Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Şagirdlərin iqtisadi, ekoloji və hüquq tərbiyəsi üzrə işlər



Yüklə 170,13 Kb.
səhifə52/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   48   49   50   51   52   53   54   55   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Şagirdlərin iqtisadi, ekoloji və hüquq tərbiyəsi üzrə işlər.

.
İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahibkarlıq, qənaətçillik ruhunda formalaşdırmaq, onları iqtisadi fəaliyyətə hazırlamaq məqsədi ilə aparılan kompleks təsirlər sistemi başa düşülür.İqtisadi tərbiyə qarşısında aşağıdakıvəzifələr durur:

  • Gənc nəsildə iqtisadiyyat, onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqqında təsəvvürlər, iqtisadi təfəkkürü formalaşdırmaq;

  • Gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırlamaq;

  • Uşaq və gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığına, suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək;

  • İsrafçılığa, təsərrüfatsızlığa, əməyə və əmək məhsuluna laqeydliyə, məsuliyyətsizliyə qarşı barışmazlıq tərbiyə etmək.

Məktəbdə iqtisadi təlim və tərbiyə müxtəlif yollarla və vasitələrlə həyata keçirilir. Bu sahədə təlim prosesi böyük imkanlara malikdir. Coğrafiya (xüsusən iqtisadi coğrafiya), tarix, insan və cəmiyyət fənlərində şagirdlər cəmiyyətin iqtisadi inkişafının qanunları ilə tanış olur, ayrı-ayrı ictimai quruluşlarda istehsal üsulu, istehsal münasibətləri, əmək bölgüsü və s. təsəvvürlərə yiyələnirlər. İqtisadi təlim və tərbiyə baxımından əmək təlimi fənninin imkanları daha genişdir. Əmək və istehsalat təlimində şagirdlər istehsal, istehsal prosesi, istehsal texnologiyasi, təsərrüfat hesabı, məhsulun maya dəyəri, gəlir, xərc, əmək haqqı, əməyin elmi təşkili, iş vaxtı, əmək intizamı və s. haqda əsaslı məlumata yiyələnir, habelə qənaətcillik, təsərrüfatçılıq vərdişləri qazanırlar.
Əmək və istehsalat təlimi prosesində şagirdlərin iqtisadi fəaliyyətinin təşkili də böyük əhəmiyyət təşkil edir. İctimai-faydalı və məhsuldar əmək zamanı məktəbliləri iqtisadi münasibətlərə qoşmaq, iqtisadi məsələlərin praktik həllinə cəlb etmək mühüm şərtdir.
.
Ekoloji tərbiyə."Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim de­mək­dir. Ekoloji tərbiyə gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, eko­loji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. Kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədə­niy­yəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir:
- böyüyən nəsildə ekoloji şüur formalaşdırmaq;
- uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hiss­ləri aşılamaq;
- təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər for­ma­laş­dırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq;
- məktəblilərin şüurunda və fəaliyyətində təbii ehtiyatlara, maddi sərvətlərə qənaətcil yanaşmaq münasibəti tərbiyələn­dirmək;
- təsərrüfat-iqtisadi vəzifələri vicdanla yerinə yetirməyə alışdırmaq;
- gənc nəsli təbiətin mühafizəsi işinə cəlb etmək.
Ekoloji tərbiyəni təkmilləşdirmək cəhdləri əvvəlcə ailədən, sonra isə ibtidai məktəbdən başlanılmalıdır.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin