Nəzəri tədqiqat metodlarına ideallaşdırma, formalaşdırma və ekstrapolyasiya, abstraktdan konkretə
yüksəlmə, aksiomatik metodlar daxildir.
Empirik-nəzəri metodlaratəhlil və tərkib, induksiya, deduksiya, mücərrədləşdirmə və konkretləşdirmə,
model və modelləşdirmə daxildir.
Nəzəri, empirik-nəzəri və empirik tədqiqatlar sıx qarşılıqlı əlaqədə olduğundan bəzən onların
metodikasından ayrıca söz açmaq, onları fərqləndirmək çətinləşir. Onların hər birində başqa metodlardan,
xüsusilə müsahibə və müşahidədən istifadə olunur.
Pedaqoji tədqiqatın metodları dedikdə müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Pedaqoji tədqiqatların metodları aşağıdakı kimi müəyyənləşdirilir: 1.Pedaqoji Müşahidə. Bu müşahidədən demək olarki bütün tədqiqatlar zamanı istifadə olunur. Bu təlim-
tərbiyə hadisələrini planlı qavramaq prosesidir. Hadisələrin gedişinə qarışmadan onları təbii şəraitdə
öyrənməyə müşahidə deyilir. Pedaqoji hadisələrin öyrənilməsi tədqiqatçıdan həmin hadisələri bilavasitə
müşahidə etməyi, pedaqoji işlə bağlı faktiki materialı toplamağı və onu qeyd eməyi tələb edir.Pedaqoji
prosesi müşahidə etmək tədqiqatçıya düzgün nəticə çıxarmağa imkan verir.
Müşahidənin bir neçə növləri vardır. Bəzi halda tədqiqatçı müşahidə aparılan qrupun üzvü olur,
bəzilərində isə kənardan müşahidə aparır. Müşahidə tam və seçici, açıq və gizli, geniş və məhdud, sistematik və epizodik ola bilər.
Tam müşahidədə proses bütövlükdə - başdan sona qədər əhatə olunur. Seçmədə prosesin bu və ya digər
cəhətləri öyrənilir. Tədqiqat müşahidəsi üç formada təşkil olunur: 1) hadisələrin gedişinə qarışmadan
kənardan izləmək, yəni prosesləri kənardan müşahidə etmək; 2) tədqiqatçı bilavasitə müşahidə aparır, sanki
özü dərs deyir; 3) sanki tədqiqatçı sıravi sınananlardan birinə çevrilir.