Pedaqoji konsilium metodu bu və ya digər pedaqoji hadisə , fak, konkret şagirdlə bağlı pedaqoji
işçilərin(müəllimlərin) kollektiv müzakirəsi fakt və hadisələrin qiymətləndirilməsi çətinliklərin araşdırılması
və optimal tədbirlərin müəyyən edilməsi metodudur.
Elmi tədqiqat işində pedaqoji sənədlərin öyrənilməsi də böyük rola malikdir. Belə ki, istər tədris
müəssisələrində, istərsə də məktəbdənkənar tərbiyə müəssisələsində təlim-tərbiyə işinin necələyini
müəyyənləşdirmək üçün tədris planları və proqramlarına, dərs cədvəllərinə, sinif jurnallarına, protokollara,
sinif rəhbərinin fəaliyyət proqramlarına, külli miqdarda başqa sənədlərə müraciət olunur.
Tədqiqatçılıq bacarıqları: Bu metodun köməyi ilə həm tərbiyəçilərin, həm də tərbiyə olunanların bu və
ya digər pedaqoji fakt və hadisələrə münasibəti müəyyənləşdirilir və bununlada hadisənin səbəb və
mahiyyəti haqqında daha dərin təsəvvür yaratmaq mümkün olur.
Şagirdlərin yaradıcılıq məhsullarının təhlili metodu onların mövcud olan bilik, bacarıq, vərdiş və
qabiliyyətlərini öyrənib müəyyən fikir söyləməyə imkan verir. Şagirdlərin çəkdiyi şəkillərin, qurduğu
modellərin, hazırladıqları fiqurların, yazdıqları şer və hekayələrin təhlili yolu ilə müəyyən nəticələr əldə
etmək mümkündür.
Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və ümüumiləşdirilməsi. Bu metod təlimi və tərbiyəni daha
böyük müvəffəqiyyətlə həya keçirən müəllimlərin iş təcrübəsinin nəzəri cəhətdən öyrənilməsinə və təhlilinə
söykənir.
Pedaqoji kəmiyyət metodu.Bir sıra ədəbiyyatda buna riyazi metod da deyilir. Pedaqogikada kəmiyyət
metodlarında istifadə üçün iki əsas yol vardır: birinci, müşahidə və eksperimentlərin nətəcələrini işləmək
üçün;
ikinci,
təlim-tərbiyə
prosesini
müasirləşdirmək,
diaqnozlaşdırmaq,
proqnozlaşdırmaq,
kompüterləşdirmək üçün istifadə olunur.