Hüquq tərbiyəsi tərbiyənin tərkib hissələrindən biridir.
. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
1) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və təsəvvürlər aşılamaq;
2) böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.
Hüquq tərbiyəsi eyni zamanda hər kəsin öz hüquq və vəzifələrini dərk etməsini, başqalarının hüquq və azadlıqlarına hörmət etməyi, həmçinin dövlətin Konstitusiyasına, Prezidentə, dövlət atributlarına hörmətlə yanaşmağı nəzərdə tutur
49. Şagirdlərin estetik və fiziki tərbiyəsinin mahiyyəti və formaları. Estetik tərbiyənin vəzifələri aşağıdakılardır:
Estetik tərbiyə uşaqlarda estetik hisslər yaratmalı, formalaşdırmalı və inkişaf etdirməlidir;
Estetik tərbiyə məktəblilərdə estetik baxış və mühakimələrin yaradılmasına kömək göstərməlidir;
Estetik tərbiyə məktəblilərdə bədii yaradıcılıq qabiliyyətini təşəkkül və inkişaf etdirməli, onları, incəsənətin müxtəlif növləriinə dair bilik, bacarıq və vərdişlərlə silahlandırmalıdır.
Estetik tərbiyənin mənbələri aşağıdakılardır:
Təbiət gözəllikləri;
Əməkdəki gözəllik . Yaradıcı insan əməyi kobud daşları cilalayıb gözəl heykəltəraşlıq nümunələri, əzəmətli saraylar ucaldır və insan öz əməyinin nəticələrindən zövq alır;
İnsanın davranış və mənəviyyat gözəlliyi.
Məktəbdə tədris edilən bütün fənlər estetik tərbiyə baxımından geniş imkanlara malikdir.
Biologiya, kimya, fizika, fiziki coğrafiya dərslərində şagirdlər təbiətin böyüklüyünü və gözəlliyini başa düşür, onu qorumağın vacibliyini anlayırlar.
Humanitar fənlərin tədrisində şagirdlər ictimaai həyatda bəşərii münasibətləri əməyin, yüksək ideallar naminə aparılan mübarizənin estetikasını dərk edirlər.
Şagirdlərin estetik tərbiyəsində bədii silsilədən olan fənlər: ədəbiyyat, təsviri incəsənət, musiqi və nəğmə xüsusi yer tutur. Bu fənlərin tədrisində şagirdlər gerçəkliyi obrazlı şəkildə dərk edir və həyatı gözəllik qanunları əsasında qurmağın sirlərinə yiyələnirlər.
Əmək təlimi, bədən tərbiyəsi dərsləri məktəblilərdə əmək estetikasının, fiziki kamilliyin formalaşmasına imkan yaranır.
Estetik tərbiyə - şagirdlərin estetik zövq, estetik baxış və mühakimələrini, yaradıcı qabiliyyətlərini inkişaf etdirir.