qarla örtülmüş ağacları seçirdim. Başım da aydınlaşırdı.

Əlbəttə, bu yalandır! Əgər keşiş, doğrudan da, fikirləri oxumağı bacarırsa, onda qoy, onları oxusun və mənim barəmdə hər şeyi bilsin! Qoy, bilsin ki, dünən o, mənimlə tam yaxınlıq istəyirdi, mənsə imtina etdim – və indi peşmanam.

Hələ dünən mən düşünürdüm ki, əgər o, gedəcək olsa, mən uşaqlıq dostumu həmişə yadımda saxlaya və xatırlaya bilərəm. Sən demə, bütün bunlar cəfəngiyyat imiş. Hərçənd onun cismi mənə daxil olmadı – nə isə fərqli bir şey daxil oldu, özü də elə dərinliyə ki, düz ürəyimə qədər çatdı.

-Müqəddəs ata, mən onu sevirəm, - mən təkrar elədim.

-Mən də. Məhəbbətdənsə səfehləyirlər. Mənim vəziyyətimdə bu, özünü onun yolunun üstündən səni götürmək cəhdimdə göstərdi.

-Məni aradan götürmək o qədər də asan deyil. Dünən, biz mağaranın yanında dua edəndə mən başa düşdüm ki, sizin haqqında danışdığınız qabiliyyətləri özümdə

60

oyatmağa qadirəm. Və mən sevdiyimi saxlamaq üçün onlardan istifadə edəcəyəm.



-Yaxşı, yaxşı,- keşiş yüngül təbəssümlə dedi.- Uğurlar.

O dayandı, cübbəsinin cibindən təsbeh çıxartdı və onu əlində sıxaraq düz gözlərimin içinə baxdı.

-İsa bizə and içməyi buyurmayıb və mən and içmirəm. Lakin mənimçün müqəddəs olan əşyanın hüzurunda sənə deyirəm: mən ona adi tale arzulamıram, istəmirəm ki, o, sıradan bir keşiş olsun – çoxları kimi.

O, Tanrıya başqa cür xidmət edə bilər. Sənin yanında. Onun, həqiqətən, bu sözləri dilinə gətirdiyinə inana bilmirdim. Amma bu belə idi.

-Bu odur, - keşiş dedi.

Mən çevrildim. Yaxınlıqda saxlanmış maşını gördüm.

-O, həmişə piyada gəzir, - keşiş təbəssümlə davam etdi. – Bu dəfə sanki uzaqdan gəlibmiş kimi təəssürat yaratmaq istəyir.

Mənim krossovkalarım tamam islanmışdı. Lakin mən keşişə baxdım – o, qarda yun corab və səndəllərdə gedirdi – və şikayətlənməməyə qərar verdim.

O bacarırsa, deməli, mən də bacararam. Biz yamacı qalxmağa başladıq.

-Çox gedəcəyik?

-Uzağı, yarım saat.

-Biz hara gedirik?

-Onu qarşılamağa. Və digərlərini.

Mən, onun söhbəti davam etdirmək meylində olmadığını anladım. Ola bilsin ki, gücünü yoxuşa saxlayır.

Biz səssiz gedirdik – duman artıq, demək olar ki, tamam çəkilmişdi, yavaş – yavaş səmada günəşin sarı diski yanmağa başlayırdı.

Vadinin tam mənzərəsi birinci dəfə qarşımda peyda olurdu - aşağı axan çay, orda – burda səpələnmiş kəndlər və qayanın ətəyinə sığınmış Sent – Saven. Mən kilsəni, əvvəl fikir vermədiyim qəbiristanlığı və pəncərələri çaya açılan orta əsr evciklərin gördüm.

Aşağıda, bizim bir neçə dəqiqə əvvəl geridə qoyduğumuz yerdə çoban sürüsünü qovurdu.

-Yoruldum, - keşiş dilləndi. – Gəl bir az dayanaq.

Biz qaya parçasının üzərindən qarı təmizləyib gücsüz halda ora sərildik. Keşiş tərdən tamam islanmışdı, ayaqları isə yəqin ki bərk donmuşdu.

-Qoy, müqəddəs İsa mənim gücümü qorusun, çünki mən bir də onun yolunu getmək istəyirəm, - o mənə tərəf çevrilərək dedi.

Mən onun nəyi nəzərdə tutduğunu başa düşmədim və başqa şeydən danışmaq qərarına gəldim:

-Baxın – qarın üstündə izlər var.

-İzlərin bir qismini ovçular qoyub. Digər qismini isə - ənənəni bərpa etmək istəyən kişi və qadınlar.

61


-Hansı ənənəni?

-Onun əsasını müqəddəs Saven qoyub. O, dünyadan uzaqlaşıb, dağlara qalxıb və bu zirvələrdən Tanrının qüdrətini anlamağa çalışıb.

-Müqəddəs ata, mənə bir şeyi başa düşmək lazımdır. Dünənə qədər mən seçim qarşısında olan – evlilik və ya din – imanla birlikdə idim. Bu gün öyrəndim ki, o, möcüzələr yaradır.

-Biz hamımız möcüzə yaradırıq, - keşiş dedi. – İncili yadına sal: «əgər siz noxud boyda inama sahib olsanız və bu dağa «burdan ora keç» desəniz, o keçəcək».

-Biz sizinlə Allah qanunları dərsində deyilik. Mən bu insanı sevirəm və onu daha yaxşı başa düşmək, kömək etmək üçün haqqında mümkün qədər çox bilmək istəyirəm. Başqaları məni maraqlandırmır, onlar nəyi bacarırlar, nəyi bacarmırlar, nə fərqi var.

Keşiş dərindən nəfəs aldı və qısa tərəddüddən sonra qərara gəldi və dilləndi:

-İndoneziya adalarında meymunları tədqiq edən bir alim, onlardan birinə yeməzdən qabaq şirin kartofu yumağı öyrədə bilir. Çirkdən və qumdan təmizlənmiş kartoflar daha dadlı olur.

Bunu sadəcə meymunların təlimi haqqında elmi iş yazdığı üçün edən alim təssəvvürünə belə gətirmirdi ki, apardığı təcrübə nə ilə nəticələnəcək. O, digər meymunların da bilincini təqlid etməyə başladığını görəndə çox təəccübləndi.

Bu hal müəyyən sayda meymunlar kartofları yumaq sənətini öyrənənə qədər davam etdi – və birdən, günlərin bir günü arxipelaqın digər adalarındakı meymunlar da eyni şeyi eləməyə başladılar. Ən təəccüblüsü isə o idi ki, bütün başqa meymunlar ömürlərində eksperimentin aparıldığı adada olmamışdılar.

Keşiş susdu, sonrasa soruşdu:

-Başa düşdün?

-Yox, - mən cavab verdim.

-Bu məsələ ilə bağlı çoxlu tədqiqatlar mövcuddur. Elm sübut edib ki, müəyyən qism insanlar inkişafın müəyyən bir səviyyəsinə çatanda, bütün insan nəsli inkişaf edir. Biz bu sıçrayış üçün nə qədər adamın gərək olduğunu bilmirik – lakin dəqiq bilirik ki, bu belədir.

-Bakirə Məryəmin əhvalatına oxşayır, - mən dedim. – O, Vatikan müdriklərin və savadsız kəndli qızın gözünə görünüb.

-Kainat ruha malikdir və elə bir an gəlir ki, o, özünü hər şeydə və hamıda eyni vaxtda büruzə verir.

-Bu qadın ruhudur.

O güldü, mənsə bu gülüşün nə anlama gəldiyini başa düşmədim.

-Bakirə Məryəm ehkamı təkcə Vatikanın uydurması deyil, - o dedi. – Dünyanın hər yerindən səkkiz milyon adam bu xahişlə Papaya ünvanlanmış petisiyanı imzalayıb. Bu sanki hava ilə ötürülürdü.

-Bu birinci addım idi?

-Nəyə doğru birinci?

-Müqəddəs Ananın Tanrının qadın siması kimi qəbul edilməsi yolunda ilk addım.

62


Axı, biz İsanın Allahın kişi simasını təcəssüm etdiyini artıq boynumuza almışıq.

-Nəyi nəzərdə tutursan?

-Qadını Müqəddəs Üçlüyün ayrılmaz parçası kimi qəbul etməmiz üçün hələ nə qədər zaman keçməlidir? Müqəddəs Üçlüyün Allah - Müqəddəs Ruhdan, İlahə – Anadan və Allah – Oğuldan ibarət olduğunu nə vaxt anlayacağıq?

-Gəl gedək, - o cavab verdi. - Belə dayananda soyuq olur.

-Bir az əvvəl sən mənim səndəllərimə baxmışdın, - keşiş dedi.

-Deməli, siz, həqiqətən, düşüncələri oxuya bilirsiniz? – mən soruşdum.

Mənim sualıma cavab vermədən o belə danışdı:

-Mən sənə bizim ordenin yaranma tarixi haqqında bəzi şeylər danışacağam. Biz «karmelitlər» adlanırıq və müqəddəs Tereza Avilskinin qoyduğu qaydalara əsasən ayaqyalın gəzirik, zira əgər insan cismini özünə tabe etməyə qadirdirsə, öz ruhuna da hökm edə bilər.

Gözəgəlimli zahiri görünüşü olan Terezanı atası mənəvi tərbiyə alması üçün monastıra vermişdi. Günlərin bir günü monastırın dəhlizlərindən keçərkən o, İsa ilə danışmağa başlayır. Onun düşdüyü ekstaz o qədər güclü və dərin idi və elə tez – tez təkrarlanırdı ki, tezliklə qızın həyatı tamamilə dəyişir. Karmelit monastırlarının nigah agentliklərinə çevrildiyini görən Tereza İsanın ehkamlarının ilkinliyini qoruyan orden yaratmaq qərarına gəlir.

Müqəddəs Tereza özünü hazırlamalı və o dövrün iki ən qüdrətli rəqibləri ilə döyüşə girişməli idi – Kilsə və Dövlətlə. Bununla belə o, geri çəkilmir, çünki öz borcunu yerinə yetirməyin necə vacib olduğunu bilirdi.

Bir dəfə – onun ruhu zəifləyəndə – müqəddəsin sığınacaq tapdığı evin qapısında cırcındır içində bir qadın peyda olur və Tereza ananın yanına aparılmasını tələb edir. Ev sahibləri ona sədəqə vermək istəyirlər, lakin qadın onu rədd edir və müqəddəslə danışmamış getməyəcəyini bildirir.

Üç sutka o, yemədən, içmədən evin qapısında dayanır. Nəhayət, ona rəhmi gələn müqəddəs Tereza qadını içəri buraxmağı xahiş edir.

«Yox, - ev sahibi deyir. – O dəlidir».

«Bəlkə onunla məni dəliliyin eyni növü vurub – Qolqofaya qalxan İsanın dəliliyi», - Müqəddəs cavab verir.

-Müqəddəs Tereza İsa ilə danışırdı, - mən dedim.

-Bəli, - keşiş cavab verdi və söhbətinə davam etdi:

-Qadını müqəddəsin yanına gətirirlər. O, adının Qranadalı Mariya de Xesus Yepes olduğunu deyir. Mariya karmelitlər monastırında rahibəliyə hazırlaşırmış, bir dəfə Bakirə Məryəm qarşısında zühur edib və ona karmelitlər ordeninin ilkin qaydalarına ciddi riayət olunacaq, yeni monastır yaratmağı əmr edib.

Elə həmin gün Mariya de Xesus monastırdan çıxıb və ayaqyalın Romaya yollanıb. Onun səyahəti iki il sürüb – iki il o, açıq havada yatıb, şaxtadan və bürküdən əzab çəkib, sədəqə ilə yaşayıb, ehsanla qidalanıb. Onun gedib Romaya çatması əsl möcüzə olub. Lakin bundan da böyük möcüzə Papa IV Piyin onu qəbul etməsi idi. Bu isə ona

63

görə baş verib ki, əlahəzrət müqəddəs Tereza və bir çox başqa adamlar kimi eyni şey haqqında düşünürdü.



Və necə ki, Bernadetta Vatikanda verilmiş qərardan xəbərsizdi, necə ki, İndoneziyanın digər adalarındakı meymunlar alimin eksperimenti barədə bilə bilməzdilər, eləcə Mariya de Xesus və Tereza da eyni fikirləşdiklərini bilmirdilər.

Bütün bunlarda məna var.

İndi biz meşə ilə gedirdik. Ağacların ən uca, quru və qarlı budaqları günəşin ilk şüalarıyla işıqlandırılmışdı. Duman tamamilə çəkilmişdi.

-Mən sizin hara getmək istədiyinizi bilirəm, müqəddəs ata.

- təbii, bilirsən. Elə anlar var ki, saysız adamlar eyni əmri alırlar.

-Öz arzunun ardınca get, öz yaşamını Allaha aparan yola çevir. Möcüzələr yarat. Şəfa ver. Peyğəmbərlik et. Öz qoruyucu – mələyinin səsinə qulaq ver. Dəyiş. Döyüşçü ol və döyüşdə xoşbəxt ol.

Riskdən qaçma.

Günəş indi bütün meşəni işıqlandırırdı. Qar elə parıldayırdı ki, gözlərim qamaşmağa başlamışdı. Eyni zamanda da sanki bu işıq və bu parıltı keşişin nitqini tamamlayır və son nöqtəni qoyurdu.

-Bəs bütün bunların onunla nə əlaqəsi var?

-Mən sənə bu tarixin qəhrəmanlıq fəslini danışdım. Lakin sən həmin qəhrəmanların ürəkləri haqqında heç nə bilmirsən, - o dedi və uzun müddət susdu, sonra davam etdi: - Əzab. Dəyişmə anlarında əzabkeşlər meydana çıxır. İnsanların öz arzularını ardınca yollana bilməsi üçün başqa insanlar özlərini qurban verməlidir. Onları ələ salırlar, təqib edirlər, onların zəhmətini şübhə altına almağa və gülüş hədəfinə çevirməyə çalışırlar.

-Kilsə cadugərləri tonqalda yandırırdı.

-Hə. Romalılar da ilk xristianları şirlərin qabağına atırdılar. Tonqal alovundə və ya sirk arenalarında həlak olanlar başqalarını daha tez Əbədi şöhrətə çatdırarlar – odur ki, bu hətta yaxşıdır.

Ancaq bizim günlərdə işıq cəngavərləri əzabkeş talelərində ölümdən daha pis bir şeylə qarşılaşırlar. Onları, tədricən, utanc və həqarət məhv edir. Bütün qalan ömrü boyu əzab çəkmiş müqəddəs Terezanın taleyi, məhz, belə oldu. Mariya de Xesusun başına, məhz, bu gəldi. Fatiməli xoşbəxt uşaqları da, məhz, eyni tale qismət oldu – Jasinto və Fransisko gördükləri möcüzədən sonra cəmi bir neçə ay yaşadılar, Lusiya isə monastıra qapandı və ordan bir də heç vaxt çıxmadı.

-Bernadettanın taleyi başqa cür oldu.

-Bəli, fərqli. Onun qismətinə həbsxana, həqarət, inamsızlıq düşdü. O, sənə bu barədə danışmalı idi. O, Zühur sözünü deməli idi.

-Çox azdır.

-Bakirə Məryəmin Lurdda dediyi sözlər heç dəftər vərəğinin yarısını belə doldurmaz, lakin hər – halda təsəlli sözləri idi. Müqəddəs Məryəm çoban qıza demişdi: «Bu dünyada sənə xoşbəxtlik söz vermirəm». Bəs niyə onun dediyi az

64


miqdar söz xəbərdarlıq və təsəllidən ibarət idi? Ona görə ki, Məryəm, öz qismətini qəbul edərsə, qızı hansı əzabların gözlədiyini bilirdi.

Keşiş günəşə, qara, ağacların çılpaq budaqlarına baxdı və müti tonla davam etdi:

-O – inqilabçıdır. Onun Hökmü var və Bakirə Məryəmlə danışmaq qabiliyyətinə sahibdir. Əgər o, öz enerjisini cəmləşdirə bilsə, ön cərgələrə çıxa, insan nəslinin dəyişməsinin başında dayanananlardan biri ola bilər. Dünya indi çox vacib dövrünü yaşayır. Əgər o, bu yolu seçsə, onu ağır əzablar gözləyir. Bir çox şeylər ona vaxtından əvvəl əyan olacaq. Mən adamları yetərincə yaxşı tanıyıram və onu qarşıda nələrin gözlədiyini başa düşürəm.

O, mənə tərəf çevrildi və çiyinlərimdən yapışdı:

-Xahiş edirəm, onu gələcək əzablardan xilas elə. O tab gətirməyəcək.

-Mən anlayıram ki, siz onu sevirsiniz…

-Sən heç nə anlamırsan, - o, başını yellətdi. – Dünyada hökm sürən şərin nə qədər zəngin və rəngarəng olduğunu anlamaq üçün sən çox gəncsən. İndi sən də özünü inqilabçı kimi hiss edirsən - onunla birlikdə dünyanı dəyişmək, yeni yollar açmaq, məhəbbətinizi ağızdan - ağıza, nəsildən - nəsilə keçəcək əfsanəyə çevirmək üçün nələrsə etmək istəyirsən. Sən hələ də elə bilirsən ki, məhəbbət qalib gəlməyə qadirdir.

-Bəyəm yox?

-Yox, qadirdir, sadəcə vaxtı sual altındadı. Bu, müəyyən saatda, göylərdəki vuruşmalar sona çatdıqdan sonra baş verəcək.

-Mən onu sevirəm. Və sevgimin qalib gəlməsi üçün göylərdəki vuruşmaların sonunu gözləməyə ehtiyacım yoxdu.

Onun baxışları indi də harasa, uzaqlar zillənmişdi.

-Babil çaylarının sahilində, orda biz oturduq və ağladıq… - o, sanki özü üçün dedi. – onun ortasında, ağaclara biz öz arfalarımız asdıq.

-Necə kədərlidir… - mən bildirdim.

-Bu sürgündən, müqəddəs torpağa dönmək istəyən, lakin bacarmayanlardan bəhs edən surənin ilk misralarıdır. Və bu sürgün hələ məlum müddət davam edəcək. Vaxtından qabaq cənnətə düşmək istəyən insanın əzablarına azaltmaq üçün mənim əlimdən nə gəlir?

-Heç nə, müqəddəs ata. Demək olar ki, heç nə.

-Bu odur, - keşiş dedi.

Və mən onu gördüm. O, məndən iki yüz metr aralıda qarın üstündə diz çökmüşdü. O, qurşağa qədər çılpaq idi və hətta uzaqdan belə mən onun dərisinin soyuqdan bənövşəyiyə çaldığını gördüm.

Onun başı aşağı əyilmişdi, ovucları dua üçün bükülmüşdü. Bilmirəm səbəb nə idi – dünənki ümumi mərasimmi, odun yığan qadının məftunluğumu – lakin əvvəllər mən heç vaxt heç kimə belə şiddətli ruhi gərginliklə baxmamışdım. Mən artıq maddi aləmə məxsus olmayan insan görürdüm – o, Tanrı və dağ zirvələrinin elmli ruhları ilə ittifaqda yaşayırdı. Ətrafda parıldayan qarsa bu təəssüratı yalnız artırırdı.

65

- Bu dağda belələri yenə var, - keşiş dilləndi. – Onlar Tanrının və Bakirə Məryəmin təcrubəsinə qoşularaq daimi dini cəzb halındadırlar. Onlar mələkləri və müqəddəsləri eşidirlər, peyğəmbərliklərə və müdrik vəyhlərə qulaq asırlar, sonra isə bütün bunları azsaylı həmfikirlərinə ötürürlər. Əgər hər şey bununla qurtarsaydı…



Amma o burada qalmayacaq. O, Müqəddəs Ananın təlimini yayaraq bütün dünyanı gəzəcək. Hələki Kilsə bunu istəmir. Və artıq bu haqda birinci danışmağa cəsarət edənlərə dünyanın atacağı daşlar hazırdır.

-Və onların iziylə gələnlərin başına səpiləcək güllər.

-Bəli. Lakin ona güllər qismət olmayacaq.

Və bu sözlərlə keşiş ona doğru yönəldi.

-Hara?

-Onu transdan çıxartmaq lazımdır. Səni bəyəndiyimi ona deməyə. Sizin ittifaqınıza xeyir – dua verdiyimi. Mən bunu burda - onun üçün müqəddəs olan bu yerdə etmək istəyirəm.

Mənim ürəyim bulanmağa başladı – adətən, şüursuz, lakin dəfedilməz qorxudan belə olur.

-Mən fikirləşməliyəm, müqəddəs ata. Mən hər şeyin dediyim kimi olub – olmadığını bilmirəm…

-Heç kim bilmir, - o cavab verdi. – Bir çox valideynlər səhvə yol verirlər, çünki uşaqları üçün nəyin yaxşı olduğunu bildiklərini düşünürlər. Amma mən sənin atan deyiləm və düzgün hərəkət etmədiyimi bilirəm. Lakin yenə də taleyimin mənə yazdığını yerinə yetirməliyəm.

Hər yeni dəqiqə mənim həyəcanımı daha da artırırdı.

-Ona mane olmaq lazım deyil, - mən dedim. – Qoy, duasını sona çatdırsın.

-Onun yeri burda deyil. O, səninlə olmalıdır.

-Bəlkə o, indi Məryəmlə söhbət edir.

-Bəlkə də. Ancaq yenə də biz ona yaxınlaşmalıyıq. O, məni səninlə görəndə başa düşəcək ki, mən sənə hər şeyi danışmışam. O, mənim nə barədə fikirləşdiyimdən xəbərdardı.

-Bu gün Bakirə Məryəm bayramıdır. Onun üçün çox mühüm gündür. Dünən axşam, mağaranın yanında mən onun necə xoşbəxt olduğunu gördüm.

-Bakirə Məryəm bayramı hamı üçün bayramdır, o cavab verdi. – Amma mən indi səninlə teoloji diskussiyalar aparmaq fikrində deyiləm. Gedək.

-Niyə siz bu qədər tələsirsiniz, müqəddəs ata? Niyə, məhz, elə bu dəqiqə?

-Çünki bilirəm – bu dəqiqə o, gələcəyini həll edir. Və yanlış yolu seçə bilər.

Mən geri döndüm və elə bizi bura gətirən cığırla aşağı addımladım. Keşiş ardımca gəlirdi.

-Sənin ağlına nə gəldi? Bəyəm başa düşmürsən ki, onu xilas edə biləcək yeganə Adam sənsən? Bəyəm görmürsən – o, səni sevir və sənə görə hər şeydən imtina edəcək?

Mən addımlarımı yeyinlədir və yeyinlədirdim, mənə çatmaq onun üçün get – gedə çətinləşirdi. Bununla belə o məndən uzaqlaşmırdı.

66


-Məhz, bu an o seçim edir. O, səni atmağa qərar verə bilər! Sevdiyin uğrunda mübarizə apar!

Lakin mən dayanmırdım. Mən bu dağı, keşişi, seçim məcburiyyətini arxada qoyaraq bacardıqca tələsirdim. Bilirəm – ardımca atıla – atıla qaçan şəxs düşüncələrimi oxuyur və məni qaytarmaq üçün bütün cəhdlərin əbəs olduğunu bilir. Bununla belə o geri qalmırdı, təkid edirdi, yeni sübutlar gətirirdi – sona qədər mübarizə aparırdı.

Və budur, biz yarım saat əvvəl dincəlmək üçün dayandığımız həmin daşın yanındayıq. Mən əldən düşmüş halda yerə çökdüm.

Mən heç nə haqqında fikirləşmirdim. Yalnız burdan qaçmaq, tək qalmaq, hər şeyi sakitcə, tələsmədən götür – qoy etmək istəyirdim.

Bir neçə dəqiqədən sonra keşiş də çətinliklə nəfəs ala – ala gəlib çatdı.

-Ətrafdakı bu dağları görürsən? – o soruşdu. – Onlara dua eləmək lazım deyil, zira onların özləri – Tanrı duasıdırlar, çünki dünyada öz yerlərini tapıblar və onun üzərində dayanıblar. İnsan ilk dəfə ildırımın səsini eşidənə, göyə baxıb, bütün bunları kimin yaratdığını soruşana qədər də onlar burda dayanmışdılar. Biz doğuluruq, əzab çəkirik, ölürük, onlarsa sarsılmadan dayanırlar.

Elə bir an gəlir ki, biz düşünməli oluruq – bu qədər səy lazımdırmı? Niyə bu dağlara oxşamayaq – müdrik, qədim, özünə uyğun yer tapmış dağlara? Öyrəndikləri hər şeyi bir anın içində unudan, o dəqiqə yeni avantüraya girişən 5-10 adamı dəyişmək riskə getməyə dəyərmi? Neyçün müəyyən sayda meymun – adamların lazımi biliyi almasını gözləməyək, onda bu elm ağrısız, acısız yerdə qalan digər adalara da yayılar?

-Siz, doğrudan da, bu cür fikirləşirsiniz, müqəddəs ata?

O, bir neçə anlıq susdu, sonra isə soruşdu:

-Sən fikirləri oxuyursan?

-Yox. Sadəcə əgər siz bu cür fikirləşsəydiniz, çətin ki ruhani olardınız.

-Mən tez – tez öz taleyimi dərk etməyə çalışıram. Və bacarmıram. Mən özümə Tanrı ordusunun döyüşçüsü qismətini seçmişəm, həyatımboyu etdiklərimsə yalnız adamlara yoxsulluğun, əzabın, ədalətsizliyin dünyada niyə mövcud olduğunu anlatmaq cəhdlərindən ibarətdir. Mən onlardan rəhmli xristianlar olmalarını xahiş edirəm, onlarsa məndən soruşurlar: «Dünyada bu qədər əzab – əziyyət olduğu halda mən Allaha necə iman gətirə bilərəm?»

Onda mən izahı mümkün olmayanı izah eləməyə girişirəm. Tanrı niyyəti, mələklərin apardığı müharibələr və bizim hamımızın bu mübarizəyə cəlb edildiyimiz barədə nə isə bir söz deyirəm. Çalışıram deyim ki, dünyada müəyyən sayda insanlarda bu ssenarini dəyişmək üçün kifayət qədər inam yarananda, planetimizin hansı küncündə yaşamasından asılı olmayaraq yerdə qalan digərləri də bu dəyişikliklərdən yararlana biləcəklər. Ancaq mənə inanmırlar. Və heç nə etmirlər.

-Onlar lap dağlar kimidirlər, - mən dedim. – Dağlar gözəldirlər. Onlara yaxınlaşan heç kim Yaradanın qüdrətini dana bilməz. Dağlar – Allahın bizə bəslədiyi məhəbbətin canlı şahidləridirlər, lakin bu dağların qisməti - həmin sevgiyə təkcə şahidlik etməkdir.

67

Hərəkət edən və mənzərəni dəyişən çaylardan fərqli olaraq.



-Bəli, elədir.Amma niyə biz də onlar kimi olmayaq?

-Çünki, dağlara dəhşətli tale qismət olub, - mən cavab verdim. – Onlar eyni mənzərəni əbədi seyr etməyə məhkumdurlar.

Keşiş susdu.

-Mən dağ olmaq üçün oxuyurdum, - mən davam etdim. – Hər şeyin yeri əvvəlcədən müəyyən edilmişdi. Mən işə girməyə, ailə qurmağa, əcdadlarımın dini biliklərini – özüm artıq ona inanmasam da - uşaqlarıma təlqin etməyə hazırlaşırdım.

Bu günsə mən hər şeyi atıb sevdiyim insanın arxasınca yollanmaq qərarına gəlmişəm. Və nə yaxşı ki, mən lap vaxtında dağların qismətindən imtina elədim - onsuz da çox dözə bilməzdim.

-Sən müdrik danışırsan.

-Özüm də buna təəccüb edirəm. Əvvəllər mən ancaq uşaqlıq illərimi xatırlamağa qadir idim.

Mən qalxdım və yoluma davam elədim. Keşiş sükutu pozmağa çalışmadı və biz şosseyə çatana qədən məni dindirmədi.

Mən onun əlindən öpdüm.

- Mən sizinlə vidalaşıram və son olaraq deyim ki, sizi də, sizin ona bəslədiyiniz sevgini də başa düşürəm.

O gülümsədi, mənə xeyir – dua verdi və dedi:

-Mən də sənin ona olan məhəbbətini başa düşürəm.

Bütün qalan günü mən düzənlikdə gəzdim. Qartopu oynadım, qonşu şəhərcikdə oldum, kafe də qaz paşteti ilə sendviç yedim, uzun müddət qarda top qovan oğlanları seyr etdim.

Sonra kilsəyə girdim, şam yandırdım. Gözlərimi yumdum və bir gün əvvəl öyrəndiyim duaları təkrar etdim. Daha sonra hərəkətsiz baxışlarımı mehrabın qarşısındakı xaçda cəmləşdirərək heç bir anlamı olmayan sözlər deməyə başladım. Yavaş – yavaş dilləri bilmək qabiliyyəti mənə əyan oldu – bu mən düşündüyümdən asan baş verdi.

Bütün bunlar axmaqlıq kimi görünə bilərdi – nə isə əlaqəsiz bir şeylər donquldanmaq, bizim şüurumuza heç nə deməyən sözləri dilə gətirmək. Lakin Müqəddəs Ruh mənim qəlbimlə danışmağa başladı və o, eşitməli olduğunu eşitdi.

Mən kifayət qədər təmizləndiyimi hiss edəndə gözlərimi yumdum və dua oxudum:

«Müqəddəs Məryəm, mənim inamımı qaytar. Elə et ki, mən Sənin işlərinin alətinə çevrilim. Mənə məhəbbət vasitəsilə dərk etmək imkanı ver. Zira məhəbbət heç kimi öz xəyallarından uzaqlaşdırmır.

Elə et ki, mənim sevdiyim şəxsin mütəffiqi və yoldaşı olum. Kömək elə, o, etməli olduğu hər şeyi həyata keçirsin – mənim yanımda».

Mən Sent – Savenə qayıdanda artıq şər qarışırdı. Avtomobil bizim kirayə otaq tutduğumuz evin yanında dayanmışdı.

-Sən hardaydın? – o, məni görər – görməz soruşdu.

68

-Gəzirdim, veyllənirdim, dua edirdim, - mən cavab verdim.



O, məni möhkəm qucaqladı.

-Bir an mən bərk qorxdum, mənə elə gəldi ki, sən həmişəlik getmisən. Bu dünyada mənim səndən qiymətli heç nəyim yoxdu.

-Mənimçünsə – səndən.

Biz San – Martin – de – Unksa çatmağa çox az qalmış hansısa şəhərcikdə dayandıq. Dünən qarla birlikdə yağış da yağdığından Pireneylərdən keçən yol fikirləşdiyimizdən çox vaxt apardı.

-Yeməkxanadan – filandan bir şey tapa bilsəydik, - o, maşından düşəndə dedi. – Acımdan ölürəm.

Mən tərpənmədim.

-Sən niyə qaldın? – o, qapını açdı.

-Mən sənə bir sual vermək istəyirəm. Mən bu barədə görüşdüyümüz gündən soruşmamışam.

Həmin dəqiqə təbəssüm onun üzündən silindi və onun qəfil həyəcanı məni güldürdü.

-Nə isə vacib bir şeydi?

-Fövqəladə vacibdir, - mən ciddiliyimi qorumağa çalışaraq cavab verdim. – Deməli belə, sual aşağıdakı kimi səslənir: «Biz hara gedirik?»

Və biz ikimizdə qəhqəhə çəkdik.

-Saraqosa, - o, yüngülləşdiyini gizlətmədən cavab verdi.

Mən maşından yerə atıldım və bu qədər gec saatda açıq olan restoran axtarmağa yollandıq. Adama elə gəlirdi ki, bu, qeyri – mümkündü.

«Heç də yox. Özgə artıq mənimlə deyil. Möcüzə baş verir», - mən düşündüm, amma başqa dilimə başqa şey gətirdim:

-Sən Barselonada nə vaxt olmalısan?

O cavab vermədi, üzü isə dalğın ifadə aldı. «Bu cür suallardan qaçmaq lazımdır, mən fikirləşdim. – Yoxsa, o, elə düşünər ki, mən onun həyatına soxulmaq istəyirəm».

Biz səssiz bir az da getdik və bu bapbalaca şəhərciyin meydanında «Restoran «El Sol»» yazılmış neon elanı gördük.

-Açıqdır, gəl, girək, - vəssalam, onun dediyi təkcə bu oldu.

Qırmızı bibərlə əhatəyə alınmış ançouslar boşqaba ox şəklində düzülüb, yanında da qoyun pendirinin yarımşəffaf tikələri.

Stolun mərkəzində yanan şam və «Rioxi» şüşəsi qoyulub.

-Orta əsrlərə aid çaxır anbarından, - ofisiant – oğlan izah elədi.

Bu gec saatda barda heç kim yox idi. O ayağa durdu, telefona yaxınlaşdı, sonra isə stola qayıtdı. Mən dəhşətli dərəcədə onun kimə zəng etdiyini soruşmaq istəyirdim, ancaq bu dəfə özümü saxlaya bildim.

-Biz gecə üçün yarısına qədər işləyirik, - ofisiant davam etdi. – Lakin əgər siz bağlanandan sonra da qalmaq istəsəniz, əlavə vetçina, pendir, şərab da verə bilərik və siz meydanda oturarsınız. Şərab sizi donmağa qoymaz.

69

-Yox, oturmağa vaxtımız yoxdur, - o cavab verdi. – Biz səhər Saraqosda olmalıyıq.



Oğlan piştaxtanın arxasına qayıtdı. Biz təzədən qədəhləri doldurduq. Onda, Bilbaoda olduğu kimi mən yenə də yüngüllük hiss etdim: «Rioxo» öz yumşaq təsirini göstərməyə və söhbətin çətin anlarında kömək etməyə başlamışdı.

Mən bir qurtum da içdim və dedim:

-Sən maşın sürməkdən yorulmusan, həm də biz içirik. Yaxşı olardı ki, burda bir yerdə gecələyək. Yolda mən parador gördüm.

O, razılıq əlaməti olaraq başını tərpətdi və dedi:

-Bir o stola bax. Yaponlar bunu şibumi adlandırırlar – sadəlikdə mürəkkəblik. Adamlar pul yığırlar, bahalı restoranlara gəlirlər və elə hesab edirlər ki, dəbdəbəli yaşayırlar.

Mən bir az da içdim.

Parador. Onunla yanaşı daha bir gecə.

Əsrarəngiz şəkildə bərpa olmuş bakirəlik.

-Seminaristin dəbdəbə haqqında necə mülahizə yürütdüyünü eşitmək gülməlidir, - mən öz düşüncələrimdən qopmağa çalışaraq dedim.

-Niyə ki? Məhz, seminariyada mən başa düşdüm ki, inamımızın sayəsində biz nə qədər Allaha yaxınlaşırıqsa, O, bir o qədər sadələşir. Və o, nə qədər sadələşirsə, mövcudluğu bir o qədər güclü hiss olunur.

Onun əli stolun üstü ilə sürüşdü.

-İsa ağac kəsə – kəsə, ağac yona – yona, şkaf, çarpayı, stul düzəldə - düzəldə öz missiyasını öyrənib. Hansı iş görməyimiz vacib deyil – istənilən şey bizi Tanrı sevgisinin dərkinə gətirib çıxarda bilər - İsa bunu göstərmək üçün bizə dülgər qismində göndərilib.

Qəflətən o dayandı:

-Bu barədə danışmaq istəmirəm. Başqa sevgi barədə danışmaq istəyirəm.

Onun əlləri mənim üzümə toxundu.

Şərab bir çox şeyləri onun üçün yüngülləşdirmişdi. Elə mənim üçün də.

-Niyə susdun? Niyə Allah haqqında, Bakirə Məryəm haqqında, mənəvi aləm haqqında danışmaq istəmirsən?

-Mən başqa sevgidən danışmaq istəyirəm, - o təkrar etdi. – Kişi və qadının sevgisindən. Bu sevgidə də möcüzələr baş verir.

Mən onun əllərini sıxdım. Bəlkə də ona İlahənin böyük sirləri əyandır – lakin məhəbbət haqqında o da mənim qədər bilir. Hərçənd bütün dünyanı gəzib.

Və o, tələb olunan bədəli ödəməyə məcburdur – ilk addımı o atmalıdır. Çünki qadın daha yüksək bədəl ödəyir – o özünü verir.

Biz hələ uzun müddət beləcə oturduq: əl – ələ tutaraq. Mən onun gözlərində qədim qorxuların əksini görürdüm – onlar həqiqi sevginin keçməli olduğu sınaqlar idi. Mən onun gözlərində dünən gecə ona təslim olmadığımı, bizim uzun ayrılığımızı, monastırda belə əhvalatların baş vermədiyi dünyanın axtarışına sərf edilmiş illəri görürdüm.

Mən onun gözlərində görürdüm ki, o dəfələrlə bunun necə baş verəcəyini – mənim

70

saç düzümümdən tutmuş paltarımın rənginə qədər bizi əhatə edəcək hər şeyi xəyalından keçirib. Mən ona «hə» demək, «xoş gəlmisən» demək istəyirdim, demək istəyirdim ki, mənim ürəyim bu döyüşdə qalib gəldi. Mən onu necə sevdiyimi, bu dəqiqə necə arzuladığımı demək istəyirdim.



Lakin susmaqda davam edirdim. Susmaq və sanki kənardan, yuxuda olduğu kimi, onun daxili mübarizəsini izləmək. Mən görürdüm ki, onun qarşısında mənim «yox» um dayanıb, məni itirmək qorxusu, yaddaşdakı, belə anlarda səslənən kəskin sözlər onu sıxır – zira biz hamımız bundan keçirik və indiyə qədər heç kim yara və çapıqlardan can qurtara bilməyib.

Budur, nəhayət, onun gözləri parıldadı. Mən anladım ki, o, bütün bu əngəllərin öhdəsindən gəlməyi bacardı.

Onda mən, əlimi onun əlindən çəkərək stəkanı götürdüm və stolun lap kənarına qoydum.

-Düşəcək, - o xəbərdarlıq etdi.

-Yəqin ki. Mən sənin onu atmanı istəyirəm.

-Stəkanı sındırım?

Bəli, stəkanı sındırmaq. İlk baxışda sadə bir hərəkət – lakin o, özündə o qədər qorxular gizlədir ki, biz heç vaxt onları axıradək dərk edə bilmərik. Ucuz stəkanı döşəməyə çırpmaqda qeyri – adi nə var? – axı, hər birimiz bunu dəfələrlə təsadüfən və qəflətən o qədər etmişik ki…

-Stəkanı sındırım? – o təkrarladı. – Axı, neyçün?

-Mən sənə geniş izahat verə bilərdim, - mən cavab verdim. – Amma yalnız bir şey deyəcəyəm – onun sınması üçün.

-Bu sənə lazımdır?

-Təbii ki, mənə yox.

O, stolun lap qırağında dayanmış stəkana baxırdı və onun düşəcəyindən ehtiyatlandığı aşkar görünürdü.

«Bu ritualdır, - mən demək istəyirdim. – Bu – qadağadır. Bilərəkdən stəkanı qırmaq olmaz. Biz öz evimizdə və ya restoranda oturanda çalışırıq ki, stəkanı stolun qırağına qoymayaq. Bizim Kainat ehtiyatlı olmamızı tələb edir, stəkanlar döşəməyə düşməsinlər deyə».

Əgər qəfildən və naqolaylıqdan sındırsaq, qeyri – adi heç nəyin baş vermədiyini görəcəyik. Ofisiant: «Narahat olmayın» deyəcək, mən də hələ ömrümdə bir dəfə də görməmişəm ki, sınmış stəkanı hesaba qatsınlar. Stəkan qırmaq – adi işdir, məişətdə baş verir və heç kimə zərər toxunmur – nə bizə, nə restorana, nə yaxınımıza.

Mən stola toxundum. Stəkan tərpəndi, amma düşmədi.

-Yavaş! – o ucadan dedi.

-Sındır onu, - mən inadla təkrar elədim, özümsə düşündüm:

«Sındır onu, bu simvolik jesti elə. Çalış başa düşəsən ki, mən içimdə stəkandan daha qiymətli və vacib bir şeyi sındırmışam – və mən xoşbəxtəm. Daxilində mübarizə gedən qəlbinə bax, - və sındır onu».

Zira bizim valideynlərimiz bizə stəkanlara və bədənə ehtiyatla yanaşmağı öyrədiblər.

71


Beynimizə yeridiblər ki, uşaqlıq ehtirası – mümkünsüzdü, biz ruhani olmağa hazırlaşan insanı seçdiyi yoldan sapdırmamalıyıq, insanlar möcüzə yaratmağa qadir deyillər və əgər hara apardığını bilmirsənsə, yola çıxmaq lazım deyil.

Xahiş edirəm, stəkanı sındır – və sən ikimizin də üstündən bu cadunu siləcəksən, inadkarcasına hər şeyin izahını axtarmaq meylindən, yalnız başqalarının bəyənəcəyi işləri görmək xəstəliyindən azad edəcəksən.

- Sındır stəkanı,- mən bir də dedim. O, zəndlə mənim gözlərimə baxdı. Sonra onun əli yavaş-yavaş stolun üstü ilə sürüşdü, stəkana toxundu-və sərt hərəkətlə onu yerə saldı.

Şüşənin cingiltisi hamının diqqətini çəkdi.Qışqırmaq, naqolaylığına görə özünü danlamaq, ya da buna bənzər bir şey etmək əvəzinə o, sakitcə, təbəssümlə mənə baxdı-mən də gülümsədim.

- Eybi yoxdur!- gənc qarson bizə müraciətlə səsləndi.

Lakin o, qarsonu eşitmədi. Azacıq qalxdı, başımı özünə yaxınlaşdırdı və dodaqlarını dodaqlarıma yapışdırdı.

Mən də barmaqlarımı onun saçlarına saldım, onun dilinin ağzımda necə tərpəndiyini hiss edə-edə dodaqlarımla dodaqlarını sordum. Sevginin anlamını başa düşmədiyimiz vaxtlarımızda, uşaqlıq illərində çay sahilində doğulmuş bu öpüşü mən çox gözləmişdim. Bizim yetişkin çağlarımzda sanki havada asılı qalmış, medalyon haqqındakı xatirələrin ardınca bütün dünyanı dolaşmış, məni müsabiqəyə hazırlamaq kimi xeyirxah məqsəd güdən kitab qalaqlarının arxasında gizlənmiş öpüşü. Bu öpüş neçə dəfə yoxa çıxmışdı,neçə dəfə itmişdi və nəhayət, biz onu tapdıq. Onda-cəmi bir dəqiqə çəkməsinə baxmayaraq-uzun illərin axtarışları, məyusluğu, həyata keçməyən arzuları gizlənmişdi.

Mən öpüşə cavab verdim. Yəqin ki, barın azsaylı müştəriləri bizə baxırdılar və fikirləşirdilər ki, qeyri-adi heç nə baş vermir – iki nəfər öpüşür. Onlar hardan biləydilər ki, həmin an öpüş mənim yaşadığım bütün günlərin, onun və günəşin altında öz yolunu gözləyən, onu axtaran və onu arzulayan hər kəsin bütün həyatının cəmi və nəticəsi oldu.

Mənim yaşamımın bütün xoşbəxt anları əriyərək bu öpüşə qarışdı.

O, paltarımı soyundurdu və mənə daxil oldu – qorxa-qorxa, var-gücüylə, ehtirasla. Mən yüngül ağrı hiss elədim, lakin onun heç bir əhəmiyyəti yox idi. Həmin anda duyduğum kəskin həz də heç bir əhəmiyyət daşımırdı. Mən onun başını qucaqlamışdım, iniltisinə qulaq asırdım və allaha təşəkkür edirdim – onun mənimlə və məndə olduğu üçün, hər şeyi birinci dəfəymiş kimi hiss etdiyim üçün.

Biz bütün gecə sevişdik – gerçəklik xülyalarla, yuxuyla qarışmışdı. Mən onun varlığını içimdə duyurdum və var –gücümlə onu özümə sıxırdım- hər şeyin həqiqətən baş verdiyinə əmin olmaq, indi otelə çevrilmiş bu qəsrdə qədim zamanlarda yaşamış gəzəri cəngavərlərin getdiyi kimi gözlənilmədən getməsinə yol verməmək üçün. Səssiz Daş divarlar və tağtavanlar gözləməyə, göz yaşı axıtmağa, bir xəbər, bir ümid,

72


bir işarə həsrətilə üfüqə baxaraq günlərini pəncərə önündə keçirməyə məhkum olan gözəllər haqqında xatirələri qoruyurdu.

Yox, mən heç vaxt bunları yaşamayacağam – özümə and içdim. Mən heç vaxt onu itirməyəcəyəm. O, əbədilik və daima mənimlə olacaq – zira mən mehrabdakı xaça baxanda Müqəddəs Ruhu eşidirdim və O, bütün dillərdə və ləhcələrdə deyirdi ki, mən günah etmirəm.

Mən onun yol yoldaşı, dostu olacağam, biz yenidən yaradılmış dünyanı fəth edəcəyik. Biz Müqəddəs Ananın haqq sözünü yayacağıq, biz arxangel Mixaillə çiyin-çiyinə döyüşəcəyik, biz yalnız öncüllərin qisməti olan əzabları və fərəhi birlikdə yaşayacağıq.. Bunları mənə dillər deyirdilər –və təpədən-dırnağa qədər inamla silahlanmış mən onların həqiqəti dediklərini bilirdim.

***


Mən onun sinəmə qoyduğu əllərinin təmasından oyandım. Pəncərə arxasında gün tamamilə işıqlanmışdı və yaxındakı kilsənin zəngləri çalınırdı.

O, məni öpdü. Əlləri bir də bədənim boyu sürüşdü.

- Vaxtdır, - o dedi. – Bu gün bayram sona çatır, yollar maşınla dolu olacaq.

- Mən Saraqosa getmək istəmirəm,- mən cavab verdim. – Mən sənin olduğun yerdə olmaq istəyirəm. Tezliklə banklar açılacaq, mən hesabdan pul götürəcəyəm, özümə paltar alacağam.

- Axı, sən deyirdin ki, pulun azdır?

- Bəs eləyər. Mən öz keçmişimlə əlaqəni qəddarcasına kəsməliyəm. Əgər Saraqosa qayıtsam, axmaqlıq etdiyimi, tezliklə imtahanların başlayacığını və mən onları verənə qədər, iki ay bizim ayrı qala biləcəyimizi fikirləşəcəyəm.

Əgər imtahanlardan kəsilsəm, ola bilsin ki, Saraqosdan getmək istəməyəcəyəm. Yox, yox, mən qayıda bilmərəm. Körpüləri yandırmaq lazımdır- indiki mənlə əvvəlki arasında heç bir əlaqə qalmamalıdır.

- Barselona, - o, sanki öz-özünə danışırmış kimi dedi.

- Nə?

- Yox, heç nə. Yolumuza davam edək.

- Axı sənin mühazirən var.

- Hələ iki gün var, - o cavab verdi və mənə elə gəldi ki, onun səsi nə isə qəribə səsləndi.

- Başqa şəhərə gedək. Birbaş Barselonaya getmək istəmirəm.

Mən çarpayıdan qalxdım. Xoşagəlməz heç bir şey haqqında düşünmək istəmirdim – bəlkə kimnləsə ilk eşq gecəsindən sonra kefsiz oyanmaq və karıxdığından belə soyuq olmaq onun xasiyyətidir.

Pəncərəyə yaxınlaşdım, pərdəni çəkdim, balaca küçəyə baxdım. Qonşu evlərin eyvanlarında alt paltarları asılmışdı. Kilsə zəngləri çaldı.

- Bilirsən, nə var?- mən dedim. – Gəl, uşaqlıqda getdiyimz yerə gedək. Mən o vaxtdan orda olmamışam.

73

- Harda «orada»?



- Pyedra monastırında.

Biz oteldən çıxırıq, zənglərsə hələ də çalır. O, kilsəyə girməyi təklif edir.

- Biz elə bununla məşğuluq, - mən cavab verirəm. – Kilsə, dualar, ayinlər.

- Düz deyil, - o deyir. – Biz sevişmişik. Üç dəfə sərxoş olmuşuq. Dağlarda gəzmişik. Mərhəmət və Ciddiliyi əməlli-başlı tarazlaşdırmışıq.

Yersiz danışdığımı hiss edirəm. Mən artıq yeni həyata öyrəşməliyəm.

- Bağışla, - mən deyirəm.

- Az oturarıq. Zənglər bizə işarə verir.

O, tamamilə haqlı çıxdı, ancaq mən bunu yalnız növbəti gün başa düşəcəkdim.

İşarənin gizli mənasını sonadək anlamadan biz maşina oturduq və dörd saatdan sonra monastırda idik.

Tavanın suvağı qopub, müqəddəslərin azsaylı heykəlləri isə başsız qalıb. Hamısı. Birindən başqa.

Mən ətrafa nəzər saldım. Yəqin ki, keçmiş zamanlarda burada güclü iradəyə malik, hər bir daşın təmizlikdən parıldamasının, hər bir skamyada o dövrün qüdrətli yepiskoplarından birinin oturmasının qayğısına qalan adamlar sığınacaq tapırmışlar.

Lakin indii hər şey xarabalığa çevrilmişdi. Onları uşaq vaxtı birlikdə oynadığımız, mənim öz sehrli şahzadəmi axtardığım qəsrlər kimi təsəvvür etmək mümkün idi.

Pyedra monastırının rahibləri əsrlər boyu bu cənnət bucağını özləri üçün qoruyublar. Təbii geoloji çökəklikdə yerləşmiş monastır yarandığı ilk gündən göylərin mərhəməti sayəsində, qonşu şəhərlərin, qəsəbələrin ağır zəhmət və yalvarışlar bahasına əldə etdiyi şeyi – suyu elə–belə alırdı. Burda Rio-Pyedra onlarla qollara bölünürdü, şəlaləyə çevrilirdi, göllər əmələ gətirirdi, onun sahillərində qalın və sıx ağaclar, kollar, otlar bitirdi.

Amma bir neçə yüz addım atmaq kifayət edirdi – və sən yarğandan çıxırdın. Hər tərəf cansız, bəhrəsiz səhraya çevrilirdi. Hətta bu təbii çökəklikdə fırlanmaqdan yorulmuş çay öz gənclik qüvvəsini itirirdi və yenidən zorla sezilən su şırnağı olurdu.

Rahiblər bu barədə bilirdilər və suyu qonşularına baha qiymətə satırdılar. Monastırın tarixi yerli sakinlər və rahiblər arasında baş vermiş saysız toqquşma və qarşıdurmalarla zəngindir. Və bir dəfə İspaniyanı sarsıtdığı dövrdə monastırı kazarmaya çevirdilər. Monastır kilsəsinin içində atlar gəzirdilər. Bir – birini bayağı əhvalatlarla əyləndirən və bütün ətraf yerlərin qadınlarını zorlayan əsgərlər skamyaların arasında öz çadırlarını qurmuşdular.

Beləliklə, gec də olsa, monastır öz cəzasına çatdı. O, qarət olundu və dağıdıldı.

Və bir daha heç vaxt rahiblər öz itirilmiş cənnətlərini qaytara bilmədilər. Hətta sonsuz məhkəmə çəkişmələrindən birində kimsə yerli əhalinin Allahın monastıra çıxardığı hökmü yerinə yetirməsini təklif etdi. Zira İsa susuzların yanğısını söndürməyi əmr etmişdi, rahiblərsə onun sözlərinə kar qalmışdılar. Bax, elə buna görə də Allah təbiətin təkcə onlara aid olduğunu fikirləşənləri cəzalandırdı.

74


Bəlkə elə həmin səbəbdən monastır kilsəsi əvvəlki kimi xarabalıq idi, baxmayaraq ki, monastırın çox hissəsini yenidən tikib mehmanxanaya çevirmişdilər. Yerlilər, təbiətin insanlara havayı verdiyi bəxşiş üçün əcdadlarının necə baha qiymət ödəməli olduqlarını unutmamışdılar.

- Bu bütöv qalmış heykəl kimindir?- mən soruşdum.

- Müqəddəs Tereza Avillinin,- o cavab verdi.- O, qüdrət sahibidir. Və qisas hissi yerli əhalini nə qədər yandırsa da, heç kim onu murdarlamağa cəsarət etməyib.

O, mənim əlimdən tutdu və biz çıxdıq. Monastırın sonsuz dəhlizlərində addımladıq, geniş taxta pillələrlə qalxdıq, kəpənəklər uçuşan daxili həyətə girdik. Mən bütün təffərrüatları yada salırdım, çünki uşaqlıqda tez-tez burda olurdum və köhnə xatirələr daha aydın və parlaq görünürdü.

Yaddaş. Mənə elə gəlirdi ki, ötən həftəyə qədər olan ayların və xüsusilə günlərin mənim həyatıma dəxli yoxdur, ya da mən onları özümün başqa cildimdə yaşamışam. Dünyada heç nəyin xətrinə mən o zamana qayıtmaq istəməzdim, zira onun saatlarını məhəbbətin əli ölçmürdü. Mən hiss edirdim ki, uzun illər ərzində eyni cür oyanaraq və yataraq, eyni sözləri təkrarlayaraq, eyni işləri görərək eyni bir günü yaşamışam. Elə yuxuma da eyni şeylər girirdi.

Mən, atamı və anamı, valideynlərimin valideynlərini və bir çox dostlarımı xatırladım. Əslində mənə ümumiyyətlə gərək olmayan bir şeyi əldə etmək üçün nə qədər zəhmət çəkdiyimi xatırladım.

Bütün bunları niyə edirdim? Mən birmənalı cavab tapa bilmirdim. Bəlkə ona görə ki, başqa yollar xatarmağa tənbəllik edirdim. Bəlkə başqalarının mənim barəmdə nə fikirləşəcəyindən və nə deyəcəyindən qorxduğum üçün. Bəlkə ona görə ki, həmin başqalarından fərqlənmək çətindir. Bəlkə ona görə ki, insan köhnə nəslin addımlarını təkrarlamağa məhkumdur – və bu yerdə mən müqəddəs atanı xatırladım –müəyyən sayda insanlar fərqli davranmağa başlayana qədər.

Elə, ya da belə, hər halda dünya dəyişir – və biz də onunla birlikdə.

Lakin bu artıq məni qane etmirdi. Mən taleyimdən haqqım olanı almışdım və indi o, mənə özümü dəyişmək və eyni zamanda dünyanın dəyişməsində iştirak etmək imkanı vermişdi.

Mən yenə də dağlar haqqında düşündüm, yolda rastlaşdığımız alpinistləri yadıma saldım – gənc,qarda parlaq ləkə uzaqdan nəzərə çarpsın deyə xüsusi tikilmiş rəngbərəng kostyumlarda, dağın ətəyindən zirvəsinə qədər konkret bir marşuruta riayət edən.

Yamaclara artıq alüminium çəliklər çalınıb – alpinistlərə təkcə qoruyucu kəndirlərin qarmaqlarını onlara keçirmək və zirvəyə qalxmaq qalırdı. Onlar istirahət günlərində bura kəkin hisslər xatirinə gəliblər, bazar ertəsi isə həmişəki monoton həyatlarına qayıdacaqlar, ancaq onlara elə gələcək ki, təbiətə meydan oxuyublar və bu yarışdan qalıb çıxıblar.

Gerçəkdə isə bu heç də belə deyil. Macəra ehtirası buralara başqalarını-təzə yollar açanları, öncülləri qovmuşdu. Onlardan bəziləri yoxuşun heç yarısını da qət edə bilmədilər- uçuruma yıxıldılar. Digərlərinin əllərini, ayaqlarını don vurdu. Çoxları,

75

ümumiyyətlə, xəbərsiz-ətərsiz itdi. Lakin gözəl günlərin birində kimsə zirvələrdən birinə qalxdı.



Və ilk dəfə onun gözləri aşağıda döşənmiş mənzərəni gördü, onun ürəyi qürurdan tez-tez döyündü. O risk etdi və indi öz qələbəsilə – cəhdləri baş tutmayanları, yarıyolda qalanlara ehtiram borcunu ödədi.

Çox ola bilər ki,orada, aşağıda adamlar düşünürlər: «Yuxarıda maraqlı nə var axı? Bəlkə təkcə mənzərə. Bu onun nəyinə gərəkdi?»

Ancaq o, bu zirvələrə birinci qalxan səbəbi bilirdi. Çağırışı qəbul etmək və irəli getmək üçün. Bir günün o birisinə bənzəmədiyini, hər səhərin bizə öz təkrarsız möcüzələrini əta etdiyini, köhnə qalaktikaların öldüyü və yeni ulduzların doğulduğu sehrli anların olduğunu bildiyi üçün.

Bu zirvələrə birinci qalxan şəxs, yəqin hündürlükdən tüstüsü çıxan evciklərə baxaraq özünə həmin sualı verirdi: «Aşağıdakı adamların bir günü o birindən fərqlənmir. Bu onların nəyinə gərəkdi?»

İndi dağlar artıq fəth olunub, astronavtlar artıq kosmik fəzaya giriblər və Yer planetində kəşf olunmasını gözləyən hətta ən kiçik ada belə yoxdur, lakin böyük ruhi macəralar hələ yetərincədir – və onlardan biri indi mənim qismətimə düşüb.

Bu xeyir-dua idi. Müqəddəs ata heç nə anlamadı. Necə ləzzətli bir əzabdır?!

İlk addımı atmağı bacaranlar bəxtiyardırlar. Nə vaxtsa adamlar başa düşəcəklər ki, mələklərin dilində danışmağa qadirdilər. Başa düşəcəklər ki, bizim hər birimizdə Müqəddəs Ruhun vergiləri var və hamımız möcüzə yarada, gələcəyi görə, ehtiyacı olanlara sağalda, yaxınlarımızı anlaya bilərik.

Günün bütün ikinci yarısını biz kanyonda gəzirik, uşaqlıq illərini yada salırıq. O, bu barədə birinci dəfə danışırdı – Madriddən Bilbaoya qədər getdiyimiz müddətdə mənə elə gəlirdi ki, keçmiş ona artıq maraqlı deyil.

Amma indi o özü mənə yaşıdlarımızın həyatı haqqında sual verir, xoşbəxt olub-olmadıqlarını soruşur, məşğuliyyətləri ilə maraqlanır.

Nəhayət ki, biz Rio-Pyedranın kiçik çayların suyunu bir yerə toplayan və sonra da təxminən 30-metrlik hündürlükdən səpələyən ən böyük şəlaləsinə çatdıq. Biz şəlalənin kənarında dayanmışıq, boğuq uğultunu dinləyirik, dumanda əmələ gələn göy qurşağına baxırıq.

- «At Quyruğu», - mən deyirəm və özüm də bu adı hələ unutmadığıma heyrətlənirəm- axı onu çoxdan eşitməmişəm.

- Yadıma gəlir ki… - o danışmağa başlayır.

- Mən bilirəm, sən indi nə deyəcəksən!

Əlbəttə bilirəm! Şəlalə nəhəng mağaranı gizlədir. Uşaq vaxtı, Pyedra monastırından qayıdandan sonra biz hələ bir neçə gün onun haqqında danışırdıq.

- … Orda mağara vardı, - o, sözünü bitirir. - Gedək ora!

76


Yüksəklikdən tökülən suyun şaquli şırnağı altından keçmək qeyri –mümkündür və rahiblər hələ çox qədim zamanlarda kanyonun yuxarısından mağaranın dərinliyinə aparan tunel qazmışdılar.

Girişi tapmaq çətin deyil. Yayda yəqin turistlər azmasınlar deyə orda şam yandırırlar, lakin indi bizdən başqa heç kim yoxdur və tunel qaranlığa qərq olub.

- Gedirik? – mən soruşuram.

Əlbəttə. Mənə güvən.

Və biz şəlalənin yanında açılmış dəliyə düşərək enməyə başlayırıq. Bizi zülmət ağuşuna almışdı, ancaq biz yolu bilirdik – və bir də o, ona güvənməmi istəmişdi axı.

«İlahi, sənə təşəkkür edirəm, - biz torpağın bətninin daha da dərinliklərinə endikcə mən fikirləşirdim. – Zira mən yolunu azmış qoyun idim, Sənsə məni sürüyə qaytardın. Zira mənim həyatım ölü idi, Sənsə onu canlandırdın. Zira məhəbbət çoxdan mənim ürəyimdən yaşamırdı, Sənsə yenidən mənə onun xeyir-duasını əta etdin».

Mən sevgilimin çiynindən yapışmışdım və o, işığın tezliklə yenidən üzümüzə açılacağını, bizim sevinəcəyimizi bilərək qaranlıq yollarda mənim addımlarımı istiqamətləndirirdi. Çox ola bilər ki, gələcək rolları dəyişsin- mən, eyni sevgi və eyni imanla silahlanacam, təhlükəsiz yerə çıxana qədər ona yol göstərəcəm və onda biz rahatlıq tapacağıq.

Biz yavaş gedirdik və elə bil ki, bu yolun heç vaxt sonu olmayacaqdı. Bəlkə bu yeni ritm həyatımın bütöv bir mərhələsinin sonuna işarədir- o zamanlar yaşamımı aydınladacaq kiçicik işıq şüası da yox idi. . Tuneldə yeriyə-yeriyə mən eyni bir yerdə tərpənməz oturaraq, heç nəyin bitmədiyi və bitməsinin mümkün olmadığı yerdə kök atmağa çalışaraq boş-boşuna nə qədər vaxt öldürdüyümü xatırlayırdım.

Lakin Allah rəhmlidir və budur, mən yenidən keçmiş ruh yüksəkliyini də, yaşama sevincini də, arzuladığım macəraları da, özüm də bilmədən bütün həyatım boyu gözlədiyim insanı da tapdım. O, seminariyanı atdığı üçün mən bir damcı da vicdan əzabı çəkmirdim-müqəddəs atanın Tanrıya xidmət etməyin müxtəlif yolları olduğu və bizim məhəbbətimizin bu yolları artıracağı barədə dedikləri yadımda idi. Bu dəqiqədən etibarən mən də kömək və xidmət etmək imkanı qazanıram- və bütün bunlar onun sayəsində olur.

Biz adamların arsına gedəcəyik. O, onların qəlbinə sülh, əmin-amanlıq gətirəcək, mən onun.

«Rəbbim, sənə xidmət etməmə kömək olduğun üçün minnətdaram. Bu şərəfə necə layiq olmağı öyrət. Onun missiyasının bir parçası olmaq üçün, onunla yanaşı yerimək üçün , öz mənəvi həyatımı diriltmək üçün mənə güc ver. Qoy bizim günlərimiz son bir neçə gün kimi olsun- qoy, biz xəstələri sağalda-sağalda, ümidsizlərə təsəlli verə-verə, Müqəddəs Ananın məhəbbət sözlərini hamımıza ötürə – ötürə ölkədən-ölkəyə keçək».

Qəfildən şəlalənin səs – küyü yenidən eşidilməyə başladı, bizim yolumuz işıqlandı və zülmət tunel yer üzünün ən gözəl məkanlarından birinə çevrildi. Biz nəhəng

77

mağaranın – baş kilsənin ölçüləri boyda – içində idik. Onun üç divarı daşdan idi, dördüncü divarı yüksəklikdən ayağımızın altındakı göy – yaşıl gölə tökülən su əvəz edirdi.



Günəşin içəpi daxil olan şüaları onun arasından keçirdi və yaş daşlar parıldayırdılar.

Bir kəlmə belə demədən biz, əldən düşmüş halda divara söykəndik.

Bizim uşaq oyunlarımızda, körpə fantaziyalarımızda buy er quldurların qarət etdiklərini gizlətdikləri xəzinə idi. İndi Torpaq Ananın möcüzəsinə dönmüşdü: mən hiss edirdim ki, onun bətnindəyəm, mən bilirdim – O burdadır, Onun daşdan olan üç divarı bizi qoruyur, dördüncü, su isə – bizim günahlarımızı yuyur.

- Çox sağ ol, - mən dilləndim.

- Kimə təşəkkür edirsən?

- Ona. Və Onun iradəsinin aləti olmuş, mənə əvvəlki inamımı qaytarmış sənə.

O, yeraltı gölün yanına getdi. Göy – yaşıl suya baxdı və gülümsədi.

- Bura gəl.

Mən yaxınlaşdım.

- Mən sənə hələ bilmədiyin bir şey danışmalıyam.

Bu sözlər məni təşvişə saldı, lakin onun baxışları sakit qalmaqda davam edirdi və mən də sakitləşdim.

- Yer üzündə ki hər bir insana vergi verilib, - o başladı. – Bəzilərində o öz – özünə üzə çıxır, digərləri onu tapmaq və meydana çıxartmaq üçün qüvvə sərf etməlidirlər. Məsələn, mən seminariyada ueçirdiyim bütün dörd il ərzində çox çalışmışam.

İndi, əgər qoca qarovulçu bizi sovməəyə buraxmayanda onun dediyi sözü xatırlasaq, mən oyun oynamalı idim.

Özümü elə göstərməliydim ki, guya heç nə bilmirəm.

«Eybi yox», - mən düşündüm və rolumu yaxşı oynamaq üçün vaxt qazanmaq məqsədilə dedim:

- Sən seminariyada nə edirdin ki?

- Ümumiyyətlə, bu vacib deyil, - o cavab verdi. – Vacib olan odur ki, mən öz qabiliyyətimi inkişaf etdirməyi və möhkəmlətməyi bacardım. Allah izn verəndə, mən xəstəlikləri sağalda bilirəm.

- Bu ki əladır! – mən özümü heyrətlənmiş kimi göstərərək qışqırdım. – Həkimlərə pul sərf etməyə ehtiyac olmayacaq.

Lakin o, mənim zarafatıma gülümsəmədi.Və mən özümü axmaq kimi hiss etdim.

- Mən öz qabiliyyətimi sənin gördüyün xarizmatik ritualların sayəsində inkişaf etdirmişdim. Mənim dualarıma cavab olaraq Müqəddəs Ruh mən zühur etdi və məni aydınlatdı, mən naxoşları əlimin təması ilə müalicə edirdim və sağaldırdım.Tezliklə bunun sorağı bütün ətrafa yayıldı və monastırın qarşısında səhər erkəndən məndən kömək gözləyən əzabkeşlərin, xəstələrin, əlillərin uzun növbəsi düzülürdü. Hər bir irinli, üfunətli yarada mən İsanın yaralarını görürdüm.

- Mən səninlə fəxr edirəm, - mən pıçıldadım.

- Monastırda çoxları bunun əleyhinə idilər, lakin müqəddəs ata məni daima dəstəkləyirdi.

78

- Biz bunu davam etdirəcəyik. Dünyanı birlikdə gəzəcəyik. Mən yaraları təmizləycəyəm, sən onlara xeyir – dua verəcəksən, Allahsa öz möcüzələrini əyan edəcək.



O, baxışlarını məndən çəkərək gölə zillədi. Sent – Savendə, quyunun yanında onunla şərab içdiyimiz gecə olduğu kimi mən yanımda naməlum varlığın mövcudluğunu hiss etdim.

- Mən artıq sənə danışmışam, amma təkrar edəcəyəm, - o dava etdi. - Bir dəfə mən gecə oyandım. Mənim hücrəmə parlaq işıqla işıqlanmışdı. Mən Müqəddəs Ananın simasını, Onun sevgi dolu baxışlarını gördüm. O vaxtdan etibarən O, arabir mənim gözümə görünməyə başladı. Mən Onu çağıra bilmirəm, lakin hərdən O, qarşımda peyda olur.

Mən özüm onda artıq Kilsənin həqiqi islahatçılarının sırasında idim. Və qəti bilirdim: mən yerdəki vəzifəm – yalnız xəstəlikləri sağaltmaq yox, Qadın – Allahın dünyaya gəlməsi üçün yol açmaqdır. Qadın başlanğıcı güclənəcək, təzədən Mərhəmət sütunu ucalacaq – insanların ürəklərində Müdriklik Məbədi qurulacaq.

Mən gözqırpmadan ona baxırdım. Onun bir dəqiqə əvvəl gərginlik ifadə edən siması yumşaldı.

- Bunun öz bədəli vardı və mən ödəməyə hazır idim.

Və o, sanki nə deyəcəyinibilmədiyindən susdu.

- Necə yəni «vardı»?- mən soruşdum.

- İlahənin yolu təkcə söz və möcüzə ilə salına bilərdi. Ancaq bizim dünyamız belə qurulmayıb. Hər şey daha çətindir. Göz yaşları, əzab, anlamamazlıq olacaq.

«Bu müqəddəs atanın işidir, - mənim başımdan keçdi. – Keşiş onun ürəyinə qorxu səpib. Lakin mən onun üçün təsəlli və ruhlandırıcı olacacağam».

- Bu əzab yox, şöhrət yoludur, - mən cavab verdim.

- Adamların çoxu hələ də məhəbbətə etibar eləmir…

Mən hiss edirdim – o, mənə nə isə demək istəyir, amma bacarmır. Bəlkə ona yardım etmək lazımdır?

- Mən bu barədə fikirləşmişəm, - onun sözünü kəsdim. – Pireneylərin ən yüksək zirvəsini ən birinci fəth edən kəs anlamışdı ki, risksiz həyat Tanrının nemətlərindən məhrumdur.

- Sən nemətlər haqqında nə bilirsən? – o qışqırdı və mən sakitliyin onu yenidən tərk etdiyini gördüm. – Müqəddəs Ananın adlarından biri – Bərəkətli Müqəddəs Məryəmdir və onun əli verdiyi nemətləri qəbul etməyi bacaran hər kəsə xeyir – dua verir.

Biz başqalarının yaşamlarını mühakimə edə bilmərik, zira hər kəs təkcə öz əzablarını tanıyır və öz məhrumiyyətlərindən keçir. Doğru yolu tapdığını düşünmək bir şeydir, özünü və digərlərini bu yolun yeganəliyinə inandırmaq isə tamam başqa.

İsa deyib: «mənim Atamın evində yaşayanlar çoxdur». Vergi Tanrı nemətinin özüdür. Lakin zəhmət və yaxınlarına sevginin olduğu sadə, ləyaqətli həyat da Tanrı nemətləri ilə zəngindir. Məryəmin Yer üzündə adsız zəhmətin qiymətini göstərə bilmiş həyat yoldaşı vardı. O, özü kölgədə qala – qala arvadını və oğlunu başlarının üstündəki

79

tavan və qida ilə təmin elədi, onlara missiyalarını yerinə yetirmək imkanı verdi. Baxmayaraq ki, onun əməyini heç kim layiqincə qiymətləndirmədi, o, çox əhəmiyyətlidir.



Mən dinmədim. O, mənim əlimdən tutdu.

- Bağışla, mən kobud və səbirsizəm.

Mən onun ovucunu öpdüm və yanağıma sıxdım.

- Mənim sənə izah etmək istədiyim budur, - o dedi və onun üzündə təbəssüm peyda oldu. – Bizim təzədən görüşdüyümüz dəqiqədən etibarən mən anladım ki, səni əzablara məhkum edə bilmərəm, onlarsa mənim bu dünyadakı missiyamın ayrılmaz parçasıdır.

Mən narahatçılıq hiss elədim.

- Dünən mən sənə yalan dedim. Birinci və sonuncu dəfə. Mən dedim ki, seminariyaya gedirəm, amma əslində dağa qalxdım və Müqəddəs Ana ilə danışdım.

Mən Ona dedim ki, əgər O istəsə, mən səndən uzuqlaşacam və öz yolumla getməkdə davam edəcəyəm – qapımın ağzandakı xəstələrlə, gecə səfərlərilə, inamı rədd etmək istəyənqlərin anlamamazlığıyla, məhəbbətin xilas gətirdiyinə inanmayanların təhqiredici baxışları ilə. Əgər Müqəddəs Ana bunu istəsə, mən ən əziz varlıqdan imtina edəcəyəm – səndən.

Və bu anda müqəddəs ata bir də mənim yadıma düşdü. O haqlı çıxdı. Həmin səhər seçim edilmişdi.

- Lakin yenə də, əgər bu qismətin məndən yan keçməsi mümkündürsə, mən dünyaya sənə olan sevgimin vasitəsilə xidmət eləməyə söz verirəm.

- Sən nə danışırsan? – mən qorxu içində soruşdum.

Amma sanki eşitmirdi.

- Öz inamının möhkəmliyini sübut etmək üçün dağları yerindən tərpətmək lazım deyil, - o davam etdi. – Mən əzabları təklikdə qəbul etməyə və onlara dözməyə hazıram, laki onu səninlə bölüşməyə yox. Əgər mən əvvəlki yoluma davam eləsəm, bizim heç vaxt ağ pərdəli pəncərələri dağlara baxan evimiz olmayacaq.

- Mən o ev haqqında heç nə bilmək istəmirəm! Mən onun kandarından belə keçmək istəmirdim! – mən qışqırmamağa çalışaraq dilləndim. – mən səni müşayət etmək, sənin mübarizəndə yanında olmaq, birinci risk edənlərin sırasında olmaq istəyirdim. Yəni sən başa düşmürsən? Sən mənə inamımı qaytarmısan!

Cünəş yerini dəyişdi və onun şüaları mağaranın divarlarını işıqlandırdı. Lakin indi bu gözəlliyin elə bir mənası yox idi.

Allah cəhənnəmi cənnətin ortasında gizlətmişdi.

- Sən anlamırsan,- o dedi və onun gözləri mənə yalvarırdı ki, başa düşüm. – Sən bunun necə risk olduğunu anlamırsan.

- Lakin səni o, xoşbəxt edir!

- Hə. Amma bu mənim riskimdir.

Mən onun sözünü kəsməyə cəhd etdim, ancaq o, məni eşitmədən danışırdı:

- Ona görə də dünən mən Müqəddəs Məryəmdən möcüzə göstərməsini istədim. Xahiş elədim ki, o, məni vergimi geri götürsün.

80

Mən qulaqlarıma inanmadım.



- mnim bir az pulum var, saysız – hesabsız səyahətlərdə qazandığım təcrübəm var. Ev alarıq, mə niş taparam və Allaha İosif kimi xidmət edərəm – kölgədə qalanın itaətkarlığı ilə. İnamımı qorumaq üçün mənə daha möcüzə lazım deyil. Mənə sən lazımsan.

Mənim ayaqlarım pambıq eimi oldu, sanki indicə huşumu itirəcəkdim.

- Mən Müqəddəs Məryəmə bu dua ilə müraciət etdiyim an içimdən naməlum dillərdə səslər gəldi və mən eşitdim: «Əllərini torpağa daya. Sənin vergin səni tərk edəcək və Ananın bətninə qayıdacaq».

- Ancaq sən bunu etmədin? – mən dəhşətlə soruşdum.

- Etdim. Mən, məni qoruyan Müqəddəs Ruhun dediklərini etdim. Duman çəkilməyə başladı və günəş yenidən dağların zirvələri arxasında parıldadı. Mən hiss etdim ki, Müqəddəs Məryəm məni başa düşdü – axı, o da ürəkdən sevib.

- Amma o, öz ərinin ardınca getdi! Və oğlunun əməllərini bəyəndi!

- Bizdə Onun gücü yoxdu, Pilar. Mənim vergim başqasına keçəcək – o, bihudə itib – batmayacaq.

Dünən mən barda Barselonaya zəng vurdum və mühazirəni ləğv elədim. Gedək Saraqosa – orda sənin tanışların çoxdur, orda balamaq asan olacaq. Mən tez iş tapacağam.

Mən artıq fikirləşmək iqtidarında deyildim.

- Pilar!

Lakin mən artıq tunellə geri qayıdırdım və artıq mənim dayağım, mənə yol göstərən bir kimsəm yox idi, mənim ardımca isə minlərlə kütlə gəlirdi – ölümə məhkum edilmiş xəstələr, əzab çəkməyə məhkum edilmiş ailələr, həyata keçirilməmiş möcüzələr, dünyanı gözəlləşdiməmiş təbəssümlər, əvvəlki yerlərində qalmağa məcbur dağlar.

Mən hər tərəfdən üstümə yeriyən az qala fiziki qatı zülmətdən başqa, demək olar ki, heç nə görmürdüm.

***

Rio – Pyedranın sahilində mən oturdum və ağladım. O gecə mənim başımdan keçən fikirlər dağınıq və tutqun idilər və onda nə barədə düşündüyümü indi yadıma salmaqda çətinlik çəkirəm. Bircə onu başa düşürəm ki, ölüm lap yaxınımda idi – ancaq onun sifətini xatırlamıram, məni hara apardığını bilmirəm.



Amma mən onu yadıma salmaq istərdim - öz ürəyimdən qoparmaq üçün. Ancaq bacarmıram. Qaranlıq tuneldən çıxaraq üstünə zülmət çökmüş dünya ilə üz –üzə gəldiyim ana qədər hər şey yuxuya bənzəyir.

GÖydə bir dənə də ulduz yox idi. Maaşına necə çatdığım, oturacaqdan rükzakı necə götürdüyüm və hara getdiyimi bilmədən irəlilədiyim tutqun yadıma gəlir. Yəqin, şosseyə çıxmışam, Saraqosa gedən yol maşınlarını saxlamağa çalışmışam – amma nəticəsiz. Axırda monastırın bağına qayıtmışam.

81

Hər yerdən su səsi eşidilirdi – hər tərəf şəlalə idi və mən hara gedirəmsə, gedim, arxamca gələn Müqəddəs Ananın varlığını hiss edirdim. Axı, o da dünyanı Allahı sevdiyi qədər möhkəm sevirdi, axı, o, öz öğlunu adamlara qurban vermişdi. Lakin onun qadın – kişi məhəbbətindən xəbəri vardımı?



Ola bilsin ki, O da sevgidən əziyyət çəkib, amma bu başqa sevgi idi. Onun Böyük Əri hər şeyi bilirdi və möcüzələr yaradırdı. Onun dünyəvi əri qadınının yuxularındakı hər şeyə inanan, itaətkar, zəhmətkeş idi. Ona sevdiyin kişini atmağın və ya onun tərəfəndən tərk edilməyin nə demək olduğunu bilmək qismət olmayıb. İosif,Onun hamiləliyindən xəbər tutub evdən qovmaq istəyəndə, Səmavi Ər buna Mane olmaq üçün onun yanına mələk göndərdi.

Bəli, Oğlu onu tərk etdi. Lakin uşaqlar həmişə ata evindən gedirlər. Yaxınına, oğluna və ya bəşəriyyətə sevgi xatirinə əzablara dözmək asandır. Bu əzablar sənin həyatın bir parçası olman hissini yaradır və sənin əzabların dahi və alicənabdırlar. Öz missiyanı gerçəkləşdirmək üçün, ali amal xatirinə əzablara dözmək asandır – bu əzablar əzabkeşin ruhunu göylərə qaldırır.

Ancaq kişi üçün əzab çəkdiyini necə izah edəsən və bəraət verəsən? Heç cür. Bu mümkün deyil. Və biz cəhənnəmə düşürük, zira bu əzablarda nə alicənablıq, nə böyüklük var. Bəs nə var? Heç nə yoxdur. Yalnız bədbəxtlik.

Həmin gecə mən donmuş torpağa yıxıldım və sanki soyuq mənim acılarımı keyləşdirdi. Hərdən belə bir fikir yaranırdı: sığınacaq tapmasam, donacağam. Nə olsun? Həyatımdakı ən vacib şeylər bir həftə içndə səxavətlə mənə bağışlandı – bağışlandı və həmin anda geri alındı, elə tez alındı ki, mən heç səsimi də çıxartmağa macal tapmadım.

Məni əsməcə tutmuşdu,lakin mən buna fikir vermirdim. Vaxt çatacaq – bədənim məni isitmək üçün sərf etdiyi bütün gücünü itirərək dayanacaq və mən artıq heç nə edə bilməyəcəyəm. Onda mənim bədənim öz adi sakitliyinə dönəcək, ölüm məni öz qoynuna alacaq.

Bir saatdan çox titrədim. Və rahatlıq gəldi.

Gözlərim yumulana yaxın qulağıma anamın səsi gəldi. O, mənim uşaqlıqda eşitdiyim əhvalatı danışırdı və heç ağlına da gətirmirdi ki, bu əhvalat mənim haqqımdadır.

«Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri – birini sevdilər – anamın səsi ya ölümqabağı bihuşluqda, ya da yuxuda eşidilirdi. – Və evlənmək qərarına gəldilər. Bəy və gəlinsə həmişə birinə hədiyyə verir.

Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox gözəl saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi.

Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin dükanına getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı.

Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə gəlinə – kəsdirdiyi saçları üçün daraq».

Kimsə məni möhkəm silkələyərək oyatmağa çalışırdı və mən ayıldım.

- İç! – mən kişi səsi eşitdim. – Tez iç!

Mən nə baş verdiyini anlamırdım və müqavimət göstərə bilmirdim. Adam mənim

82

dişlərimi araladı və içimi yandıran mayeni ağzıma tökdü. Nəzərimə onun təkcə köynəkdə olduğu, öz gödəkcəsi ilə məni bürüdüyü çarpdı.



- İç! İç! – o tələb etdi.

Və mən boyun əydim. Sonra yenə gözlərimi yumdum.

Monastırda ayıldım. Kimsə bir qadın mənə baxırdı.

- Siz, az qala, ölmüşdünüz, - o dedi. – Əgər monastırın arovulçusu olmasaydı, indi dünyanızı dəyişmişdiniz.

Mən nə elədiyimi tam anlamadan çətinliklə ayağa qalxdım. Dünənki hadisədən bəzi şeyləri xatırladım və həmin qarovulçunun yaxınlıqda olmasına təəssüfləndim.

Lakin ölümün məqamı ötürülmüşdü. Mən yaşamalı idim.

Qadın məni mətbəxə apardı, qəhvə tökdü, boşqaba yeməyə nə isə qoydu. O, heç nə soruşmurdu, mən də heç izah etmədim. Yeməyimi bitirəndə o, rükzakımı mənə uzatdı.

- Yoxlayın, görün hər şey yerindədirmi?

- Yəqin ki. Bir də orda qiymətli heç bir şey yoxdu.

- səni qarşıda həyat gözləyir, qızım. Uzun həyat. Onun qədrini bil.

- Hardasa buralarda kilsəli olan kiçik şəhər var, - mən özümü ağlamaqdan güclə saxlayaraq dedim. – Dünən bura gəlməzdən qabaq mən həmin kilsəyə girmişdim… - və tutuldum. - …uşaqlıq dostumla

birlikdə. Mən kilsələri gəzməkdən yorulmuşdum, amma orda kilsənin zəngləri çaldı və o dedi ki, bu işarədir və biz içəri girməliyik.

Qadın yenidən mənim fincanımı doldurdu, özünə də süzdü və yanımda oturaraq mənə söhbətimə qulaq asmağa başladı.

- Və biz içəri girdik. Ora qranlıq və boş idi. Mən işarənin nə olduğunu müəyyənləşdirməyə çalışdım, lakin adi mehrabdan və müqəddəslərin heykəllərindən başqa heç nə görmədim. Qəflətən hardasa yuxarıda, orqanın olduğu yerdə canlanma yarandı.

Məlum oldu ki, xorda altı simli gitara çalan bir neçə oğlan alətləri kökləməyə başlayıb. Biz qərara gəldik ki, oturub bir az qulaq asaq, sonra yolumuza davam edək.

Az sonra kimsə bir Adam da bizə qoşuldu. O şən idi və oğlanlara qışqırırdı ki, pasodobl çalsınlar.

- Ümid edirəm, onlar bunu etmədilər! – qadın dedi. – Pasodoblu öküz döyüşündə çalırlar.

- Etmədilər. Ancaq güldülər və flamenko çaldılar. Bütün bunlar dostumla mənə möcüzə kimi göründü – kilsənin dincəldici qaranlığı, gitara simlərinin cingiltisi və yanımızda oturmuş o məzəli adam.

Yavaş – yavaş kilsə camaatla dolurdu. Musiqiçilər flamenko çalmaqda davam edirdilər və gələnlərin hamısı melodiyanın ritminə uyaraq gülümsəyirdilər.

Mənim dostum messanı dinləyib – dinlməyəciyimi soruşdu – tezliklə ibadət başlamalıydı. Mən imtina etdim, çünki yolumuz çox uzaq idi. Biz çıxmağa hazırlaşdıq, lakin əvvəlcə həyatımıza bir gözəl an daha yazdığı üçün Allaha təşəkkür etdik.

83

Qapıya yaxınlaşanda gördük ki, həddindən çox adam - az qala bu balaca şəhərin bütün sakinləri – kilsəyə axışır. Mən düşündüm ki, bəlkə də bura İspaniyanın sonuncu tam katolik şəhəridir – yəqin ona görə ibadətlər burda belə şən və canlı keçir.



Maşina oturanda dəfn mərasimi gördük. Adamlar əllərində tabut aparırdılar. Ağlaşmaya hazırlaşırdılar. Dəfn mərasimi məbədin qapısından içəri girəndə musiqiçilər flamenkonu kəsdilər və rekviem çaldılar.

- Allah rəhmət eləsin! – qadın xaç çəkərək dedi.

Mən də xaç çəkdim və davam etdim:

- Bax, işarə bu idi. Bizə xəbər verilirdi ki, hər bir əhvalatın sonu mütləq kədərlidir.

Qadın mənə baxdı, amma heç nə demədi. Sonra çıxdı və tez də bir qalaq kağız və qələmlə qayıtdı.

- Gəl, bayıra çıxaq.

Biz çıxdıq. Hava işıqlanırdı.

- Dərindən nəfəs al, - o xahiş etdi. – Qoy, səhərin təmiz havası ciyərlərinə dolsun, qanına işləsin. Sən dünən möcüzə nəticəsində sağ qalmısan.

Və belə görünür ki, indicə mənə danışdığın əhvalatın mahiyyətini Heç sən özün də anlamırsan. Sən onun təecə kədərli sonluğunu gördün və kilsədə yaşadığın xoşbəxt anları unutdun. Unutdun ki, sanki göylərin necə yerə endiyini görmüsən. Unutdun ki, bütün bu anları … - o, dilini sürüdü və və gülümsəyərək öz vurub sözünü bitirdi. – uşaqlıq dostunla birlikdə və onun yanında yaşamağın necə yaxşı olduğunu düşünmüsən. İsanın sözləri yadındadı: «»Qoy, ölülər öz ölülərini basdırsınlar». Zira o bilirdi ki, ölüm yoxdur. Həyat biz bu dünyaya gələnə qədər olub və bi zonu tərk edəndən sonra da olacaq.

Mənim gözlərim yaşla doldu.

- Eyni şey sevgiyə də aiddir, - o davam etdi. – O, əvvəllər də var olub və əbədilik olacaq.

- Mənə elə gəlir ki, siz mənim həyatımı bilirsiniz, - mən dedim.

- Bütün sevgi əhvalatları biri birinə oxşayır. Mən də vaxtlə Bundan keçmişəm. Ancaq mən bu yadımda qalmayıb. Yadımda qalan odur ki, sevgi dirildi və başqa insanın, yeni ümidlərin, yeni arzuların simasında qayıtdı.

O, kağızı və qələmi mənə uzatdı.

- Bütün hiss etdiklərini yaz. O hissləri öz qəlbindən çıxart, onları kağıza tök, sonra da tulla. Rəvayətdə deyilir ki, guya Rio – Pyedranın suları elə soyuqdur ki, bu çayın sularına düşən hər şey – yarpaqlar, həşəratlar, quş lələkləri – vaxt keçdikcə onun məcrasını döşəyən daşlara çevrilirlər. Nə bilmək olar, bəlkə əzabları da selə atmağın xeyri olacaq?

O, məni öpdü və dedi ki, əgər istəsəm, nahara qayıda bilərəm.

- Unutma! – o, arxamca çağırdı. – Sevgi əbədidir. Sevgililər dəyişir.

Mən güldüm, o, mənə əl yellədi.

Mən uzun müddət çaya baxdım, Göz yaşlarımın quruduğun hiss edənə qədər ağladım.

Və onda mən yazmağa başladım.

84

Epiloq

Mən bir, iki, üç gün yazdım. Hər səhər çayın kənarına gəlirdim. Axşama yıxın Həmin qadın peyda olurdu və əlimdən tutaraq məni öz evinə – köhnə monastırdakı hücrəsinə apırırdı.

O, mənim paltarlarımı yuyurdu, sadə şam yeməyi hazırlayırdı, boş - boş şeylərdən danışırdı və məni yatırdırdı.

Bir səhər, işimin sona çatmasına az qalmış, mən eşitdim – maşın gəldi. Ürəyim dayandı, sonra bərk çırpındı, lakin mən onun dediklərinə inanmaq istəmirdir. Mən artıq özümü hər şeydən azad hiss edirdim və dünyaya qayıtmağa, yenidən onun bir parçası olmağa hazır idim.

Ən təhlükəli an özü haqqında işıqlı kədər qoyaraq keçmişdi.

Amma ürəyim məni aldatmırdı. Gözümü əlyazmadan çəkmədən onun varlığını duydum, addımlarını eşitdim.

- Pilar, - o, yanımda oturaraq dilləndi.

Mən cavab vermədim. Yazmağa davam etdim, amma fikirlərim artıq qarışmışdı və mən onları bir yerə toplamaq iqtidarında deyildim. Ürəyim elə döyünürdü, elə titrəyirdi ki, sanki sinəmi tərk etmək, onun görüşünə cummaq istəyirdi. Lakin mən buraxmırdım.

O, oturaraq çaya bıxırdı, mənsə dayanmadan qələmi kağızın üzərində gəzdirirdim. Bütün səhər beləcə keçdi – heç birimiz bir kəlmə belə danışmadıq – və quyu kənarında keçirdiyimiz həmin gecənin səssizliüini xatırladım – onda mənə qəflətən əyan olmuşdu – mən onu sevirəm.

Yorğunluqdan əllərim üyüşdü və mən dayandım. Onda o dedi:

- mən mağaradan çıxanda artıq qaranlıq düşmüşdü və mən səni gözdən itirdim. Saraqosa getdim. Sonra – Soriyaya. Mən səni axtararaq bütün dünyanı dolaşardım. Pyedra monastırına qayıtdım və burda bir qadınla rastlaşdım. O, sənin yerini mən dedi. Və əlavə etdi ki, bütün bu günlər sən məni gözləmisən.

Mənim gözlərim yaşla dolurdu.

- Sən bu sahildə oturduğun müddətcə mən sənin yanında qalacam. Yatmağa gedəngə – kandarda uzanacam. Əgər uzaqlara getsən, ardınca yollanacam.

Sən «Get» deyənə qədər belə olacaq. Onda mən gedəcəm. Amma yenə də bütün həyatım boyu səni sevəcəm.

Mən artıq göz yaşlarımı gizlədə bilmirdim. O da ağlayırdı.

- İstəyirəm, biləsən ki… - o davam etdi.

- Heç nə demə. Götür, oxu,- mən cavab verdim və bir topa yazılı vərəqi ona uzatdım.

Həmin günü mən axşama qədər çaya baxaraq keçirdim. Qadın bizə şərab və buterbrodlar gətirdi, hava haqqında nə isə dedi və bizi yenidən tək qoydu. OЁ bir neçə dəfə oxumağı dayandırdı və dərin düşüncələrə dalmış halda heç nə görməyən baxışlarını üfüqə zillədi.

Mən meşədə gəzmək, kiçik şəlalələrə, dağ yamaclarına baxmaq istədim – onların hər

85


birinin öz əhvalatı vardı, hər biri gizli anlam daşıyırdı. ,ünəş qüruba enəndə onu qoyub –getdiyim yerə qayıtdım.

- Çox sağ ol, - o, əlyazmasını mənə verərək dedi. – Və bağışla.

Mən Rio – Pyedranın sahilində oturdum və gülümsədim.

- Sənin məhəbbətin məni xilas etdi və arzularıma qaytardı, - o davam etdi.

Mən səssizcə və tərpənmədən oturmuşdum.

- 137- ci surə yadındadır? – o soruşdu.

Mən başımı yellədim. Ağzımı açmağa qorxurdum.

- Babil çaylarının yanında…

- Hə, hə, əlbəttə, yadımdadır, - mən yavaş – yavaş həyata qayıtdığımı hiss edərək dedim. – Orada çöhbət sürgündən gedir.Ürəklərinin istədiyini çala bilmədikləri üçün arfalarını ağacların budaqlarından asmış adamlardan danışılır.

- Lakin ağlaşma bitəndən sonra ağıçı röyalarının torpağını işıqlı kədərlə xatırlayaraq özünə söz verir:

Əgər mən səni unutsam, Yerusəlim,

Unut məni, sağ əlim mənim

Qırtlağıma yapış, dilim mənim

Əgər mən səni unutsam, Yerusəlim

O, yenidən gülümsədi:

- Mən bunu unutmağa başlamışdım. Sən mənim xatırlamağıma səbəb oldun.

- Necə bilirsən, sənin vergin sənə qayıdacaq? – mən soruşdum.

- Bilmirəm. Ancaq Allah həmişə mənə ikinci şans verib. O, mənə səni verir. Və sən təzədən öz yolumu tapmaqda kömək edəcəksən.

- Bizim yolumuzu, - mən düzəliş verdim.

- Hə, bizim.

O, mənim əlimdən tutdu, yerdən qalxmağa kömək elədi.

- Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.



86
Yüklə 164,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin