Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir



Yüklə 109 Kb.
səhifə4/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2

İnkişaf insanın idarə olunan və idarə olunmayan, daxili və xarici, sosial və təbii faktorların təsiri altında formalaşmasıdır. Daha çox işlədilən tərifləri təhlil edərək belə nəticəyə gəlirik ki, inkişaf insan orqanizmində kəmiyyət və keyfiyyətə dəyişillikləri prosesi və nəticəsidir. İnkişaf obyektiv gerçəkliyin mürəkkəb prosesdir. Bu prosesi dərindən öyrənmək üçün müasir elm onun inkişafının əsas kompinentlərindən fiziki, psixoloji, mənəvi, sosial və s. tərəflərini seçir. Pedaqogika bütün digər komponentlərlə qarşılıqlı əlaqədə şəxsiyyətin mənəvi inkişaf problemini də öyrənir.
Formalaşma insanın bütün faktorların – ekoloji, sosial, iqtisadi, ideoloji, psixoloji və s. istisna olmamaqla, təsiri altında sosial varlıq kimi təşəkkülü prosesidir. Tərbiyə şəxsiyyətin formalaşmasında yeganə deyil, amma həlledici faktordur. Formalaşma insan şəxsiyyətinin bitkinliyi, yetkin, möhkəm, dayanıqlı səviyyəyə çatmasını nəzərdə tutur.


PEDAQOJİ ELMLƏR SİSTEMİ.
İstənilən elmin müəyyən qollara bölünməsi (diferensiasiya) gerçəkliyin daha dərindən öyrənilməsinə xidmət edir. Heç bir elm öz çərçivəsinə qapanıb qala bilməz. Elmin bütün qolları bir-birindən bəhrələnməli və biri digərini tamamlamalıdır. Bir-birindən təcrid olunmuş elm sahəsi yoxdur. Belə elmlərdən biri də pedaqoji elmlər sistemidir. Pedaqoji elmlər sistemi dedikdə pedaqoji gerçəkliyi öyrənən elmlərin birləşməsi, tamı, bütövü əmələ gətirməsi, birinin digəri üçün şərt olması, onların funksional asılığı nəzərdə tutulur. Pedaqogika təlim, tərbiyə və təhsillə bağlı bir sıra elm sahələrini cəmləşdirir:
Məktəbəqədər pedaqogika. O, uşaqların anadan olandan 6 yaşına kimi (ailədə və məktəbəqədər müəssisədə) tərbiyəsindən bəhs edir.
Ümumi pedaqogika. İnsan tərbiyəsinin ümumi qanumauyğunluqlarını öyrənən, bütün tərbiyə müəssisələrində tədris-tərbiyə prosesinin ümumi əsaslarını işləyib hazırlayan əsas elmi fəndir. O, nəzəri və tətbiqi hissələri əhatə edir. Ənənəvi olaraq umumi pedaqogika dörd böyük hissədən ibarətdir:

  • ümumi əsaslar;

  • didaktika (təlim-təhsil nəzəriyyəsi);

  • tərbiyə nəzəriyyəsi;

  • məktəbşünaslıq.

Orta ixtisas məktəbi pedaqogikası. Müxtəlif quruluşlu, müxtəlif müddətli texnikum və gimnaziyalarda təlim-tərbiyə imkanlarını araşdırıb üzə çıxarır, onları ümumiləşdirib müəyyən istiqamətdə köməklik göstərir.
Ali məktəb pedaqogikası. Ali təhsil müəssisələrində təhsil alanların təlim-tərbiyəsi, təhsili və psixoloji inkişafını, yəni bütövlükdə pedaqoji prosesi öyrənir.
Əlahiddə pedaqogika. Qüsurlu, habelə psixikasında müəyyən dəyişiklik olan uşaqların təlim-tərbiyəsindən, onların xüsusiyyətlərindən, biliklərin aşılanma imkanlarından bəhs edən pedaqogikadır. Əlahiddə pedaqogika bir neçə qola ayrılmışdır:


  1. Yüklə 109 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin