Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə9/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   5   6   7   8   9   10   11   12   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

8.Yaş dövrləri
İnsan həyatının müəyyən dövrü üçün xas olan anatomik-fizioloji və psixi keyfiyyətlərə yaş xüsusiyyətləri deyilir. Təlim-tərbiyə işində uşaqların yaş xüsusiyyətini nəzərə alıb yaş dövrlərinin təsnifatını verən mütəfəkkirlərdən Platonu, Aristoteli, Nizamini, Komenskini, Russonu və b. göstərmək olar.
Pedaqogika elmi klassik pedaqoqların fikirlərinə istinad edərək, uşaqların yaş dövrlərini aşağıdakı kimi müəyyən etmişdir: 1)Çağalıq dövrü-1yaşa qədər;2).Körpəlik dövrü-1-3 yaş; 3).Məktəbəqədər dövr-3-6 yaş; 4). Məktəb dövrü-6-18 yaş. Məktəb dövrü isə aşağıdakı mərhələlərə bölünür: 1- kiçik məktəb yaşı (6-10 yaş), 2- kiçik və orta yeniyetmə yaşı (10-12 yaş), 3- böyük yeniyetmə yaşı (13-15 yaş), 4- ilk gənclik dövrü (16-17 yaş). Hər bir yaş mərhələsində uşaqların üç istiqamətdə inkişafı nəzərə alınır: a- anatomik-fizioloji, b- psixoloji, b- intellektual-mənəvi inkişaf.
Məktəbəqədər yaş dövrü uşağın həyatında xüsusi yer tutur. Doğulan gündən 6 yaşa qədər uşaqlar çox böyük inkişaf dövrü keçirlər. Uşaqlarda hər şeyi bilmək, hər şeylə maraqlanmaq qabiliyyəti inkişaf edir. Onlar evlərini, küçələrini, yuxarıdak mağazanı tanıyır, yol hərəkəti qaydalarını başa düşürlər, yaşlı adamların əməyini,hərəkətlərini müşahidə edir, əmək fəaliyyətinin müxtəlif sahələrinə dair məlumatlara yiyələnir, yaşlıların əməyində iştirak etməyə can atırlar. Onlar bunu ən çox oyun şəklində yerinə yetirirlər. Oyunda uşağın əqli, mənəvi və estetik hissləri, fiziki qüvvələri inkişaf edir.
.Kiçik məktəb yaşlı uşaqların yaş xüsusiyyətləri. Bu dövrdə uşaqların anatomik-fizioloji inkişafı sürətlənir , uşaqlarda tənqidi təfəkkür tərzinin ünsürləri yaranır, onlar dərsliklərində verilmiş şəkillərə özlərinin tənqidi münasibətlərini bildirirlər. Kiçik məktəb yaşlı uşaqlarda əxlaqi anlayışlar, təsəvvürlər formalaşır, onlar Vətən-vətənpərvərlik, dost- dostluq, insan-insanpərvərlik, düzlük-doğruçuluq haqqında təsəvvürlərə yiyələnirlər. Bu dövrdə uşaqlarda başqa adamların kədərinə şərik çxmaq, sevincinə qoşulmaq, xeyirxahlıq kimi nəcib işlər təşəkkül tapır. Onlar təbiətə, adamlara qayğıkeş münasibətdə olur, əməkdə iştirak etməyi dərk edir, başa düşürlər ki, böyüklərin əməyi sayəsində yaranmış əşyalara qayğı ilə yanaşmaq vacibdir.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin