Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Müəllimin pedaqoji ustalığı və peşə etikası



Yüklə 170,13 Kb.
səhifə14/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   10   11   12   13   14   15   16   17   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

12.Müəllimin pedaqoji ustalığı və peşə etikası. Təlim-tərbiyə işinin səmərəliliyi müəllimin pedaqoji ustalığından çox asılıdır. Pedaqoji ustalıq müəllimlik diplomu ilə verilmir. Onu hər bir müəllim özünün pedaqoji fəaliyyəti boyu təlim-tərbiyə metodlarına yiyələnməklə, öz üzərində işləmək və özünü daim təkmilləşdirməklə qazanır. Pedaqoji ustalığa yiyələnmiş müəllim yüksək mədəniyyətli mütəxəssisdir.
Müəllimin pedaqoji ustalığı, hər şeydən əvvəl, tədris prosesini təşkil etmək bacarığındadır. Usta müəllim hətta ən əlverişsiz şəraitdə belə şagirdlərin lazımi tərbiyəlilik, inkişaf və bilik səviyyəsinə nail olur. Əsl müəllim hər hansı bir suala qeyri-standart cavab tapa bilir, şagirdlərə xüsusi yanaşmağı bacarır.
Öz işinin ustası olan müəllim tədris etdiyi fənni dərindən bilir, ixtisası sahəsində yeniliklərə, müasir ədəbiyyata, mədəniyyətə bələddir.
Pedaqoji proses hər bir müəllim üçün yaradıcılıq laboratoriyasıdır. Usta müəllim öz biliklərini şagirdlərə çatdırmağı bacaran, müasir təlim metodlarına mükəmməl şəkildə yiyələnən müəllimdir.
Təcrübəli müəllim tədris materialını şagirdlərə dərsdə mənimsətməyə nail olur.
Ustalığın mühüm göstəricilərindən biri şagirdləri fəallaşdırmaq, onların yaradıcı qabiliyyətlərini, müstəqilliyini inkişaf etdirmək bacarığıdır. Usta müəllim innovativ texnologiyalardan, interaktiv təlim metodlarından istifadə edərək şagirdləri düşünməyə, bilikləri müstəqil olaraq “kəşf etməyə” yönəldir. Yəni pedaqoji ustalıq tələb edir ki, müəllim bilikləri hazır şəkildə ötürməkdən daha çox, onun müstəqil olaraq əldə edilməsinə nail olsun.
. Pedaqoji ustalığın mühüm göstəricilərindən biri də müəllimin pedaqoji texnikaya yiyələnməsidir. Usta müəllim bütün pedaqoji vasitələr ehtiyatına yiyələnməli, vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır. Pedaqoji texnikanın mühüm tərkib elementlərindən biri də odur ki, müəllim həm özünün, həm də şagirdlərin diqqətini idarə etməyi bacarsın.
Müəllimin səs tonu, şagirdlərə müraciət forması da pedaqoji texnikanın elementlərindəndir.
Mükəmməl nitq qabiliyyətinə malik olmaq müəllimin pedaqoji ustalığının başlıca kom­ponentidir. Çünki şagirdlərlə ünsiyyətdə müəllimin ən böyük silahı onun canlı sözüdür.
Pedaqoji prosesdə müəllimin müvəffəqiyyətinin başlıca amillərindən biri də onun şagirdlərlə emosional zəmin üzərində qurulmuş səmimi qarşılıqlı münasibətlər yarada bilməsidir. Bu da birbaşa müəllimin pedaqoji etikası ilə bağlıdır. Alman şairi V.Höte yazırdı: “Bizə kim dərs deyirsə, ona müəllim deyirik, lakin hər dərs deyən adam müəllimlik ləyaqətini doğrulda bilməz”.
Müəllimin peşə etikası, hər bir hərəkət və davranışında ədəb qaydalarını gözləməsi, şagird şəxsiyyətinə hörmətlə yanaşması ona nüfuz qazandıran amillərdəndir.
Pedaqoji etika müəllimdən dərsdə, tərbiyəvi tədbirlərdə, ümumiyyətlə hər yerdə, insanlara münasibətdə humanizm, yüksək mədəniyyət, nəzakət, qayğıkeşlik, nikbinlik, xeyirxahlıq nümayiş etdirməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli Qərarı ilə “Müəllimlərin etik davranış Qaydaları” təsdiq edilmişdir.
Həmin Yüklə 170,13 Kb.
Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin