Pedaqogika elminin tədqiqat metodlari pedaqogikanin tədqiqat metodları



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix19.06.2022
ölçüsü0,69 Mb.
#61807
1   2   3   4   5   6
5 muhazire

Pedaqoji konsilium metodu bu və ya digər pedaqoji hadisə , fak, konkret şagirdlə bağlı pedaqoji 
işçilərin(müəllimlərin) kollektiv müzakirəsi fakt və hadisələrin qiymətləndirilməsi çətinliklərin araşdırılması
və optimal tədbirlərin müəyyən edilməsi metodudur. 
Elmi tədqiqat işində pedaqoji sənədlərin öyrənilməsi də böyük rola malikdir. Belə ki, istər tədris 
müəssisələrində, istərsə də məktəbdənkənar tərbiyə müəssisələsində təlim-tərbiyə işinin necələyini 
müəyyənləşdirmək üçün tədris planları və proqramlarına, dərs cədvəllərinə, sinif jurnallarına, protokollara,
sinif rəhbərinin fəaliyyət proqramlarına, külli miqdarda başqa sənədlərə müraciət olunur. 
Tədqiqatçılıq bacarıqları: Bu metodun köməyi ilə həm tərbiyəçilərin, həm də tərbiyə olunanların bu və 
ya digər pedaqoji fakt və hadisələrə münasibəti müəyyənləşdirilir və bununlada hadisənin səbəb və 
mahiyyəti haqqında daha dərin təsəvvür yaratmaq mümkün olur. 
Şagirdlərin yaradıcılıq məhsullarının təhlili metodu onların mövcud olan bilik, bacarıq, vərdiş və 
qabiliyyətlərini öyrənib müəyyən fikir söyləməyə imkan verir. Şagirdlərin çəkdiyi şəkillərin, qurduğu 
modellərin, hazırladıqları fiqurların, yazdıqları şer və hekayələrin təhlili yolu ilə müəyyən nəticələr əldə 
etmək mümkündür. 
Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və ümüumiləşdirilməsi. Bu metod təlimi və tərbiyəni daha 
böyük müvəffəqiyyətlə həya keçirən müəllimlərin iş təcrübəsinin nəzəri cəhətdən öyrənilməsinə və təhlilinə 
söykənir.
Pedaqoji kəmiyyət metodu. Bir sıra ədəbiyyatda buna riyazi metod da deyilir. Pedaqogikada kəmiyyət 
metodlarında istifadə üçün iki əsas yol vardır: birinci, müşahidə və eksperimentlərin nətəcələrini işləmək 
üçün; 
ikinci, 
təlim-tərbiyə 
prosesini 
müasirləşdirmək, 
diaqnozlaşdırmaq, 
proqnozlaşdırmaq, 
kompüterləşdirmək üçün istifadə olunur.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin