Pedaqogika elminin tədqiqat metodlari pedaqogikanin tədqiqat metodları



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix19.06.2022
ölçüsü0,69 Mb.
#61807
1   2   3   4   5   6
5 muhazire

 Geniş (və ya bütöv) müşahidə adətən obyekti tam əhatə edir. Bu zaman müşahidəçi müafiq 
qanunauyğunluğu çıxarmaq üçün daha çox məktəbi, sinfi, şagirdi əhatə etməli olur. Məhdud müşahidə bir 
növ seçmə xarakter daşıyır. Məsələn, şagirdlərin idrak fəaliyyətinin müşahidəsi. Sistematik müşahidə 


uzunmüddətli müşahidədir, o xeyli müddət davam edir. Epizodik müşahidə dövri xarakter daşıyır və ona 
nisbətən az vaxt sərf olunur. 
Müsahibə metodu  müxtəlif tədqiqat üsullarının, o cümlədən müşahidə və eksperimentlərin nəticələrini 
tamamlamağa xidmət edir. Bu metodun köməyi ilə hər hansı pedaqoji fakt və hadisəyə müəllimlərin
şagirdlərin və valideynlərin münasibət müəyyə olunur, müəyyən təlim-tərbiyə hadisəsi başqaları ilə söhbət 
etmək vasitəsi ilə öyrənilir. Hər bir tədqiqatçı problemi müəyyənləşdirdikdən sonra onun müsahibə üçün 
zəruri olan sahələrini konkretləşdirir və bunlara əsaslanan suallar hazırlayır. Əvvəlcədən müsahibənin planı 
tutulmalı və ona əməl olunmalıdır. Müsahibənin aşağıdakı növü vardır: 
1. Ümumi müsahibə (qabaqcadan mövzusu müəyyən olunmamış müsahibə) 
2. Müəyyən problem üzrə aparılan müsahibə 
3. Qabaqcadan müəyyən olunmuş suallar üzrə aparılan müsahibə 
4. İntervyu qarşıya qoyulmuş məqsədə uyğun məlumat alınması üçün şifahi yolla aparılan tədqiqat 
üsuludur. O, məxfi xarakter daşımır. 
Pedaqoji eksperiment. Pedaqoji eksperiment olduqca əlverişli, dəqiq və fəal tədqiqat metodudur. İşin 
gedişinə müdaxilə edərək, xüsusi şəraitdə təzahür edən hadisələri öyrənməkdən ibarət olan tədqiqat 
metoduna eksperiment üsulu deyilir. Müşahidə üsulundan fərqli olaraq eksperiment müəyyənləşdirilən 
məsələni təbii və ya xüsusi yaradılmış şəraitdə öyrənir. Həm də onu nisbətən qısa bir zaman kəsiyində başa 
çatdırır. Pedaqoji eksperimentdən müəllimlərin pedaqoji fəaliyyətinin təşkilində, şagirdlərin bilik və 
bacarıqlarının keyfiyyətinin yüksəldiliməsində, nəzəri müddəaların, yaxud hipotezin (fərziyyənin) 
qabaqcadan hazırlanması və yoxlanılmasında istifadə olunur. Fərziyyə və yaxud təsəvvürlər öz təsdiqini 
praktikada tapır. Tədqiqatçı ona əsaslanaraq müvafiq nəzəri ümumiləşdirmələr aparır və nəticələr əldə edir. 
Məqsədinə görə eksperiment konstatasiya olunmuş (müəyyənləşdirici), yaradıcı, quraşdırıcı və nəzarət edici 
növlərə ayrılır. Keçirilmə yerinə görə pedaqoji ekspriment təbii və labarator eksperiment kimi fərqlənir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin