Pedaqogika elminin tədqiqat metodlari pedaqogikanin tədqiqat metodları



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix19.06.2022
ölçüsü0,69 Mb.
#61807
  1   2   3   4   5   6
5 muhazire



PEDAQOGIKA ELMININ TƏDQIQAT METODLARI 
 
1. 
Pedaqogikanin tədqiqat metodları 
1.1.Pedaqoji Müşahidə.
 
1.2. Müsahibə metodu
1.3. Pedaqoji eksperiment 
1.4. Sosiaolji tədqiqat metodları 
Ədəbiyyat: 
1) Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: 2013 
2) 
İsmixanov M.A. Pedaqogikanın əsasları. Bakı: 2013 
3) 
Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: 2010 
4) 
Paşayev Ə., Rüstəmov F. Pedaqogika (yeni kurs). Bakı: 2010 
 
Pedaqogikanın tətdqiqat metodları
Metod elmi idrak prosesində tədqiqatçını məlum həqiqətlərdən naməlum biliklərə doğru aparan 
hərəkətlər, addımlar sistemidir. Metod ümumidir. Hər bir elmin özünün metodları vardır. 
Tədqiqatın aparılma texnologiyası, konkret tədqiqat metodlarını konkret obyektə tətbiq etmək metodika 
adlanır. Metodikanın mahiyyətini öyrənilən obyektlə tətbiq olunan metodun arasındakı əlaqənin üzə 
çıxarılması və nəzərə alınması təşkil edir. 
Maddi aləmin dərk olunması prosesində tədqiqatçının rəhbər tutduğu fəlsəfi təlim metodologiya adlanır.
Ümumiyyətlə, tədqiqat metodlarını nəzəri, empirik-nəzəri, empirik (emprio yunan sözü olub mənası 
təcrübə deməkdir) olmaqla qruplara ayırmaq mümkündür. Son dövrlərdə, müasir elmşünaslıqda daha bir 
qrup metodlardan – metanəzəri elmi-tədqiqat metodlarından da bəhs olunur. Qeyd edək ki, pedaqoji 
hadisələrin öyrənilməsinə idrak metodlarından heç də bir-birindən təcrid olunmuş şəkildə istifadə olunmur. 
Empirik metodlara tədqiqatla bağlı ədəbiyyatın təhlili, təhlillə bağlı məktəb sənədlərinin öyrənilməsi
məktəbəqədər yaşlı uşaqların, şagirdlərin, müəllimlərin fəaliyyətinin öyrənilməsi, müşahidə, müsahibə, 
pedaqoji təcrübənin öyrənilməsi, ekspert xidməti, monitorinq, təcrübi iş, pedaqoji eksperiment aiddir.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin