Pedaqogika elminin tədqiqat metodlari pedaqogikanin tədqiqat metodları



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix19.06.2022
ölçüsü0,69 Mb.
#61807
1   2   3   4   5   6
5 muhazire

Təbii eksperiment onun daha əlverişli növüdür. o, ilk dəfə rus psixoloqu A.F.Lazarov tərəfindən 
işlənmişdir. Bu eksperiment adi, təbii şəraitdə - küçədə, dəhlizdə, futbol meydançasında, sinifdə, dərs 
zamanı və s. aparılır . Bu eksperimentin əsas mahiyyəti ondan ibarətdir ki , tədqiqatçı bu və ya digər 
hadisələri təhlil etməklə yanaşı, elə bir pedaqoji situasiya yaratmağa çalışır ki, bu, şagirdlərin və 
müəllimlərin fəaliyyət ritmini pozmur və təbii xarakter daşıyır. 
Laborator eksperiment isə xüsusi laboratoriyada xüsusi cihazlardan istifadə etməklə aparılır. Bu 
eksperimentin böyük üstünlükləri vardır. O, pedaqoji tədqiqatın daha ciddi elmi formasıdır. Onun vasitəsilə 
şagirdlərin inkişaf xüsusiyyətlərini tədqiq etmək mümkündür.
Tədqiqatın məqsədindən asılı olaraq eksperimentin aşağıdakı növləri də vardır. 
Konstatasiyalı (Müəyyənləşdirici) eksperimentin əsas məqsədi tədqiqat aparılacaq sinifdə vəziyyətin, 
şəraitin necəliyini üzə çıxarmaqdır.Tədqiqatın başlanğıcınd aparılır, öyrənilən problem üzrə məktəb 
təcrübəsidəki işin vəziyyətini üzə çıxarmaq vəzifəsini həyata keçirir. Sonra tədqiqatın ikinci mərhələsi 
başlayır. 
Yaradıcı, quraşdırıcı, dəyişdirici və formalaşdırıcı eksperimentdə yeni pedaqoji hadisələr yaradılır. Bu 
metodun əsas mahiyyəti ondadır ki, alim tədqiqiqatın fərziyyəsini işləyib hazırlayır. Başqa sözlə desək, o, 
tədqiq olunan problemin həlli ilə bağlı konkret metodik ölçülərin istifadə olunmasını nəzərdə tutur. 
Tədqiqatçı yeni psixoloji vəziyyət yaradır və bununlada işin daha yaxşı istiqamətdə yenidən təşkilinə kömək 
edir. Əgər nəticələr səmərəli olarsa, onda fərziyyə öz təsdiqini tapır, alınmış məlumat və nəticələr sonra 
nəzəri təhlilə cəlb edilir və müvafiq nəticələr çıxarılır. 
Yoxlayıcı, dəqiqləşdirici, nəzarət eksperimenti problemi dərk etmək prosesində yaradılmış fərziyəni 
yoxlamaq üçündür. Bu problemin tədqiqat mərhələsinin sonrası alınmış nəticələrin yoxlanılması və işlənib 
hazırlanmış metodikanın kütləvi məktəb təcrübəsində tətbiq olunmasından ibarətdir. Əgər əldə edilmiş 
nəticələr təsdiq edilərsə, onda tədqiqatçı alınmış nəticələri ümüuiləşdirir və sonra onlar pedaqogikanın nəzəri 
və metodik sərvətinə çevrilir. 
Mümkün olan amillərin eksperimentə təsirini aradan qaldırmaq və nəticənin tam obyektivliyini təmin 
etmək nəqsədilə çarpazlaşan eksperimentdən istifadə edilir. Burada paralel sinifdə və ya məktəblərdə tətbiq 
olunan iş tərzlərinin yeləri dəyişdirilir və eksperiment davam etdirilir. Qarşıya qoyulmuş məqsəddən aslı 
olmayaraq eksperiment 3 mərhələdə(eksperimentin planlaşdırılması, aparılması və yekunlaşdırılması) 
aparılır. 
Pedaqoji tədqiqat metodlarında biri də təcrübənin öyrənilməsidir. Bu metodun köməyi ilə konkret 
problemin həll edilməsi yolları təhlil olunur və onların yeni tarixi şəraitdə tətbiq edilməsinin 


məqsədəuyğunluğu barədə düşünülmüş nəticələr çıxarılır. Buna görə də, bu metod çox vaxt tarixi metod 
adlanır. Bu metod ilk mənbələrin öyrənilməsi (arxiv) ilə bağlıdır. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin