Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə18/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   14   15   16   17   18   19   20   21   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Pedaqoji qiymətləndirmə. İnnovativ pedaqoji texnologiyalardan biri də pedaqoji qiymətləndirmədir. Mövcud məktəbin qiymətləndirmə sistemində daha çox aşağıdakı növlərə müraciət olunur.
• təlim prosesinin qiymətləndirməsi;
• təhsil alanların nailiyyətlərinin qiymət-
ləndirilməsi;
• təhsil verənlərin pedaqoji fəaliyyətinin
qiymətləndirilməsi;
• təlim prosesinin ayrı-ayrı sahələrində
işin qiymətləndirilməsi.
Göründüyü kimi, birində şagirdin, digərində müəllimin fəaliyyəti, başqa birisində isə təlim prosesinin qiymətləndirilməsi əsas istiqamətlər kimi götürülür. Eyni zamanda qiymətləndirmənin obyektivliyi bu prosesin daha etibarlı vasitəyə çevrilməsinə təsir göstərir.
Pedaqoji tələb daha çox tərbiyə nəzəriyyəsində alışdırma metodunun komponenti olmaqla dəyərləndirilir. Lakin hazırki şəraitdə pedaqoji tələbkarlıq innovativ pedaqoji texnologiya kimi yeni mahiyyət kəsb etməklə pedaqogikanın anlayışlar sistemində özünə yer tutmaqdadır. Hazırda bu anlayış təlim-tərbiyə prosesində münasibətlərin və davranışların sosial-mədəni normalarının şagirdə təqdim olunması kimi başa düşülür. Pedaqoji tələb həm verbal formada ( xahiş, tövsiyə, işgüzar tapşırıq və s.), həm də qeyri-verbal formada ( mimika, pauza, jestlər, plastik hərəkətlər, duruş və s.) verilə bilər.
. Pedaqoji konflikt ( münaqişə).. Pedaqoji konflikt müxtəlif istiqamətlərdə baş verir.Yəni məktəb rəhbərləri və müəllimlər arasında, müəllimlərin özləri arasında münaqişələr baş verə bilər. Eləcə də məktəbdə şagird- şagird, müəllim- valideyn münaqişələri də baş verir. Pedaqoji konflikt nəticəsində fikir ayrılığı, əks mövqelər formalaşır və tərəflər arasında mübahisələr əmələ gəlir.
Konfliktlərin həll olunmasında aşağıdakı yollardan istifadə olunması didaktik cəhətdən faydalı hesab edilir.
;• Müqabilinə münasibətdə həssaslıq nümayiş etdirmək;
Kompromisə getməyi bacarmaq;
• Münaqişə yaradan tərəfləri birgə müzakirəyə səsləmək.
Bu gün tədris prosesində innovativ texnologiyalardan istifadə etməklə təlimin səmərəliliyinin yüksəlməsinə və sağlam mənəvi- psixoloji mühit yaradılmasına nail olmaq mümkündür.
.
.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin