Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir



Yüklə 109 Kb.
səhifə2/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2

Tərbiyə ictimai hadisədir. Ona görə ki, o, insan həyatına məxsusdur.
Tərbiyə ümumi hadisədir. Belə ki, tərbiyənin yaranması və təkmilləşməsi ilə cəmiyyətin bütün üzvləri məşğul olurlar və onların hər biri tərbiyəyə möhtacdırlar. Demək, tərbiyə cəmiyyətin bütün üzvlərinə aid olan ümumi hadisədir.
Tərbiyə əbədi (daimi) hadisədir. Çünki tərbiyə insan cəmiyyətinin ayrılmaz atributudur. O, yeni nəsillər tərbiyə etməyin zəruri vasitəsidir. Lakin demək olmaz ki, o dəyişməz qalır. Cəmiyyətin inkişafı ilə əlaqədar o da dəyişir. O, tarixən əmələ gəlir, dəyişir və inkişaf edir.
Tərbiyə sosial hadisədir. Ona görə ki, o, insan beynini qidalandırır və onun bəhrəsini götürür.
Tərbiyənin mənşəyi haqqında müxtəlif konsepsiyalar mövcuddur. Onlardan biri bioloji konsepsiyadır. Bu nəzəriyyə XIX əsrin sonlarında yaranmış və fransız alimi Ş.Leturnonun adı ilə bağlıdır. O, “Müxtəlif insan irqlərində tərbiyənin təkamülü” adlı əsərində tərbiyənin hələ insanın yaranmasından əvvəl mövcud olduğunu şərh edir. Heyvanların həyat tərzini müşahidə edən Leturno heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyərək insanların ibtidai icma dövründəki tərbiyəvi fəaliyyətini heyvanıların öz balalarına göstərdiyi qayğıya bənzədirdi. Onun fikrincə, tərbiyə insan cəmiyyətində şəklini dəyişir, təkmilləşir, yalnız bəzi yeni keyfiyyətlər qazanır. Lakin mahiyyət etibarilə əvvəl olduğu kimi qalır. Leturno göstərirdi ki, tərbiyənin əsasında yaşayış uğrunda mübarizə instikti durur. Onun nəzəriyyəsinin əsas nöqsanı tərbiyənin mənşəyinin elmi əsasdan çox, onun instinktliyini götürməsindədir.
Tərbiyənin mənşəyinə dair konsepsiyalardan biri də psixoloji nəzəriyyədir. Amerikan psixoloqu Monro bu konsepsiyanın əsas nümayəndələrindən biri olmuşdur. O, göstərirdi ki, Leturnonun tərbiyənin mənşəyi haqqında bioloji nəzəriyyəsində insan psixikası heç də heyvanların psixikasından fərqləndirilmir. Monroya görə isə tərbiyənin əsasında uşaqların yaşlıları təqlid etməsi durur. Deməli, Monroya görə, tərbiyə prosesinin, onun mahiyyətinin əsasını “yamsılamaq” təşkil edir.
ƏSAS PEDAQOJİ ANLAYIŞLAR
Pedaqogikada elmi ümumiləşmələri ifadə edən anlayışlar pedaqoji kateqoriyalar kimi də qəbul edilir. Əsas pedaqoji kateqoriyalara tərbiyə, təlimtəhsil aiddir. Pedaqogika geniş şəkildə inkişafı və formalaşmanı da ümumi elmi kateqoriya kimi işlədir. Bəzi tədqiqatçılar əsas elmi kateqoriyalara “özünqtərbiyə”, “özünütəhsil”, “özünüinkişaf”, “pedaqoji proses”, “pedaqoji fəaliyyətin bəhrələri”, “sosial formalaşma” və s. ümumi anlayışları da daxil etməyi təklif edirlər.
Pedaqogikanın anlayışlarından olan tərbiyə tarixən qazanılmış sosial təcrübənin yaşlı nəsil tərəfindən gənc nəslə ötürülməsi prosesidir. İndi tərbiyə üç mənada: geniş sosial, geniş pedaqoji və məhdud, dar mənada işlədilir:


  1. Yüklə 109 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin