Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Pedaqoji idarəetmənin əsas prinsipləri



Yüklə 170,13 Kb.
səhifə56/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   52   53   54   55   56   57   58   59   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

54. Pedaqoji idarəetmənin əsas prinsipləri.
Ümumiyyətlə, idarəetmə dedikdə məqsədəuyğun qərarlar qəbul etməyə, idarə olunan obyekti təşkil etməyə, ona nəzarət etməyə, tənzimləməyə yönəldilmiş fəaliyyət, düzgün informasiya əsasında işin təhlili və onun yekunlaşdırılması başa düşülür.
Pedaqoji idarəetmənin əsas prinsipləri aşağıdakılardır:
1) kollegiallıqla vahid rəhbərliyin əlaqələndirilməsi;
2) idarəetmədə dövlət və ictimai əsasların əlaqələndirilməsi;
3) idarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın qırılmaz qarşılıqlı əlaqəsi;
4) idarəetmədə planlılıq;
5) idarəetmədə sistemlilik və komplekslilik;
6) idarəetmədə səmərəliliyə, yekun nəticələrə nail olmaq meyli;
7)idarəetmədə mərkəzləşdirmənin və desentralizasiyanın rasional əlaqələndirilməsi;
8) idarəetmədə demokratikləşdirmə və humanistləşdirmə.
Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə vardır. Birinci səviyyə – dövlət orqanı və ya kollektiv tərəfindən seçilmiş məktəb direktoru, məktəb Şurasının, şagird komitəsinin, ictimai təşkilatların rəhbərləri. Bu səviyyə məktəbin inkişafının strateji istiqamətlərini müəyyən edir. İkinci səviyyə – məktəb direktorunun müavinləri, məktəbin psixoloqu, sosial pedaqoqu, ictimai faydalı əməyin təşkili üçün məsul şəxs, inzibati-təsərrüfat işləri üzrə direktorun köməkçisi, həmçinin özünüidarədə iştirak edən orqanlar və birliklər. Üçüncü səviyyə – müəllimlər, tərbiyəçilər, sinif rəhbərləri (onlar şagirdlərə və valideynlərə, uşaq birliklərinə və dərnəklərə münasibətdə idarəetmə funksiyasını yerinə yetirirlər). Dördüncü səviyyə – şagirdlər, sinif və ümumməktəb şagird özünüidarəsi . Müasir dövrdə demokratik idarəetmə sistemi mövcuddur.Məktəbin fəaliyyəti ilə bağlı bütün qərarlar pedaqoji kollektivin üzvlərinin iştirakı və birgə müzakirəsi ilə qəbul olunur.
55.İdarəetmə metodları və üslubları. İdarəetmənin səmərəsi bu prosesdə tətbiq olunan metodlarla bilavasitə sıx bağlıdır.İdarəetmə metodları iki qrupa bölünür: ümumi və xüsusi metodlar. Ümumi metodlar sırasında aşağıdakı metodları qeyd etmək olar: müşahidə, müsahibə, anket sorğusu, nümunə, tələb, ictimai rəy, yoxlama metodları, sənədlərin araşdırılması, statistik təhlil, hesabat və məlumatların dinlənilməsi və s. Bu metodları qısaca nəzərdən keçirək. Müşahidə metodu müəyyən informasiyalar əldə etmək məqsədi ilə hadisə və prosesləri bilavasitə qavramaq metodudur. O, müxtəlif sahələrlə bağlı aparıla bilər: dərslərin, tərbiyə tədbirlərinin, şagird və müəllimlərin davranışlarının, ünsiyyət fəaliyyətinin müşahidəsi və s. Müşahidənin bir neçə növü ayırd edilir: bilavasitə və dolayısı ilə, açıq və gizli, geniş və məhdud müşahidələr. Müşahidə müəyyən pedaqoji vəziyyəti öyrənib düzgün qiymətləndirməyə, idarəetmə işində lazımi düzəlişlər aparmağa imkan verir.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin