Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir



Yüklə 109 Kb.
səhifə8/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2

Təbii eksperiment onun daha əlverişli növüdür. o, ilk dəfə rus psixoloqu A.F.Lazarov tərəfindən işlənmişdir. Bu eksperiment adi, təbii şəraitdə - küçədə, dəhlizdə, futbol meydançasında, sinifdə, dərs zamanı və s. aparılır.
Laborator eksperiment isə xüsusi laboratoriyada xüsusi cihazlardan istifadə etməklə aparılır. Bu eksperimentin böyük üstünlükləri vardır. Onun vasitəsilə şagirdlərin inkişaf xüsusiyyətlərini tədqiq etmək mümkündür.
Tədqiqatın məqsədindən asılı olaraq eksperimentin müəyyənləşdirici, yoxlayıcı, dəyişdirici, çarpazlaşdırıcı növləri də vardır.
Müəyyənləşdirici eksperimentin əsas məqsədi tədqiqat aparılacaq sinifdə vəziyyətin, şəraitin necəliyini üzə çıxarmaqdır.
Yoxlayıcı, dəqiqləşdirici eksperiment problemi dərk etmək prosesində yaradılmış fərziyəni yoxlamaq üçündür.
Yaradıcı, dəyişdirici və formalaşdırıcı eksperimentdə yeni pedaqoji hadisələr yaradılır.
Mümkün olan amillərin eksperimentə təsirini aradan qaldırmaq və nəticənin tam obyektivliyini təmin etmək nəqsədilə çarpazlaşan eksperimentdən istifadə edilir. Burada paralel sinifdə və ya məktəblərdə tətbiq olunan iş tərzlərinin yeləri dəyişdirilir və eksperiment davam etdirilir.
Pedaqoji tədqiqat metodları sistemində testləşdirmə xüsusi yer tutur. Test sözü ingiliscə təcrübə, sınaq deməkdir. Testləşdirmənin əsasını B.Anri və A.Bine qoymuşlar. Bu metoddan XIX əsrin 80-90-cı illərindən başlayaraq A.Dalton, A.Kettel və b. istifadə etmişlər. Pedaqogikada bu metoddan ilk növbədə biliyi mənimsəmənin, savadlılığın, tədris materialının öyrənilməsinin səviyyəsini müəyyən etmək üçün istifadə olunur. Testin iki forması vardır: müddətli və müddətsiz.
Kollektiv hadisələri öyrənmə metodları. Tərbiyə, təlim və təhsil prosesi kollektiv xarakter daşıyır. Onlar aşağıdakılardır:
Sorğu iştirakçılarla plan üzrə keçirilir. Şifahi (intervyu) və ya yazılı (anketləşdirmə) yolu ilə aparılır.

Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin