Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipəri



Yüklə 170,13 Kb.
səhifə16/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   12   13   14   15   16   17   18   19   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

14 .Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipəri.
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
1.Pedaqoji prosesin tamlığı
-Pedaqoji prosesin tamlığı onun sahələri qarşısında vahid məqsədin durması və şəxsiyyətin bütövlüyü ilə təmin olunur. Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olsa da, hamısı ümumi bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim üç əsas funksiyanı - təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir: təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir. Ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində aparıcı (dominant) rol oynayır. Belə ki, təlim prosesi öyrədici (təhsilverici) və inkişafetdirici, tərbiyə prosesi isə tərbiyəedici funksiyanın həyata keçirilməsinə daha çox xidmət göstərir.
Buna müvafiq olaraq pedaqoji prosesin hər bir sahəsi özünə məxsus vəzifələrə və məzmuna malikdir.
2.Təlimdə bərabər imkanların yaradılması .
-Bu proses şagirdlərin irqi, cinsi, millətçilik və ya hər hansı bir fiziki qüsuru nəzərə alınmadan təlim prosesinə cəlb olunması deməkdir. Hər bir müəllim tədris zamanı şagirdlərin potensial imkanlarını nəzərə almaqla onların hər birinə bərabər imkanlar yaratmalıdır.
3.Şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
Müəllim şagirdlərin daim inkişaf edən maraqlarını nəzərə almaqla və öyrədici, inkişafetdirici, tərbiyələndirici təlim mühitini yaradaraq tələbatlarını ödəməklə, onların istedad və qabiliyyətlərini üzə çıxarılmalıdır.

4.İnkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin