Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə10/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   6   7   8   9   10   11   12   13   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Yeniyetmə yaşının xüsusiyyətləri. Bu dövrdə uşaqlarda çox kəskin dəyişikliklər baş verir. Yeniyetmə həm uşaqlıq, həm də ilk gənclik əlamətlərini özündə əks etdirir. Çox vaxt bu dövrü çətin yaş dövrü, böhran dövrü adlandırırlar. Yeniyetmələr özlərini yaşlı adamlar kimi aparmaq istəyirlər. Buradan da onların davranışında bir sıra neqativ, xoşagəlməz hallar baş verir. Yeniyetmə yaşı dövrünün bir sıra ziddiyyətləri vardır: - Yeniyetmə pisliyə, yalana qarşı barışmaz olmağa çalışır, lakin həyatın mürəkkəb məsələlərindən baş çıxarmağı bacarmır. -
Yeniyetmə yaxşı olmağa, ideala can atır, lakin qəyyumluğu istəmir. Yeniyetmə özünü təsdiq etmək istəyir, lakin bunu bacarmır. Yeniyetmə köməyə, məsləhətə dərin ehtiyac duyduğu halda, böyüklərdən çəkinir, onlarla ünsiyyətdə olmağa cürəti çatmır. Yeniyetmə qüvvələrin, arzuların zənginliyi, lakin təcrübənin azlığı, imkanların məhdudluğu ucbatından müəyyən çətinlik qarşısında qalır. Yeniyetmə elmin tükənməzliyinə təəccüblənir, çox bilməyi arzulayır, intellektual əməkdən ruhlanır, eyni zamanda gündəlik təlim-tərbiyə tapşırıqlarına səthi münasibət bəsləyi Yeniyetmələrdə peşələrə meyl, maraq yaranır, onlar özlərini istədiyi sənətə yönəltməyə çalışırlar. Yeniyetmələrdə özünüdərk, özünütəsdiq baş qaldırır. Onlarda əxlaqi anlayışlar, dostluq və yoldaşlıq, böyüyə hörmət, düzlük, doğruçuluq və.s. formalaşır.
İlk gənclik dövrünün xüsusiyyətləri. Bu dövrdə anatomik-fizioloji inkişaf davam edir. Beyin tam inkişaf mərhələsinə çatır. Daxili sekresiya vəzifələri inkişafını başa çatdırır. Elmi dünyagörüşü, etik, əxlaqi, estetik təsəvvür, baxışlar və əqidələr formalaşır. Onlarda həyat mövqeyi, sözlə əməli işin birliyi yaranır. Bu yaş dövründə “borc”, “vicdan”, “namus”, “şərəf, “ədalət” və.s. əxlaqi anlayışlar və kateqoriyalar formalaşır. Məktəbli gənclər ədalətsizliyə, yalançılığa, yaltaqlığa dözə bilmir, həyatın kölgəli hallarına qarşı barışmaz olurlar. Bu dövrdə onlar konkret peşə seçməyə çalışır, ictimai-faydalı və məhsuldar əməkdə iştirak edir, elmi-texniki tərəqqinin nailiyyətlərini öyrənməyə can atırlar.



Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin