Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Təlimin idraki və psixoloji əsasları



Yüklə 170,13 Kb.
səhifə19/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   15   16   17   18   19   20   21   22   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

16. Təlimin idraki və psixoloji əsasları.
Təlim – müəllimin rəhbərliyi altında şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. Təlim prosesinin 2 komponenti vardır: tədris və öyrənmə. Tədris dedikdə, müəllimin fəaliyyəti, öyrənmə dedikdə isə şagirdlərin fəaliyyəti nəzərdə tutulur. Müasir anlamda təlim üçün aşağıdakı əlamətlər xarakterikdir:

  1. İkitərəfli xarakter;

  2. Müəllim tərəfindən rəhbərlik;

  3. Bilik, bacarıqların mənimsənilməsi;

  4. Bilik, bacarıqların praktikaya tətbiqi.

Təlim prosesinin metedoloji əsasını idrak nəzəriyyəsi təşkil edir. İdrak prosesi 3 mərhələdən ibarətdir:Canlı seyr (yəni müşahidə) abstrakt təfəkkür və praktika. Müşahidə prosesində duyğular vasitəsilə əldə olunan məlumatlar, abstrakt təfəkkür mərhələsində ümumiləşdirir, qanunlar, qanunauyğunluqlar irəli sürülür. Üçüncü mərhələdə isə biliklər təcrübədə yoxlanılır.
Təlim prosesi də bu mərhələlərə uyğun davam edir. Yəni şagirdlər əvvəlcə müəllimin rəhbərliyi altında fakt və hadisələri müşahidə edir, müəyyən məlumatlar əldə edirlər. Bu mərhələ qavrama adlanır. İkinci mərhələdə şagirdlər həmin fakt və hadisələrin ən zəruri əlamətlərini mənimsəyir, müəyyən qaydalar, anlayışlar, düsturlar öyrənirlər. Bu mərhələ anlama adlanır. Təlim prosesinin sonrakı, yəni 3-cü mərhələsi möhkəmləndirmə adlanır. Bu mərhələdə əldə edilən biliklər, anlayışlar, qaydalar, şagirdlərin yaddaşında möhkəmləndirilir. 4-cü mərhələ tətbiqetmə adlanır. Yəni şagirdlər mənimsədikləri nəzəri bilikləri praktikada – çalışma, məsələ, misal həllində, praktik işlərdə, laboratoriya işlərində tətbiq edirlər.
Təlim 3 vəzifəni yerinə yetirir: təhsilləndirici, tərbiyəedici və inkişafetdirici.
1956-ci ildə Amerika psixoloqu Benjamin Blum təlimin mərhələlərini aşağıdakı kimi qruplaşdırmışdı.

Göründüyü kimi Bluma görə təlimin mərhələləri bilikdən başlayır və qiymətləndirmədə bitir. O, bu mərhələləri təlim taksonomiyası (şəbəkəli bölgü) adlandırır. Bəzi mənbələrdə təlim prosesinin quruluşu daha geniş verilir. Burada in­for­ma­siyanı qavramaq üçün psixoloji hazırlıq mərhələsi önəmli yer tutur. Bu qu­ru­luş aşağıdakı kimidir:



  1. məlumatı qavramaq üçün psixoloji hazırlıq;

  2. məlumatın qavranılması və onun başa düşülməsi;

  3. məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi;

  4. biliklərin möhkəmləndirilməsi;

5) bilik, bacarıq və vərdişlərin tətbiqi;

  1. ­şagirdlərin işlərinin təhlili (bilik, bacarıq və vərdişlərə yiyələnməyə nə­zarət etmək).

Təbiidir ki, təlim prosesinin bütün struktur komponentləri bir-birindən ay­rıl­mazdır və bir-birindən asılıdır. Onlarin bütün imkanlarından tam istifadə edil­dikdə təlim yaxşı səmərə verər.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin