Sosiaolji tədqiqat metodları (reytinq, anketləşdirmə). Bu metodlar Kollektiv daxili münasibətləri
təhlil
etməyə imkan verən, fərqləndirməyi öyrənən metoddan (
sosiometrik metod) geniş istifadə olunur. Bu
pedaqogika elminə sosiologiyadan keçdiyindən
sosioloji metodlar da adlandırılır. Sosiometirya qrup və ya
kollektivdə şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün aparılır.
Anketləşdirmə üsulu müəyyən məsələni öyrənmək və ya dəqiqləşdirmək məqsədilə aparılır. Anket əsasən
kollektiv sorğu üçün hazırlanır. Anketləşdirmədə iştirak edənlərin sayı çox olur. Alınan cavablar əsasında
müəyyən fikir və ya nəticə əldə olunur.
İndi pedaqoji tədqiqatda açıq və gizli, adlı və adsız, tam və qısaldılmış və s. müxtəlif anket formalarından
istifadə olunur.
Sorğu iştirakçılarla plan üzrə keçirilir. Şifahi (intervyu) və ya yazılı (anketləşdirmə)
yolu ilə
aparılır.Reytinq (qiymətləndirmə) tədqiqat metodudur. Onun köməyi ilə sorğuya cəlb olunanlara şəxsiyyətin
əxlaqi keyfiyyətlərini, həmçinin şagirdlərin davranışlarını qiymətləndirmək təklif olunur.
Modelləşdirmə pedaqoji tədqiqatların kökündən dəyişdirilməsində ən güclü vasitə hesab olunur. O, yeni
pedaqoji modellərin yaradılması və tədqiqi deməkdir.
Pedaqoji tədqiqat metodları sistemində
pedaqoji test xüsusi yer tutur. Test sözü ingiliscə
təcrübə,
sınaq
deməkdir. Testləşdirmənin əsasını B.Anri və A.Bine qoymuşlar. Bu metoddan XIX əsrin 80-90-cı illərindən
başlayaraq A.Dalton, A.Kettel və b. istifadə etmişlər. Pedaqogikada bu
metoddan ilk növbədə biliyi
mənimsəmənin, savadlılığın, tədris materialının öyrənilməsinin səviyyəsini müəyyən etmək üçün istifadə
olunur. Testin iki forması vardır: müddətli və müddətsiz.
İndiktuv və deduktiv metodlar. Bunlara empirik yolla alınanməlumatları
məntiqi ümumiləşdirmə
metodlarıdır. İnduktiv metod fikrin inkişafının xüsusi
mühakimələrdən ümumi nəticələrə doğrru getməsini nəzərdə
tutur.
Deduktiv metodda əksinə olur, fikir ümumi
mühakimədənn xüsusi nticəyə doğru inkişaf edir.
Düşündürücü an:
Qrup şəklində hər hansı bir tədqiqat metoduna uyğun müşahidə vərəqəsi hazırlayın və
eksperiment edin.