Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Müəllimin səriştəlilik və peşəkarlıq göstəriciləri



Yüklə 170,13 Kb.
səhifə13/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   9   10   11   12   13   14   15   16   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Müəllimin səriştəlilik və peşəkarlıq göstəriciləri. Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Peşəkarlıqla səriştəlilik biri-biri ilə elə sıx əlaqəlidir ki, bunların birinə malik olub digərinə yiyələnməmək mümkün deyildir.

Peşəkarlıq müəllimin lazımi biliyə, bacarıqlara sahib olması, pedaqoji prosesin incəliklərinə dərindən yiyələnməsidir.
Səriştəlilik - müəllimin pedaqoji prosesi məharətlə, daha əlverişli metodlarla reallaşdıra bilməsidir. Əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətidir.
Müəllimin peşə səriştəliliyi pedaqoji fəaliyyətin bütün mərhələlərində özünü göstərməklə bir tamlıq yaratmalıdır.
Səriştəli müəllim pedaqoji prosesdəki bütün gərginliyi aradan qaldırmaqla yanaşı, təlim-tərbiyə işlərinin nəticəyönümlülüyünü də təmin edir.
Səriştəli müəllimin dərsində təkcə şagirdlər deyil, müəllimin özü də heç bir əsəb gərginliyi, sıxıntı, narahatlıq keçirmir.
Peşəkar və səriştəli müəllim həm fənnini gözəl bilir, həm də onu ustalıqla öyrədir, mürəkkəb pedaqoji problemləri çevik şəkildə həll edir, pedaqoji yeniliklərdən xəbərdardır, yeni pedaqoji təfəkkürə malikdir. Daim yeniliklər axtarışındadır, pedaqoji prosesə yaradıcı yanaşır və innovativ texnologiyalardan bacarıqla istifadə edir. Verbal və qeyri-verbal ünsiyyət üslubuna malikdir, dərs dediyi şagirdlərə dəyər verir, onlara şəxsiyyət kimi yanaşır. Obyektiv və ədalətlidir, şagirdlərlə görüşə hər gün daha zəngin biliklə, yeni məlumatlarla gəlir və sinifdə sağlam mənəvi-psixoloji mühit yaratmağı bacarır.
Müasir dövrdə müəllimin pedaqoji səriştələrinə - kompetensiyalarına daha çox diqqət yetirilir və bunlar aşağıdakı kimi təsnif edilir:
Təşkilatçılıq, idarəetmə kompetensiyaları:

  • Müəllim öz işini planlaşdırmağı və təqvim-tematik plan hazırlanmağı, ;

şagirdlərin fəaliyyətinə nəzarəti həyata keçirməyi, sinifdə diskusiyanı idarə etməyi ,kollektivi ardınca aparmağı bacarmalıdır..
Didaktik kompetensiyalar:
Müəllim təlim-tərbiyə prosesində ən optimal yollardan istifadə edə bilməyi, başqalarının fikrinə hörmətlə yanaşmağı, innovativ texnologiyalardan səmərəli istifadə etməyi, qabaqcıl təcrübəni tətbiq etməyi bacarmalıdır,
Şagirdlərin idrak fəallığını inkişaf etdirməklə bağlı kompetensiyalar:
Müəllim yaradıcı təfəkkürə malik olmalı, pedaqoji prosesə yaradıcı yanaşa bilməli, şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafına nail olmalıdır
Ünsiyyət və əməkdaşlıqla bağlı kompetensiyalar:
Müəllim ünsiyyət və dialoq mədəniyyətinə malik olmalı, şagirdlər,onların valideynləri, müəllim həmkarları və məktəb rəhbərliyi ilə düzgün qarşılıqlı münasibətlər qurmağı, empatiya bacarıqlarına sahib olmalı, pedaqoji peşəni və tədris etdiyi fənni uşaqlara sevdirməyi bacarmalıdır.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin